GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İlyas İsmayılovdan Oqtay Əsədova sual: “Konstitusiyanın tələbləri nəyin naminə pozulur?”

İlyas İsmayılovdan Oqtay Əsədova sual: “Konstitusiyanın tələbləri nəyin naminə pozulur?”

Tarix: 15-09-2014, 14:39 Bölmə :Siyasət Baxış: 715
Yəqin xatırlayırsınız, Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir müddət əvvəl deputat mandatı daşıyan ali məktəb rektorları və icra strukturlarında çalışan digər şəxslərlə bağlı prezident İlham Əliyevə müraciət etmişdi.

İlyas İsmayılovdan Oqtay Əsədova sual: “Konstitusiyanın tələbləri nəyin naminə pozulur?”
İ.İsmayılovun həmin müraciətinə Prezident Administrasiyasından rəsmi cavab verilməsə də bildirilmişdi ki, bu məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyətindədir.

Bundan sonra İ.İsmayılov MSK-ya məktub göndərmiş və qeyd etmişdi ki, Konstitusiyanın müvafiq maddəsinə görə, icra və məhkəmə sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər.

Lakin nədənsə deputatın bu müraciətinə MSK tərəfindən heç bir reaksiya verilmədi. Niyə?

Virtualaz.org saytının əməkdaşı bu və digər suallarla İlyas İsmayılovun özünə müraciət edib. Deputat deyib:

-Bəli, mən MSK sədri Məzahir Pənahova üç dəfə yazılı müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 85-ci və Seçki Məcəlləsinin 173-cü maddələrinə zidd olaraq universitet rektorlarının, açıq səhmdar cəmiyyətləri, dövlət şirkətləri rəhbərlərinin, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərin məhz onun “səhvi” üzündən deputat mandatına yiyələnmələrini diqqətinə çatdırmış, həmin şəxslərin ya deputat mandatından məhrum edilmələri, ya da tutduqları vəzifədən qeyd-şərtsiz azad olunmaları üçün tədbir görməsini xahiş etmişdim. Amma MSK məktubumla bağlı nəinki tədbir görmədi, heç mənə cavab da vermədi.

Məhkəməyə müraciət etməli oldum. MSK məhkəməni də saymadı, onun iki iclasına gəlmədi. Üçüncü dəfə məhkəməyə bildirdi ki, guya mənim məktublarımı almayıblar. Məcbur olub məktublarımın MSK-ya göndərilməsinə dair Milli Məclisin ümumi şöbəsindən arayış aldım və məhkəməyə təqdim etdim. Bundan sonra MSK-nın katibi Arifə Muxtarova 30 may tarixində 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin hakimi Şərafət Məmmədovaya məktub göndərərək etiraf etdi ki, mənim 07 iyun, 18 oktyabr 2013-cü il və 30 yanvar 2014-cü il tarixli məktublarımı alıblar. Və guya məsələni hər dəfə mənimlə ətraflı müzakirə ediblər, MSK tərəfindən də guya müvafiq tədbir görülüb.

Əslində isə mənimlə heç kim söhbət etməyib. Mən sədrə “nə üçün mənim məktubuma cavab vermirsiniz” deyəndə bildirib ki, “sizin təkliflərinizi, Allah qoysa, 2015-ci ildə nəzərə alarıq”. Komissiyanın katibi Mikayıl Rəhimova zəng edəndə isə o dedi ki, “səhv etmişik, gərək mandatları verməzdən əvvəl onların işdən çıxmaları haqda sənəd alaydıq”.

Onu da qeyd edim ki, MSK katibinin məhkəməyə göndərdiyi həmin məktubda mənim qaldırdığım məsələnin mahiyyətini təhrif etməyə və gizlətməyə də çalışılıb. Daha dəqiq desəm, orada məktubum “qanunvericiliyin təfsiri ilə əlaqədar təklif xarakterli” adlandırılıb. Halbuki mən konkret göstərmişəm ki, qanunvericiliyə zidd olaraq deputat mandatı daşıyan şəxslərin bu mandatdan məhrum edilmələri və ya tutduqları vəzifədən qeyd-şərtsiz azad olunmaları üçün tədbir görülsün.

Doğrusu, adam bilmir ki, MSK-nın bu hərəkətlərinə, yalanlarına nə desin. Onu da başa düşə bilmirəm ki, MSK və onun sədri Məzahir Pənahovun sözün əsl mənasında hoqqalarına nə üçün “dözümlülük” göstərilir?! Qanunu pozan, öz səhvini bilib etiraf etməyi bacarmayan bu insanı nə üçün müdafiə edirlər? Halbuki vaxtilə müdriklərin dediyi kimi, düz yola gəlməyin birinci şərti səhvi etiraf etməkdir.

Hər bir dövlət qurumunun - indiki halda MSK-nın öz səhvlərinə münasibəti onun nə qədər ciddi olduğunu və xalq qarşısında öz vəzifələrini necə yerinə yetirdiyini göstərən ən mühüm meyarlardan biridir. Səhvi açıq etiraf etmək, onu diqqət və məsuliyyətlə müzakirəyə çıxarmaq, yuxarıda deyilənlərlə bahəm həm də vətəndaşları tərbiyə etmək və öyrətmək vasitəsidir...

-Səhv etmiriksə, siz sonradan bu məsələni bir daha gündəmə gətirdiniz və Milli Məclisdə təmsil olunan oliqarx-deputatların mandatına xitam verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etdiniz.

-Elədir. Mən Konstitusiya Məhkəməsinə də müraciət etdim. Mənə cavab gəldi ki, “deputatın sorğusuna cavab verilmir, Milli Məclis belə bir sorğu göndərsə, cavab verərik”. Həmin cavaba uyğun olaraq 3 fevral 2014-cü il tarixdə Milli Məclisin sədri Oqtay Əsədova müraciət etdim ki, birincisi, qanunverici orqanın rəhbəri kimi, səlahiyyətlərindən istifadə edərək deputat statusu ilə bir araya sığmayan vəzifəni tutmaqda və fəaliyyəti həyata keçirməkdə davam edən şəxslərin deputat mandatından məhrum edilməsi barədə Mərkəzi Seçki Komissiyasına müraciət etsin. İkincisi, Konstitusiyanın 85 və 89-cu maddələrinin şərh olunması üçün Konstitusiya Məhkəməsinə sorğu verilməsi barədə məsələni Milli Məclisin müzakirəsinə çıxarsın. Çox təəssüf ki, bu şəxsdən də bir cavab yoxdur.

Konstitusiya Məhkəməsinin cavabını, formal baxımdan hardasa düz saymaq olar. Bununla yanaşı soruşuram: nə üçün Konstitusiya Məhkəməsi göstərilən şəxslərin tutduqları vəzifədən azad olunmadıqlarını bilə-bilə Konstitusiya və Seçki Məcəlləsinə zidd olaraq onların mandatını təsdiq etmişdi? Yaxud öz səhvini heç olmazsa sonradan düzəldə bilməzdimi?

- Bir ara boş qalmış deputat yerləri haqda da məsələ qaldırmışdınız. Onda həmin yerlərin sayı 3 idi. Mübariz Qurbanlının məlum təyinatından sonra 4 oldu. O müraciətinizə nə cavab verdilər?

-Qanuna görə, Seçki Məcəlləsinin 176.4-cü maddəsinə əsasən deputat mandatının boş qalmasından sonra bir ay ərzində vakant yerlərə seçkilər keçirilməlidir, amma neçə aylardır ki, bu, baş vermir. Bu, ciddi qanun pozuntusudur. Əslində vətəndaşların seçib-seçilmək, dövlətin idarə olunmasında iştirak etmək kimi siyasi hüquqlarının pozulmasıdır. Bu məsələyə bazar təfəkkürü prizmasından deyil, məhz belə yanaşılmalıdır. Ancaq heç kim bu barədə danışmır, məsələnin həlli üçün tədbir görülməyib və bu gün də görülmür. Zənnimcə, bu elə sualınıza cavabdır. Yəni spiker bu müraciətə, iradlara da məhəl qoymayıb.

-Sizcə, müraciətlərinizə bu cür yanaşma nə ilə bağlıdır? Sualı başqa cür də qoymaq olar: sizə elə gəlmirmi ki, bütün bu “soyuqluğun” kökündə spikerlə məlum mübahisəniz durur?

-Güman etmirəm. O bir epizod idi, oldu getdi. Görünür, sonradan həmin mübahisəyə görə özləri də peşman oldular. Ən azı parlamentin o iclasının rəsmi stenoqramını dəyişmələri belə düşünməyə əsas verir.

-Yeri gəlmişkən, o vaxt Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə məktub göndərərək həmin stenoqram məsələsinə görə onları saxtakarlıqda ittiham etmişdiniz. O məktubun taleyi necə oldu?

-O məktub da, çox təəssüf ki, bayaqdan haqqında danışdığımız məktubların taleyini yaşadı.

-Maraqlıdır, bütün bunlardan sonra nə etmək, hansı addımları atmaq fikrindəsiniz? Ən əsası: inanırsınızmı ki, cəhdləriniz hansısa nəticə verəcək?

-Bilirsiniz, söhbət heç də məndən və ya mənim hansısa müraciətlərimdən getmir. Məsələ ondadır ki, biz 17 yanvar, 2001-ci ildə Avropa Şurasına qəbul olunmuşuq. Avropa Şurası azadlığa, demokratiyaya, insan hüquqlarının təminatına və qanunun aliliyinə əsaslandığını iddia edən Avropa birliyidir. Avropa Şurasına daxil olan dövlət də Şuranın Nizamnaməsinin 3-cü maddəsinə əsasən qanunun aliliyinə hörmət etmək və insan hüquqlarını təmin etmək gücündə və əzmində olmalıdır. AŞ-nin üzvü olan ölkə bu məqsədin həyata keçirilməsi üçün onunla səmimi və fəal əməkdaşlıq etməlidir. Ölkəmiz Avropa Şurasına qəbul edilərkən Azərbaycan Respublikası prezidentinin, Milli Məclis sədrinin, baş nazirin, habelə parlamentdə təmsil olunan partiya sədrlərinin məktubları nəzərə alınıb və Azərbaycan üzərinə yuxarıda göstərilən prinsiplərə əməl edəcəyi barədə öhdəlik götürüb.

Məhz bunu nəzərə alaraq Azərbaycanın dövlət strukturları, o cümlədən yuxarıda haqqında danışdığımız qurumları - Konstitusiya Məhkəməsi, Milli Məclisi, MSK-sı, məhkəmələri Avropa Şurası qarşısında götürdüyümüz öhdəliklərə biganə münasibət bəsləməməlidir. Çünki son nəticədə bu, təkcə onların özlərinə yox, bütövlükdə Azərbaycanımızın adına xələl gətirir. Buna isə yol vermək olmaz. Axı dövlətin nüfuzu, ona inam həm də onun öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmək qabiliyyətilə müəyyən olunur.

Bir məsələ məni həmişə olduğu kimi indi də çox düşündürür: əsas qanunumuz olan konstitusiyamızın və Seçki Məcəlləsinin imperativ tələbləri nəyin naminə pozulur? Nə üçün qanun pozuntuları aradan qaldırılmır? Məmur özbaşınalıqları və şəxsi maraqlar niyə ölkənin maraqlarından üstün tutulur?

Biz konstitusiyamızda hüquqi dövlət qurduğumuzu bütün dünyaya elan etmişik. Bu dövlətdə heç kim özünü qanundan üstün tutmamalıdır, qanun qarşısında hamı bərabər olmalıdır. Düşünürəm ki, göstərilən qanun pozuntularını müdafiə edərək yersiz və acı gülüş doğuran inadkarlıq göstərmək əvəzinə sağlam düşüncədən və ölkənin maraqlarından çıxış edərək bu tələbə əməl etsək işimiz yaxşı gedər, insanları dövlətin varlığı və gələcək inkişafı üçün mühüm şərt olan qanuna hörmət ruhunda tərbiyə etmək sahəsində uğurlar qazanarıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlyas İsmayılov Məzahir Pənahovu məhkəməyə verdi

    İlyas İsmayılov Məzahir Pənahovu məhkəməyə verdi ...

    7-03-2014, 17:18

  • 
  • MSK-dan İlqar Məmmədovla bağlı AÇIQLAMA

    MSK-dan İlqar Məmmədovla bağlı AÇIQLAMA ...

    13-09-2013, 11:05

  • 
  • MSK-dan Əli Əhmədovun deputat mandatı ilə bağlı açıqlama

    MSK-dan Əli Əhmədovun deputat mandatı ilə bağlı ...

    23-10-2013, 12:50

  • 
  • Mübariz Qurbanlının deputat mandatı alındı

    Mübariz Qurbanlının deputat mandatı alındı ...

    13-10-2014, 16:50

  • 
  • MSK seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb

    MSK seçici fəallığı ilə bağlı yekun nəticələri ...

    9-10-2013, 21:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu