Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri professor Hacıbaba Əzimov “Dövlət Müstəqilliyi Günü” dövlət bayramının qeyri-iş günü statusunun bərpası və dövlət səviyyəsində təntənəli şəkildə keçirilməsi ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib.
H.Əzimov “Dövlət Müstəqilliyi Günü”nün dövlət bayramı kimi ləğv olunmasında Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevi və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblini günahlandırıb.
Partiya sədri bildirir ki, bu şəxslər “Dövlət Müstəqilliyi günü” dövlət bayramının və bu günlə baglı “ Milli Dirçəliş”, “Konstitusiya günü” dövlət bayramlarının iş günü olması haqqında dövlətçilk prinsiplərinə zidd, antikonstitusion qərar qəbul edilməsinə və faktiki olaraq bu bayramların dövlət səviyyəsində keçirilməsinin qarşısının alınmasına nail olublar.
Məktubda belə bir paradoksal hala da diqqət çəkilir ki, hazırda Azərbaycanda hətta bəzi peşə bayramlarının da təntənəli şəkildə qeyd olunmasına baxmayaraq, “Dövlət Müstəqilliyi Günü” dövlət bayramı dövlət səviyyəsində keçirilmir.
Açıq məktubun sonunda istiqlalçı deputat, professor Hacıbaba Əzimov VAMBP adından dövlət başçısı İ.Əliyevi Azərbaycan xalqının ali mənafeyini əsas tutaraq ölkəmizin “Dövlət Müstəqilliyi Günü”nün – 18 oktyabrın qeyri-iş günü statusunun bərpa edilməsi ilə bağlı Milli Məclisə təklif verməyə və bu bayramın dövlət səviyyəsində geniş və təntənəli şəkildə keçirilməsi üçün zəruri tədbirlər görməyə çağırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?