GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rusiya Qarabağı bizə nəyin qarşılığında vəd edir?

Rusiya Qarabağı bizə nəyin qarşılığında vəd edir?

Tarix: 22-05-2014, 10:03 Bölmə :Siyasət Baxış: 0
Rusiya Qarabağı bizə nəyin qarşılığında vəd edir?
Ekspertlər tülkü cildinə girən Rusiyanın vədlərinə inanmır

Qabil Hüseynli:
"Rusiya ilə sövdələşmə aparmaq, onunla bazarlıq konusunda bir masa arxasında əyləşmək zənnimcə risqli işdir"


Son zamanlar bəzi dairələr Azərbaycanın Rusiya ilə yaxınlaşmalı olduğunun vacibliyini qabartmağa başlayıb. Belə bir açıqlama ilə ilk öncə BAXCP sədri Qüdrət Həsənquliyev çıxış etmişdi. O iddia edirdi ki, işğal olunmuş torpaqlarımızın qaytarılmasına yardım edilməsi fonunda Rusiya qoşunlarının Azərbaycanda yerləşdirilməsinə, enerji layihələrində Moskvanın istəyinə uyğun hərəkət etməyə getmək olar. Bu açıqlamanın ardınca, Rusiyanın özündə də bəzi politoloqlar anoloji fikirlərlə çıxış etməyə başladı. Bu günlərdə isə Levon Ter-Petrosyan komandasında aparıcı füqurlardan olan David Şaxnazaryan da demək olar ki, eyni tip çıxışı ilə yadda qalıb. O deyib ki, İrəvan Minsk qrupu çərçivəsində fəallaşmaya yardım etməli, Uorlikin təklifləri əsasında Böyük Sülh Sazişi və "Yol xəritəsi" hazırlanması işinə hazır olduğunu bəyan etməlidir: "Belə bir siyasətin ardıcıl həyata keçirilməsi Ermənistan və Dağlıq Qarabağın Rusiya imperiyası tərkibində təzədən peyda olmaması üçün bəlkə də axırıncı şansdır. Bunun alternativi isə artıq elan olunan Putin-Duqin Rusiya proqramı olacaq, hansı ki, ona görə Moskva Dağlıq Qarabağ problemini nizamlayan yeganə tərəf qismində çıxış edəcək və Ermənistanın əvəzinə Azərbaycanla Rusiyanın özü danışıqlar aparacaq".
Politoloqa görə, Moskva Azərbaycana artıq öz təkliflərini çatdırıb. Bu təkliflərdə, Azərbaycanın Qərblə sıx siyasi və energetik əməkdaşlıqdan imtinası, Rusiyanın siyasi və iqtisadi nəzarət məkanına qayıtması və Azərbaycanda Moskvanın hərbi mövcudluğuna razılıq vermək kimi məsələlər yer alıb. Bunun müqabilində isə, Moskva işğal olunmuş torpaqları Bakıya qaytarmağa hazırdır.
Görəsən, belə bir təklif fonunda Rusiya sözün həqiqi mənasında işğal olunmuş torpaqlarımızın geri qaytarılmasına razılıq verəcəkmi? Yoxsa bu da onun növbəti bir yalanıdır?
Politoloq Qabil Hüseynli Kremlin bu kimi vədlərinə inanmamağa çağırdı: "Vaxtilə Levon Ter-Petrosyanla çalışan Şaxnazaryanın Rusiya Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycana qaytara bilər istiqamətində dediyi sözlər çox iddialı fikirlərdir. Bu şəxs kifayət qədər səriştəli və siyasət mətbəxində yetərincə təcrübəsi olan adamdır. Görünür, kulislər arxasında hansısa proseslər gedir və bu prosesdə Rusiya ilə Azərbaycan hökuməti arasında bazarlıq elementləri də mövcuddur. Amma bu bazarlıq obyektində Rusiyanın Azərbaycanı aldatmayacağı məsələsi ciddi narahatçılıq doğurmaqda davam edir. Çünki, Şaxnazaryanın açıqlamasında Dağlıq Qarabağ və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarının geri qaytarılmasından söhbət gedir. Əvəzində Azərbaycanın Rusiyaya orientasiyası və ölkəmizdə bu ölkənin hərbi kontingentinin yerləşdirilməsindən danışılır. Zənnimcə, bu Rusiya tərəfindən edilən maksimum tələblərdir. Onun əsas məqsədi Azərbaycanı Gömrük Birliyi və Avrasiya İttifaqına meylləndirməkdən ibarətdir. Bunun müqabilində Azərbaycana Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müəyyən güzəştlər vəd edilir. Amma inanmıram ki, Rusiya bütövlükdə Dağlıq Qarabağ ətrafında hər şeyin əvvəlki vəziyyətə qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsində bütün istədiklərini yerinə yetirsin. Bu Moskvanın Ermənistanla ciddi qarşıdurmasına səbəb olar və ermənilərə münasubətdə Böyük Pyotrdan başlanan Rusiya siyasətinin sonuna gətirib çıxarar. Bu nöqteyi-nəzərdən, Rusiyanın Azərbaycanın istəklərini tam şəkildə həll edəcəyinə inanmıram. Lakin eyni zamanda, Moskvanın Azərbaycandan etdiyi tələblər də həddən artıq çoxdur. Azərbaycan enerji siyasətini dəyişməli, mavi yanacağı ancaq Rusiya vasitəsi ilə Qərb bazarına çıxarmalı, Moskvanın patronajlığı altına keçməlidir. Hər halda belə bir ideyanın olub-olmadığını birmənalı söyləmək də mümkün deyil. İnanmıram ki, Azərbaycan Rusiyanın qanadı altına sığınmaqla özünün suverenliyindən tamamilə imtina etsin. Hətta üstəlik Rusiya hərbi bazalarını ölkəmizdə yerləşdirsin. Bunun belə olduğuna inanmaq istəmirəm. Başqa bir tərəfdən, Rusiya dünya miqyasında verdiyi sözə inanılası, onun buna əməl edəcəyi dövlətlər sırasına daxil deyil. Moskva uzun müddətdir ki, Ukrayna ilə sərhəddən qoşunlarını çıxardığını bildirir, bu barədə bəyanatlar verir. Amma qoşunların çıxarılması prosesi gördüyümüz kimi, həyata keçirilmir. Bu səbəbdən, Rusiya ilə sövdələşmə aparmaq, onunla bazarlıq konusunda bir masa arxasında əyləşmək zənnimcə risqli işdir. Başqa bir tərəfdən, Qərb dairələri də ölkəmizə qarşı ikili standartlardan hələ də əl çəkmir".
Həsən İslamov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Qüdrət Həsənquliyev Rusiyanın adamı olsaydı..."

    "Qüdrət Həsənquliyev Rusiyanın adamı ...

    11-05-2016, 14:14

  • 
  • Qarabağın azadlığı üçün danışıqları Rusiya ilə aparmalıyıq - BAXCP sədri

    Qarabağın azadlığı üçün danışıqları Rusiya ilə ...

    31-08-2020, 16:00

  • 
  • "Rusiya Qarabağı Azərbaycana qaytarır" - Erməni politoloq

    "Rusiya Qarabağı Azərbaycana qaytarır" ...

    22-11-2014, 22:22

  • 
  • Kremllə İrəvan arasında gərginlik: Moskvanın cəza siyasəti...

    Kremllə İrəvan arasında gərginlik: Moskvanın cəza ...

    17-12-2017, 17:44

  • 
  • “Amerika niyə Ermənistana təəssübkeşlik edir?” - Partiya sədrindən ŞƏRH

    “Amerika niyə Ermənistana təəssübkeşlik edir?” - ...

    28-09-2022, 09:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu