Bir iş adamı Hacıqabul və Sabirabad rayonlarında yasaqlanmış dini cərəyanı necə himayə edir?
Son zamanlar Azərbaycan mətbuatında “Nurçu”luq təriqəti ilə bağlı ilginc məlumatlar və yazılar gedir. Biz də maraqlı məlumatlar əldə etmişik, onu sizlərə çatdırmağı özümüzə borc bildik. 5 il Əli Bayramlı şəhərində “Neftbaza”nın müdiri, 13 ilə yaxın Əli Bayramlı pambıq zavodunun direktoru vəzifələrində çalışmış Əbilov Balasəlim Səlim oğlu haqqında kiminsə xəbəri varmı? Nəzərinizə çatdıraq ki, bu adam Respublikada dövlət, hökumət strukturlarında işlədiyi dönəmlərdə korrupsiya, cinayət yolları ilə milyonlara sahib olmuş, onlarla daşınmaz əmlaka, avtomobillərə və Bakı şəhərində mülklərə, evlərə sahib olmuşdur. Bu şəxs 1996-cı illərdə pambıq zavodları özəlləşməyə gedəndə də tutduğu vəzifəsindən kənarlaşdırılmadı. Çünki, zavodlar özəlləşəndən sonra “MKT-İKF” adlı bir şirkət zavodları aldı və bu zavodlarda istehsal olunan hazır malın, yəni Mahlıcın alıcısı isə Osman Nuri Paksu adında bir Türkiyəli oldu. Bu Osman Nuri Paksu adlı şəxs Əbilov Balasəlimlə çox isti münasibətlər quraraq onu digər pambıq zavodlarının direktorlarından ayırırdı. Hətta onu Aran zonasındakı zavodlara “ağsaqqal” təyin etmişdi. Baxmayaraq ki, Osman Nuri Paksu Şirkətin idarə heyyətində yer almırdı, amma hazır malın alıcısı və pambığın istehsalından öncə zavodlara külli miqdarda vəsaiti pambıq istehsalçıları olan avam, yoxsul kəndlilərə paylamaq üçün zavod direktorlarına verirdi.Və təbii olaraq zavod direktoru olan Balasəlim Əbilov da həmin vəsaiti kəndlilərə 50-nin 50-yə verərək sənədləşdirirdi.Yəni istehsalçı fermer, podratçı və digər adlarla pambıq istehsalı üçün zavodla müqavilə bağlayırdı, zavod direktoru da bunun müqabilində onlara Osman Nuri Pak Su-nun verdiyi vəsaiti yarıbayarı bölərək verirdi. Pambıq yığımına qədər olan zaman kəsiyində yanacaqdan tutmuş texnikaya, nəqd pula qədər vəsaiti Əbilov Balasəlim insanlara sənədləşdirərək malın yarısını onlara verməyərək qara bazarda özü üçün satmaq üçün saxlayırdı. Və bütün bu oyunları da Osman Nuri Paksu bilirdi. Və bilərəkdən də Əbilov Balasəlimə şərait yaradırdı. Və bu minvalla da Əbilov Balasəlimin öncələr qazanmış olduğu milyonların üstünə daha milyonlar yığıldı. İndi o adam regionlarda ən təhlükəli bir şəxsə çevrilib. Osman Nuri Paksu haqqında deyilənlərə görə onun Özbəkistanda da, Türkmənistanda da pambıq biznesi var idi (Bildiyiniz kimi adıçəkilən ölkələrdə Nurçuluq təriqəti tüğyan eirdi). Və sonralar Osman Nuri Paksu Əbilov Balasəlimin Övladının toyunda çox yaxından iştirak edib, sağlıqlar deyib, rəqs edib və ilaxır... Toy 2002-i ildə Bakı şəhəri “Tural” şadlıq evində olub. Və təsadüfi də deyil ki, Əbilov Balasəlim sonralar dünyaya gəlmiş nəvəsinin adını “Nur” qoymuş və bütün biznes şəbəkələrinin də adını “Nur” qoyaraq guya nəvəsinin adını əzizləyirmiş kimi bir görüntü yaradıb. Bu gün də həmin biznes şəbəkələri fəaliyyət göstərməkdədir. Böyük milyonlara sahib olan bu şəxs haqqında hələ də maraqlanan yoxdur. Bu barədə bizə Sosialxeber.org İnformasiya Agentliyinin Aran bölgəsi üzrə xüsusi müxbiri məlumat verib. Bizə hələki məlum olanlara görə Əbilov Balasəlim Səlim oğlunun tək Hacıqabul və Sabirabad rayonlarının ərazisində külli miqdarda vəsaiti ölçülən biznes şəbəkələri var. Onlardan bir neçəsinin fotosunu sizlərə təqdim edirik. Onun oğlu Rəşad Əbilov 15 ilə yaxındır ki, Daxili İşlər Nazirliyinin müxtəlif yüksək səviyyəli qurumlarında çalışır. Bir dəfə də xidməti silahını evlərinə gətirib gecə vaxtı sərxoş vəziyyətdə hara gəldi atəş açdığına görə orqandan xaric olunmuşdu. Amma sonralar necə oldusa, Əbilov Balasəlim onu yenidən DİN-ə bərpa etdirdi. Hal-hazırda Rəşad aldığımız məlumata görə Nizami rayon Polis şöbəsində işləyirmiş, indi isə Bakı şəhəri “Asan Xidmət”də çalışır. Bu mövzu ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Araşdırmalarımız davam edəcək. ÇİNGİZ
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?