Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yay sessiyası hazırda davam edir. Modern.az-ın məlumatına görə, sessiyanın ikinci günündə AŞPA sədri ötən dövr ərzində görülən işlər barədə məlumat verib, büro və daimi komitənin hesabatları dinlənilib.
Sessiya çərçivəsində dondurulmuş münaqişələrə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub, məsələnin beynəxlaq hüquq prinsiplərə uyğun və dinc yolla həlli önə çəkilib.
Qeyd edək ki, AŞPA-nın yay sessiyasında ölkəmizi Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu -Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov təmsil edirlər. Sessiya iyunun 28-dək davam edəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?