GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Çinlə Rusiyanın yaxınlaşması dünya düzənini dəyişəcəkmi?

Çinlə Rusiyanın yaxınlaşması dünya düzənini dəyişəcəkmi?

Tarix: 27-05-2014, 10:28 Bölmə :Siyasət Baxış: 0
Çinlə Rusiyanın yaxınlaşması dünya düzənini dəyişəcəkmi?
Rusiya-Çin birliyinin yaranması ABŞ-la Qərbin koalisiyasına qarşı real gücə çevrilə biləcəkmi?

Rusiya belə görünür Qərblə savaş fonunda Çinlə razılığa gəlmək ərəfəsindədir. Belə ki, Çində Asiya ölkələri sammiti çərçivəsində Moskva ilə Pekin arasında bağlanan müqavilələr, bu iki ölkə arasında münasibətlərin daha sıx bir məcraya daxil olduğundan xəbər verir. Müqavilənin şərtlərinə görə, Rusiya 30 il ərzində Çinə dəyəri 400 milyard dollar olan 38 milyard kubmetr həcmində qaz satacaq. Layihə 4-6 ilə işə salınmalı və ona 55 milyard dolla investisiya yatırılmalıdır. Qeyd edək ki, Moskva ilə Pekin arasında bu istiqamətdə danışıqlar uzun illər davam etsə də, qiymət məsələsində razılığa gələ bilmirdilər. Lakin son addım bu istiqamətdə də anlaşmanın olduğunu göstərir.
Bildiyimiz kimi, ABŞ başda olmaqla Avropa qitənin Rusiya qazından asıllığından azad olması üçün uzun illərdir ki, müxtəlif cəhdlərdə bulunub. Qərb bu istiqamətdə bəzən müəyyən uğurlara da nail olub. Amma bununla belə, hələ də Avropanın qaza olan tələbatının 40 faizi Rusiya hesabına ödənilir. Son zamanlar isə Ukrayna məsələsi ilə əlaqədar olaraq Moskva ilə Brüssel arasında münasibətlər daha da kəskinləşib. Bu cəbhədə gedən mübarizə prosesi ondan xəbər verir ki, Moskva son zamanlar müəyyən uğurlara imza atsa da, Vaşinqton və onun mütəffiqləri ilə aparılan təkbaşına savaşda sona qədər tab gətirə bilməyəcək. Lakin indi, Kreml Pekinlə daha sıx əlaqələr qurub. Hansı ki, hazırda Çin iqtisadi gücünə görə dünyanın ikinci böyük ölkəsidir. Bu fonda isə sözün həqiqi mənasında, real olaraq bir-birinə qarşı dura bilən iki güc mərkəzinin yarandığdan danışmaq olar. Görəsən, Rusiya-Çin birliyinin yaranması ABŞ-la Qərbin koalisiyasına qarşı real gücə çevrilə biləcəkmi? Ümumiyyətlə, yenidən iki qütblü dünyanın yarandığından danışmaq olarmı?
Elman Nəsirli: "Çinlə Rusiyanın bu yaxınlaşması çoxqütblü dünyanın mühüm elementi kimi diqqəti cəlb edir"
Politoloq Elman Nəsirli düşünür ki, Çinlə Rusiyanın sözügedən yaxınlaşması çoxqütblü dünyanın formalaşmasına bir işarədir: "Düşünürəm ki, indiki situasiyada, yəni Qərb və ABŞ-la Rusiya arasında olan indiki böhran vəziyyətindən ən çox qazanan tərəf Çindir. Rusiya ilə Çin arasında imzalanan qaz müqaviləsi çərçivəsində Pekin Moskvadan 38 milyard kubmetr qaz alacaq. Hesab edirəm ki, bu müqavilə əslində Rusiya və Çin üçün böyük strateji yükə malik bir sənəddir. 2004-cü ildən başlayaraq Moskva ilə Pekin arasında qaz satışı məsələsində danışıqlar gedirdi. Rusiya çalışırdı ki, Çinə də qazı Avropa qiymətləri ilə, təxminən 380-400 dollara satsın. Çin isə bununla razılaşmırdı. Şanxayda baş tutan sammitdə də iki gün aparılan danışıqlar əvvəl heç nə vermədi. Amma son olaraq danışıqlar nəticə verdi. Düzdür, tərəflər qazın neçəyə satılması üzrə rəqəmi gizlədirlər. Lakin ilkin versiyalara görə, təxminən satış qiyməti olaraq 350 dollardan gedir ki, bu da Çin üçün faydalıdır. 10 il ərzində Çinə güzəştə getməyən Rusiya Qərblə indiki qarşıdurma fonunda buna getdi. Deməli burada söhbət heç də iqtisadi layihədən getmir. Söhbət daha çox geopolitik layihədən gedir. Baş verən hadisə onu göstərdi ki, Rusiya Qərblə qarşıdurma fonunda Çinlə yaxınlaşmaq və ona güzəştə getmək xəttini seçdi. Deməli, Çin və Rusiya kimi iki nəhəng dövlət arasında imzalanan bu sənəd, ona paralel olaraq iki dövlətin birgə hərbi manevrlərinin keçməsi, daha uzağa gedən niyyətlərdən xəbər verir. Belə çıxır ki, Sovet İttifaqı dağıldıqdan sonra formalaşan təkqütblü dünya artıq dəyişməkdə və getdikcə polipolyar, çoxqütblü dünyaya çevrilməkdədir. Hesab etmək olar ki, Çinlə Rusiyanın bu yaxınlaşması əslində çoxqütblü dünyanın mühüm elementi kimi diqqəti cəlb edir. Güman etmək olar ki, artıq bundan sonra Qərbə qarşı Şərq bloku formalaşsın ki, onun da əsas üzvləri qismində hələlik Çinlə Rusiya çıxış edir".
Vəfa Quluzadə: "Putinlə Çinin ittifaqı heç zaman Qərb əleyhinə olmayacaq, çünki, Pekin heç kimlə heç kəs əleyhinə ittifaq bağlamır"
Politoloq Vəfa Quluzadə isə heç də hesab etmir ki, Rusiya ilə Çinin qaz məsələsində yaxınlaşması ilə yenidən ikiqütblü dünyanın yaranmasının əsası qoyulub: "Qaz müqaviləsi hələlik niyyət protokoludur, bəyan olunub. İkincisi, həmin istiqamət üzrə qaz kəmərinin çəkilişi üçün 5-6 il lazımdır. Deməli, Rusiya-Çin qaz müqaviləsi ancaq 5-6 ildən sonra işə düşəcək. Başqa bir tərəfdən, dünya artıq bir qütblüdür. Bu qütb də ABŞ başda olmaqla NATO blokundan ibarətdir. Putin ona uyğun Avrasiya İttifaqı və Gömrük İttifaqı fonunda başqa bir qurum yaratmaq istəyir və bu fonda Qərbi inandırmağa çalışır ki, onun yaranması Qərbin də xeyrinədir. Çünki, yaradacaqları bu ittifaq Putinin dediyinə görə, Qərblə sıx əməkdaşlıq etməyə hazırdır. Putinlə Çinin ittifaqı isə heç zaman Qərbin əleyhinə olmayacaq. Çünki, Pekin heç kimlə heç kəs əleyhinə ittifaq bağlamır. Yalnız özünün milli, iqtisadi, enerji maraqlarını həyata keçirir. Rusiya isə zəifləyib, ona görə də məcburdur ki, Çinə 300 dollardan da aşağı qiymətə qazı satsın. Rusiya çökən imperiyadır, sadəcə olaraq, vaxtını bilmirik. Putinin yeritdiyi hazırki siyasət uğursuz siyasətdir. Tezliklə, bu imperiyanın çöküş paradı başlayacaq".
Həsən İSLAMOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ​Trampdan Çinə 100 milyardlıq zərbə - PLANI

    ​Trampdan Çinə 100 milyardlıq zərbə - PLANI ...

    15-03-2018, 16:35

  • 
  • Rusiya-Çin qaz kəmərinin tikintisi başlanır

    Rusiya-Çin qaz kəmərinin tikintisi başlanır ...

    1-09-2014, 14:40

  • 
  • Pentaqon Rusiyanın ABŞ-a yaratdığı təhlükənin səbəbini açıqlayıb

    Pentaqon Rusiyanın ABŞ-a yaratdığı təhlükənin ...

    24-03-2018, 09:57

  • 
  • Camal Qaşıqçı cinayəti 56 milyard dollara unuduldu

    Camal Qaşıqçı cinayəti 56 milyard dollara unuduldu ...

    26-10-2018, 20:22

  • 
  • Rusiyanın SWIFT-dən ayrılması Avropa parlamentinin gündəmində - “Sibirin gücü” və Çin onu xilas edəcəkmi?

    Rusiyanın SWIFT-dən ayrılması Avropa ...

    11-04-2021, 18:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu