Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvü Elçin Rüstəmli partiyadan istefa verib. Bu barədə Bizimyol.info saytına Elçin Rüstəmlinin özü məlumat verib:
"Mən uzun müddət AXCP Ali Məclisinin üzvü olsam da, siyasi fəaliyyətlə məşğul olmaq imkanlarım olmayıb. Bundan sonra da siyasi fəaliyyət göstərmək, partiya üzvü olmaq niyyətim yoxdur. Bu səbəbdən AXCP üzvlüyündən istefa verdiyimi bildirirəm". Qeyd edək ki, Elçin Rüstəmli "Bizim Yol" qəzetində çalışır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?