Ölkə Prezidentinin sərəncamı ilə Azərbaycanda turistlər üçün onlayn viza sisteminin tətbiqinə başlanılıb
“Trend”in verdiyi məlumata görə, bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, bundan əvvəl turistlər Azərbaycana viza almaq üçün Azərbaycanın həmin ölkədəki səfirliyinə müraciət etməli idilər. Belə hallar isə sonda çox sayda turistlərin Azərbaycana gəlməsindən imtina etməsinə gətirib çıxarırdı. "Ancaq artıq onlayn viza rejiminin tətbiqinə başlanılıb. Bu, o deməkdir ki, turist heç bir səfirliyə getmədən yalnız öz pasportunun surətini turizm şirkətinə göndərməklə onlayn viza ala bilər"- deyə, Bağırov əlavə edib. O bildirib ki, turistlər onlayn qaydada vizaları 14 iş günü müddətində əldə edə bilirlər. Bağırovun fikrincə, vizaların onlayn qaydada verilməsi Azərbaycana gələn turistlərin sayının artmasına gətirib çıxaracaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?