Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu vurğulayıb ki, Ukraynadakı vəziyyət Azərbaycan hökuməti və prezidentində narahatlıq doğurur.
Virtualaz.org “EkoQrad”-a istinadən bildirir ki, Polad Bülbüloğlu bunu Rusiya İctimai Palatasının iclasında çıxışı zamanı deyib.
Bundan başqa, Bülbüloğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Donetsklə Luqanskdakı qarşıdurma arasında müqayisə aparıb.
Bu gün Ukraynadakı vəziyyətin Azərbaycanda 90-cı illərin əvvəlində olan vəziyyəti xatırlatdığını bildirən səfir qeyd edib ki, Ukraynaya öz Heydər Əliyevi lazımdır.
“Rusiya əsrlərlə post-sovet məkanında əsas ölkə olsa da, Cənubi Qafqazda İran və Türkiyə də var, və onların maraqlarını nəzərə almamaq qeyri-mümkündür”, - deyə o bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?