Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) yerli şöbəsinin sədri Mustafa Əliyev torpaqları necə işğal edir?
Neftçala rayonunda torpaqdan ən səmərəli istifadə edən varsa, o da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) yerli şöbəsinin sədri Mustafa Əliyevdir. Cənabın mənfəət əldə etməyində məşhur atalar sözünü öz fəaliyyət devizi seçməyidir: “Torpaq deyir öldür məni, dirildim səni.” Rayonda istər əkin, istər bələdiyyə, istərsə də dövlət asudə torpaqlarından, əkin-biçindən söz düşəndə, adamlardan eşitdiyimiz bu oldu: “Torpaqlarımızı Mustafa Əliyev öldürüb.” Neftçala respublika üzrə ən çox balıqçılıq təsərrüfatına malik rayonlardan birdir. Balıq saxlamaq üçün süni göl- “damba” yaradılır. Gollərin əksəriyyəti qanunsuz olaraq yaradılsa da, Mustafa müəllim onların sahiblərinin əlinə “daşdan keçən” sənəd verib. Neftçalada pulunu verib harada istəsən balıq gölü yaratmaq olar. Könlü balıq istəyən isə… Amma iş təkcə Mustafa Əliyevin düzüb-qoşduğu sənədlərin saxtalığında- kənd təsərrüfatı torpaqlarının təyinatından kənar istifadəsində, ayrı-ayrı şəxslərin qanunsuz yolla varlanmasında deyil. Bunun əziyyətini ruzisini torpaqdan çıxaran sadə insanlar çəkir. Belə ki, daim qrunt sularının təsirinə məruz qaldığından göllərin ətrafında olan əkin yerləri öz münbitliyini itirir, əkinlər yanır. Bu isə “damba” sahibləri ilə digər torpaq mülkiyyətçiləri arasında narazılığa, hətta münaqişlərə səbəb olur. Belə münaqişələr nəticəsində hətta birinin digərinə silah çəkməyi də olub. Əziyyəti çəkdiyi xərcin hədər getdiyini görüb, hətta belə insanlara arasında intihar edənlər də olub. Göründüyü kimi, Mustafa Əliyev təkcə torpağı yox, həm də adamları öldürür. Mustafa Əliyevin səpdiyi nifaq toxumu Nefçala rayonunun “Xanqışlaq” ərazisində yaşayan Lerik sakinləri arasında düşmənçilik “cücərdib”. Qeyd olunan ərazinin hüdudları təxminən 19 min hektardır. Bunun 5 600 hektarında Lerik sakinlərinə məxsus müxtəlf iri qoyunçuluq təsərrüfatı var. Bu torpaqlar dövlət fonduna aid otlaq yerləri olsa da, elə həmin sakinlər tərfindən Mustafa müəllimin xeyir-duası ilə əkin yeri kimi istifadə olunur. Bu torpaqlardan əldə olunan gəlir kifayət qədər böyük olduğundan, hətta qohum olanlar da artıq iki dəstəyə bölünüb. Bu dəstələrdən birinə Xanoğlan Orucov başçılıq edir ki, onu Lerik rayon İcra Hakimiyyətinin başçsı Rövşən Bağrov himayə edir. Deyilənə görə, başçının da heyvanları burada saxlanılır. Dəstənin təxminən 25 min doğar qoyunu var. İkinci dəstəyə Arif Əlirzayev ad-soyadlı şəxsin başçlıq etdiyi deyilir. Onun 37 min qoyun saxlanılan təsərrüfatına “krişalıq” edənlər heç də “balaca” adamlar deyil. Bu şəxslərin adları bizə məlum olsa da, müəyyən dəqiqləşmədən sonra onları ictimaiyyətə açıqlayacağıq. Qeyd edək ki, bu iki dəstə arasında çəkişmə getsə də, davasını apardıqları torpaq əslində heç onlara da məxsus deyil - Neftçala rayonunun ərazisində olmaqla dövlət mülkiyyətindədir. Sadəcə rayon torpaq şöbəsinin müdiri xəlvəti olaraq bu torpaqları sənədsiz olaraq icarəyə verib, buna görə hər il 500 min manatdan yuxarı qazanc əldə edir. Hazırda həmin sahələrdə dəmyə arpa əkilib. Mustafa müəllim bəyan edib ki, biçindən sonra torpaqların bölgüsünə yenidən baxlacaq. Məqsəd də onun qulluğunda daha yaxşı duranlara əlavə torpaqlar verməkdir. Kiməsə yeni sahənin ayrılması digərləinin əlindən alınması sayəsində baş verdiyindən, hər il dava-dalaş düşür, insanlar xəsarət alır. Hətta belə hadisələrlə bağlı rayon prokurorluğunda cinayət işi var və araşdırma gedir. Deyilənlərlə əlaqdər həmin kənddə məktəb direktoru olan Baloğlan Orucov torpaq şöbəsinin müdiri haqda çox ciddi ittihamlar irəli sürür. Onun sözlərinə görə, Neftçala rayonu ərazisində 10 min hektardan çox dövlət fonduna aid torpaq sahəsi qanunsuz olaraq əkilir və istifadə edilir. Bununla bağlı heç kəs tədbir görə bilmir və yaxud da görmək istəmir. Səbəb isə ortada külli miqdarda qanunsuz qazancın olmağıdır. Bu qazancın bir hissəsi ilə Mustaf Əliyev mərkəzi icra hakimiyyəti orqanlarına göndərilən şikayətləri, polis və prokurorluq orqanlarındakı araşdırmaları “öldürür”.. ELŞAD
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?