Əslən Şəmkirdən olan deputat Etibar Hüseynov Nazim Veysovun icra başçısı vəzifəsindən çıxarılmasına sevinib.
Azvision.az xəbər verir ki, millət vəkili N.Veysovun yalançı, fırıldaqçı, ikiüzlü olduğunu bildirib: “Nazim Veysovun işdən azad olunması xəbərinə bütün şəmkirlilər kimi mən də sevindim. Çünki hələ indiyə qədər onun kimi Şəmkir və şəmkirlilərə ziyan və pislik etmiş ikinci birisi olmayıb. Yalançı, fırıldaqçı, ikiüzlü birisi.. Şəmkirlilər onu həmişə nifrət və hiddətlə anacaq”.
Qeyd edək ki, N.Veysov prezident İlham Əliyevin sərəncamı ilə Şəmkirin icra başçısı vəzifəsindən azad olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?