GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Polad Bülbüloğlu Rusiya hökumətindən təminat istədi

Polad Bülbüloğlu Rusiya hökumətindən təminat istədi

Tarix: 18-09-2014, 16:33 Bölmə :Siyasət Baxış: 1 007
Ölkələrimiz arasında ticarət dövriyyəsindəki hesablaşmalarda manat və rubldan istifadə oluna bilər
Polad Bülbüloğlu Rusiya hökumətindən təminat istədi

Moskvada ABŞ və Avropa ölkələrinin iqtisadi sanksiyaları ilə əlaqədar Azərbaycan-Rusiya ticarət münasibətlərinin inkişaf perspektivlərinə dair mətbuat konfransı keçirilib.

APA-nın verdiyi məlumata görə, konfransda çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu sentyabrın 15-də Bakıda Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasının keçirildiyini bildirib: "Komissiyanın iclasında Rusiyadan 5 nəfər nazir müavini, Dövlət Duması və Federasiya Şurasının komitə sədrləri və vitse-spiker iştirak etdilər. Prezident İlham Əliyev də Rusiyadan gələn nümayəndə heyətini qəbul elədi. Hökumətlərarası komissiyanın iclası çox səmərəli keçdi və iki ölkə arasındakı əlaqələrə dair gündəlikdə duran əsas məsələlər müzakirə olundu. Hökumətlərarası Komissiyanın gündəmi çox geniş idi. Əsas müzakirə mövzusu təbii ki, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı idi. İki ölkənin müxtəlif nazirlikləri bu barədə geniş müzakirələr apardılar".


Səfir Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının daşınmasının nizama salınmasının vacibliyini vurğulayıb: "Azərbaycan kənd təsərrüfat məhsulları ilə özünü tam təmin edir, həm də ixracla məşğul olur. Bu gün Azərbaycanla Rusiya arasında logistika çox yüksək səviyyədədir. Lakin məhsulların daşınmasında bəzən inzibatı problemlər baş verir. Bu problemlərdən biri də Rusiyanın İstehlak Bazarına Nəzarət Xidmətinin ("Rospotrebnadzor") yaratdığı problemlərdir. Kənd təsərrüfatı məhsulları tez xarab olan məhsullardır. Təbii ki, məhsulun keyfiyyəti yoxlanılmalıdır. Lakin məhsulun Rusiya bazarlarına çatdırılması asanlaşdırılmalıdır. Bunun üçün dövlətin mexanizmləri mövcuddur. Hökumətlərarası komissiyanın iclasında da bunlar müzakirə olundu. Rusiyaya nə qədər kənd təsərrüfatı məhsulu lazımdı? Azərbaycandakı fermer təminat almalıdır ki, yetişdirdiyi məhsulu Rusiya ondan alacaq. Rusiya hökuməti təminat verməlidir ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanların əziyyəti boşa getməsin. Bütün bu məsələlərin həlli yolları və mexanizmləri hökumətlərarası komissiyanın iclasında müzakirə mövzusu oldu".

P. Bülbüloğlu Azərbaycandan Rusiyaya təkcə meyvə-tərəvəzin deyil, quş əti və yumurtanın da ixrac olunmasının müzakirə olunduğunu söyləyib.

Rusiya Dövlət Dumasının maliyyə bazarı üzrə iş komitəsinin sədr müavini Dmitri Savelyev çıxışında bildirib ki, Azərbaycanın Rusiya bazarında yer alması üçün böyük şans yaranıb: "Azərbaycan unikal ölkədir. Bu gün ölkədə yüksək inkişaf var. Bu inkişafı heç bir post-sovet ölkəsində görmək mümkün deyil. Azərbaycan məhsulları Orta Asiya və Çin məhsullarından daha keyfiyyətlidir. Rusiya bazarında bu məhsulları böyük məmnuniyyətlə və böyük həcmdə görmək istərdik".

Deputat Rusiya bazarına Azərbaycan banklarını da dəvət edib: "Çünki Azərbaycan manatını əsassız yerə "qızıl manat" adlandırmırlar. Azərbaycanın milli valyutası çox sabitdir. Hətta perspektivdə ölkələrimiz arasındakı ticarət dövriyyəsindəki hesablaşmalarda manat və rubldan istifadə etmək mümkündür".

İctimai Palatanın üzvü, politoloq Sergey Markov isə çıxışında Rusiyanın Azərbaycanla neft və energetika, hərbi-texniki sahədə uğurla əməkdaşlıq etdiyini bildirib: "Qərbin Rusiyaya qarşı sanksiyaları düşmənçilik siyasətinin təzahürüdür. Azərbaycan Rusiyanın tərəfdaşı olaraq böyük Rusiya bazarında özünün keyfiyyətli məhsulu ilə daha da inamlı iştirak edə bilər. Azərbaycan kənd təsərrüfatı məhsulları ilə də zəngin ölkədir və onun Rusiyanı bu məhsullarla təmin etməyə imkanı var. Bu amil Azərbaycan iqtisadiyyatına da müsbət təsir edəcək".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Polad Bülbüloğlu: “Ukraynaya öz Heydər Əliyevi lazımdır

    Polad Bülbüloğlu: “Ukraynaya öz Heydər Əliyevi ...

    20-10-2014, 14:38

  • 
  • "Heç kim Rusiyanı sındıra bilməz, o heç vaxt diz çökməyəcək"

    "Heç kim Rusiyanı sındıra bilməz, o heç vaxt ...

    15-09-2014, 15:11

  • 
  • Putin getdi

    Putin getdi ...

    14-08-2013, 00:47

  • 
  • Polad Bülbüloğlu Rusiya ilə viza rejimindən danışdı

    Polad Bülbüloğlu Rusiya ilə viza rejimindən ...

    26-11-2013, 12:15

  • 
  • Bakıda Rusiya “küləyi”

    Bakıda Rusiya “küləyi” ...

    26-09-2014, 08:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu