"Qalatasaray"ın baş məşqçisi Mustafa Denizli komandadan ayrılır.
Yerli mətbuatın yazdığına görə, o klubun bazasına gedərək futbolçular və klub rəsmiləri ilə vidalaşıb.
Bundan sonra isə o klubun prezidenti Dursun Özbeklə görüşüb.
Məlumata görə Mustafa Denizli Superliqanın 23-cü turunda səfərdə "Qaziantepspor"a 0:2 hesabı ilə uduzduqdan sonra istefa vermək qərarına gəlib və fevralın 29-da keçirilən məşqə də çıxmayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?