GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Arif Hacılı: "Müsavat Partiyasında ayrı-ayrı adamların komandası yoxdur"

Arif Hacılı: "Müsavat Partiyasında ayrı-ayrı adamların komandası yoxdur"

Tarix: 10-10-2014, 14:06 Bölmə :Siyasət Baxış: 631
Arif Hacılı: "Müsavat Partiyasında ayrı-ayrı adamların komandası yoxdur"

Müsavatın yeni başqanı Arif Hacılı sualları cavablayıb
Müsavat Partiyasının 27 sentyabr qurultayı bitsə də, narazılıq bitmədi. Narazı qalanlar əvvəl mətbuatda, sonra isə toplantı şəklində etirazlarını ifadə etdilər. Oktyabrın 6-da partiyanın qərargahında başqan seçkisindən narazı qalanların toplantısı keçirildi. Sərt bəyanatlar verildi, hətta bəziləri yeni başqan Arif Hacılını başqan kimi tanımadıqlarını belə bildirdilər.
Müsavat Partiyasının qurultayında başqan seçilən Arif Hacılı BBC Azərbaycanın suallarına cavab verib. Onunla müsahibəni Bakıda jurnalist Natiq Cavadlı aparıb.

- Arif bəy, qurultaydan bu cür narazılıq olacağını gözləyirdinizmi?

- Belə yox, daha böyük narazılıq olacağını gözləyirdim. Çünki demokratik prosesin üstün cəhətləri olduğu kimi müəyyən çətinlikləri də var. Ancaq biz bu çətinliklərə alışmalıyıq. Demokratik təşkilatı, hətta demokratik partiyanı idarə etmək avtoritar dövləti idarə etməkdən daha çətindir. Amma biz demokratik cəmiyyət quruculuğu uğrunda mübarizə aparan adamlarıq və demokratiyanın yaratdığı bu çətinliklərə dözümlü yanaşmalıyıq.

- Artıq qarşı tərəf bir neçə gün əvvəl toplantı keçirib, ultimativ şəkildə bəyanatlar verib tələblər irəli sürürlər. Amma siz "Yeni Müsavat"a tələblərin heç birinin yerinə yetirilməyəcəyini bildirmisiniz. Bu, qarşıdurmanı dərinləşdirə bilərmi?

- Müsavat Partiyası liberal-demokratik məfkurəyə əsaslanaraq fəaliyyət göstərən partiyadır. Bu, o deməkdir ki, həm də azlığın fikirləri nəzərə alınmalıdır. Mənin müsahibəmdə "təkliflər nəzərə alınmayacaq" fikri səslənməyib. Sadəcə, heç bir arqument olmadan məclisin vaxtının dəyişdirilməsi tələbi irəli sürülüb. Ancaq məclisin vaxtı müəyyən olunub və oktyabrın 11-də keçiriləcək. Ona görə vaxtın dəyişdirilməsi qeyri-mümkündür. Amma irəli sürülən digər təkliflərlə bağlı bizim müzakirələr aparmağımız mümkündür. Sadəcə, təkliflərin forması yanlışdır. Çünki Müsavat Partiyasının başqanına və partiyanın özünə hesabat üçün vaxt təyin etmək səlahiyyəti qurultayda və digər müvafiq strukturlardadır. Ayrı-ayrı şəxslər başqana və bütövlükdə partiyaya hesabat üçün müddət təyin edə bilməz.

- Deməli, siz dolayısıyla onların tələblərinin nəzərə alınmayacağını təsdiq edirsiniz?

- Xeyr, təsdiq etmirəm.

- Amma müddət qoymağın mümkünsüzlüyünü vurğuladınız...

- Biz onların irəli sürdükləri məsələləri müzakirə edəcəyik. Amma müddət qoyulması ümumiyyətlə nizamnaməyə ziddir. Bəlkə 1 həftədən sonra müzakirə edib münasibətimizi bildirəcəyik, yaxud bunların müzakirəyə heç ehtiyacı yoxdur. Partiyanın müvafiq strukturları formalaşdıqdan sonra bu təklifləri strukturların müzakirəsinə təklif edəcəm.

- Müddət qoyulması nizamnamənin neçənci maddəsinə ziddir?

- Nizamnamədə partiyanın rəhbər orqanları göstərilib, ali orqan qurultaydır, başqan və Mərkəzi Nəzarət-Təftiş Komisiyyası qurultayda seçilir. Qurultaylararası dövrdə ali orqan məclisdir, məclislərarası dövrdə ali orqan divandır. Müvafiq şəxslər də bu strukturlar qarşısında nizamnaməylə təyin olunmuş vaxtda hesabat verməlidir.
"Qəpik-qəpik toplayırıq"

- Narazıların tələbində maliyyə hesabatı xüsusi qabardılır. Nə baş verib ki, bu məsələyə belə önəm verilir və mediada da olay gündəmdən düşmür?

- Bu insanları daha çox düşündürən mövzudur, bizdən zaman-zaman maliyyə hesabatını Siyavuş Novruzov da istəyir. Müsavat Partiyası maliyyə imkanlarına malik olmayan bir təşkilatdır. Biz partiya üzvlərindən 50 qəpik, 1 manat toplamaqla ən xırda xərcləri, yəni icarə haqqını, elektrik, telefon pulunu ödəyirik. Müsavatçıların xeyir-şər vəziyyətləri yarananda üzvlərdən qəpik-qəpik, manat-manat toplayıb bu məsələləri həll edirik. Eyni zamanda, Mərkəzi İcra Aparatında heç kəs maaş almır. Onlar fədakarlıq göstərərək partiyanın problemlərini həll edirlər.

- Bəs narazılar nədən bu məsələni qabardırlar?

- Bu sualları onlara ünvanlamaq daha düzgün olar.

- Amma onlar bu sualları sizə ünvanlayıblar. Ki, maliyyə hesabatı versin, nə gizlədilir bu məsələdə, niyə cavab vermək istəmirsiniz?

- Müsavat Partiyasında Maliyyə Şöbəsi və bu işlərlə məşğul olan konkret şəxslər var. Mən də partiyanın Mərkəzi İcra Aparatının rəhbəri olaraq daimi ümumi nəzarəti həyata keçirməyə çalışmışam. Ki, icarə və başqa xərclərin verilməməsi ilə bağlı partiyaya irad tutulmasın. Və buna nail olmuşuq. Hazırda maliyyə durumumuz çox pisdir, qurultayın keçirilməsi üçün ayrılan vəsait kifayət etmədi.

- Nə qədər vəsait ayrılmışdı?

- 2-3 min manat xərcimiz vardı, onu da dostlarımızdan xahiş etdik. Mandatın və digər texniki işlərin həllini yaxınlarımız vasitəsilə həyata keçirtdik. Zala verilən icarə haqqının bir hissəsini isə borc götürmüşük və indi onu ödəmək barədə düşünürük.

- Narazılar daha çox seçkinin pozuntlarla həyata keçdiyini bildirirlər. Seçki standartları seçkinin təşkilindın başlayır, təşkilati məsələlərə isə sabiq başqan İsa Qəmbər cavabdeh idi. Konkret pozuntulara keçək, birinci, qurultaya 650 nəfər nümayəndədən 450 nəfər qatılıb, 1 nəfər ölüb, bəs 149 nəfər hardaydı? İkinci, 16 rayon təkilatında konfrans keçirilməyib, Naxçıvan təşkilatlarında heç konfrans da olmayıb. Hansı rayon təşkilatlarında konfranslar baş tutubsa, orda da Arif Hacılının adamları nümayəndə seçilib. Qarşı tərəfin səsləndirdiyi bu ittihamlara arqumentləriniz nədən ibarətdir?

- Bunlar tamamilə əsassızdır və bu məsələlərin hamısı Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində müzakirə olunub. Başqan İsa Qəmbər daxil olmaqla partiyanın bütün rəhbərliyi, icra aparatının bəzi üzvlərindən ibarət 32 nəfərlik Təşkilat Komitəsi yaradılıb. İkinci, qurultay nümayəndələri seçilən zaman mən həbsxanadaydım, ona görə prosesə heç bir təsir imkanlarım olmayıb. Bəzi rayon təşkilatlarında konfransların keçirilməməsi onların fəaliyyətinin zəifliyiylə bağlı olub. Hər bir rayon təşkilatının konfrans keçirtmək üçün imkanı və kifayət qədər müddəti olub. O ki qaldı qurultayda hansısa pozuntuların olması barədə fikirlərə, bunların heç bir əsası yoxdur. Təşkilat Komitəsində bu məsələlər müzakirə olunarkən opponentlərim bildirdilər ki, qurumun üzvləri sırasında mənim tərəfdarlarım çoxdur. Bu, arqumenti aradan qaldırmaq məqsədiylə İsa bəy təklif etdi ki, məsələləri səsvermə yox, konsensus yoluyla həll edək. Bütün məsələlər də konsensus yoluyla həll olunub. Ən vacib məsələlər, seçki, mandat komissiyalarının yaradılması, qurultayın keçirilməsi senarisi, hətta çıxışların ardıcıllığı məsələləriylə bağlı yaranan bütün mübahisələrdə mən geri çəkilmişəm, konsensus vermişəm. Hər hansı məsələnin səsvermə yoluyla keçirilməsini tələb etməmişəm. Opponentlərimin tələblərinə uyğun olaraq qərarların qəbul olunmasına razılıq vermişəm ki, qurultaydan sonra hansısa bəhanələr irəli sürülməsin. Qurultayda 20-dən çox səsvermə kabinəsi qurulmuşdu.

- Bəs üzvlər nədən kənarda səs verirdi?

- 20-dən çox kabinələrin qurulması təklifini də mən vermişəm. O cümlədən, çöldə səsverməyə qadağa qoyulması təklifini də mən vermişəm. Qurultay zamanı heç kəs heç kəsi öz iradəsinə zidd səs verməyə məcbur etməyib və bunu edə bilməzdi də. Bütün bunlar hamısı texniki çətinliklərlə bağlı olub. Əgər mən 20-dən artıq kabinənin qoyulmasını təklif etməsəydim, bəlkə də daha ayrı vəziyyət yaranacaqdı. Açığı mən məclis üzvləri seçkilərinin qurultayda keçirilməsi maddəsinin aradan qaldırılmasını təklif etmişdim. Çünki bir gündə 150 namizədin içindən 80 nəfəri seçmək kifayət qədər çətin texniki işdir. Kabinələrdə səs verməmələrin əsas səbəbi məclis üzvləri seçkilərinə aiddir. Dediyim kimi, 150 nəfərdən 80 adamın seçilməsi xeyli müddət aparırdı. Bunların başqan seçkilərinə heç bir aidiyyatı yox idi, çünki 4 namizəd vardı. Bunlardan birini seçmək üçün seçiciyə 1 dəqiqə vaxt lazımdır.

- O zaman 149 nəfər niyə qurultayda iştirak etmirdi sualına cavab verin...

- Bu rəqəmi hardan çıxartdınız?

- 650 nəfər qurultay nümayəndəsindən 450 nəfər iştirak edib...

- Xeyr, 547 qurultay nümayəndəsi olub, onlardan 450 nəfəri iştirak edib.

- 547 nəfər...?

- Səhv etmirəmsə, 570 nəfər olub...

- Bütün hallarda 100 nəfərdən çox adamın qurultaya qatılmamasının səbəbini araşdırmısınızmı?

- Bunların arasında həyatda, Azərbaycanda olmayanı var, o cümlədən, xəstələnəni olub. Yaxud müxtəlif səbəblərdən gəlməməsi var. Amma qurultay nümayəndələrindən 80 faizindən çoxu tədbirə qatılıb.

- Arif bəy, 100 nəfərdən çox adam iştirak etməyib, bunun 20 nəfəri xəstə olar, yaxud vəfat edər, 100 nəfər kiçik rəqəm deyil...

- İndi iştirak etməyib, nə edək? 450 nəfər iştirak edib, 100 nəfər isə yox.

- Səbəb nədir?

- Müxtəlif səbəblər var. Onlardan həyatda və Azərbaycanda olmayanı var, bunları dedim. Həm də maliyyə imkanları olmayanlar da var. Mən fərdi olaraq hər bir kəsin nəyə görə qurultaya gəlmədiyini araşdırmamışam. Amma 80 faizə qədər qurultay nümayəndəsinin tədbirə qatılması kifayət qədər yüksək göstəricidir. Partiyamızda yetərsay üçdə birdir, ona görə 200 nəfər də iştirak etsəydi, qurultay səlahiyyətli olacaqdı. Naxçıvanda və digər yerlərlə bağlı konfransların keçirilməməsi haqqında fikirlər əsassızdır. Naxçıvanda konfrans keçirilən zaman mən həbsxanada olmuşam.

- 16 rayonda konfransın keçirilməməsi barədə Səxavət Əlisoyun dediklərini necə izah edərdiniz?

- Bəzi rayonlar var ki, onlar fəaliyyətsizdir və hansısa texniki səbəblərdən konfranslarını keçirməyiblər. Amma onların konfrans və ümumi yığıncaq keçirmək üçün kifayət qədər vaxtları və imkanları olub.

- Belə bir fikir var ki, Arif Hacılı qurultaydan uğursuz və zəif çıxdı, bu isə İsa Qəmbərə sərf edir. Çünki zəif başqan onun üçün sərfedicidir. Necə qiymətləndirirsiniz deyilənləri?

- Bu, qərəzli adamların yanlış fikirləridir.

- Həmin fikri "Yeni Müsavat"ın siyasi şərhçisi Azər Rəşidoğlu bildirib...

- Mən Azər bəyin dediklərini oxumamışam, ola bilər Azərbaycanda olmamışam. Bu da onun mövqeyidir.

- Arif bəy, bundan sonra partiyada hansı yeniliklər və ya dəyişikliklər etmək istəyirsiniz?

- Mən partiyanı dinamik və çevik təşkilata çevirmək niyyətindəyəm. Müsavat Partiyası sonuncu qurultaydan daha da güclənmiş çıxdı. Düzdür, opponentlərimiz Azərbaycan tarixində keçirilən ən demokratik və şaffaf seçkilərdən birinə kölgə salmaq üçün əllərindən gələni edirlər. Amma hər şey cəmiyyətimizin gözü qarşısında baş verir. Proses şəffafdır, kimin haqlı, kimin haqsız olduğunu hamı görür. Hesab edirəm ki, nəticədə biz qalib gələcəyik.

- Siz konkret cavab vermədiniz, nələrisə dəyişəcəksiniz, yoxsa status-kvonu saxlayacaqsınız?

- Müsavat Partiyasında başqan dəyişikliyi heç də guya onun və komandasının fəaliyyətinin qeyri-qənaətbəxş olmasıyla bağlı deyil. Sadəcə, nizamnamədə bir nəfərin iki dəfədən çox başqan seçilməsinə qarşı müddəa var, buna uyğun olaraq İsa Qəmbər növbəti dəfə başqanlığa namizədliyini irəli sürmədi. Partiyanın fəaliyyəti indiyə qədər uğurlu və fədakar fəaliyyət olub. Rəhbərlikdə olanlar, xüsusən bugün tənqid hədəfinə çevrilənlər - Mərkəzi İcra Aparatı haqqı ödənilmədən bütün məhrumiyyətlərə, çətinliklərə, həbslərə, təqiblərə dözərək partiyanın strukturlarını və əsas lider partiya kimi qoruyub saxlayıblar. Hesab edirəm ki, həm bu qüvvələrlə, həm də qurultayın uzun müddət keçirilməməsi səbəbindən strukturlarda təmsil olunmaq imkanlarından məhrum olan bir çox yeni adamların da rəhbərliyə gətirilməsi fəaliyyətimiz daha çevik və dinamik olacaq. Ümumi siyasi xəttimizdə isə hər hansı dəyişikliklərin olmasına zərurət yoxdur. Bu, düzgün siyasi xətdir. Sadəcə, biz mübarizəmizin effektlivliyini artıraraq dəyişikliklərə nail olmağa çalışmalıyıq. Bunun üçün mən öz təşkilatçılıq və idarəçilik vərdişlərimdən istifadə edəcəm.

- Əgər siyasi xəttiniz düzgündürsə, niyə 20 ildən çoxdur hakimiyyətə gələ bilmirsiniz?

- Müxtəlif səbəblər mövcuddur. Nelson Mandella 27 il həbsxanada olub, bunu onun düzgün olmayan siyasət aparmasıyla izah etmək doğru deyil. Yaxud Şimali Koreyada hakimiyyəti sevməmək qadağandır. Azərbaycanda da bu cür fəaliyyət göstərmək imkanları var, biz mövcud imkanlar və resurslarla maksimum dərəcədə bacardığımızı göstərib mübarizə aparırıq. Bu yolda nə ölüm təhlükəsi, nə həbslər bizi çəkindirir. Partiyamızın minlərlə üzvü var ki, fədakarcasına cəmiyyətin demokratikləşməsi naminə fəaliyyətini davam etdirir. Siyasət mümkün olanı həyata keçirmək sənətidir. Ona görə biz mövcud siyasi və geosiyasi şəraitdə nə qədər resurslarımız imkan verirsə, maksimum istifadə edirik. Ki, rejimin daha da güclənməsinə müqavimət göstərməkdə davam edirik.

- Deyirsiniz ki, qurultaydan güclü çıxdınız, necə güclü çıxmısınız ki, bu qədər insan narazı qalıb, artıq bir nəfər də - Zaur Əkbər istefa verib...?

- Müsavat Partiyasının onminlərlə üzvü var və onların mütləq əksəriyyəti seçki prosesinin şübhə altına alınmasına öz narazılığını bildirir. Amma seçki belədir: qalib olan razı, məğlub olan narazı qalır. Burda qeyri-adi bir hadisə yoxdur. Kimlərinsə partiyadan çıxması onu göstərir ki, onlar təşkilata ideoloji-siyasi baxımdan bağlı olmamış adamlardır. Onlar partiyaya Arif Hacılıya, İsa Qəmbərə görə gəlməmişdilər.

- Nəyə görə gəlmişdilər?

- Müsavat Partiyasının nizamnaməsinə, proqramına və ümumi ideoloji siyasi xəttinə görə gəlməliydilər. Onlar belə də bəyan edirdilər. Seçkilərdən əvvəl bütün namizədlər hələ qurultayda çıxışlarında partiyada qalıb fəaliyyətlərini davam etdirəcəklərini bildirmişdilər. Mən bunu öz platformama daxil etmişdim. Amma təəssüf ki, bəzi adamlar öz vədlərinə əməl etmədilər. Onların sayı çox azdır, burada dramatikləşməli heç bir məsələ yoxdur.

- Konkret kimlər vədlərinə əməl etmədilər?

- Partiyadan çıxan adamlar.

- Daha kimlərinsə getməsi, yaxud parçalanma gözlənilirmi?

- Bir daha deyirəm, Müsavat onminlərlə üzvü olan bir təşkilatdır. Partiyamıza gələnlər də, gedənlər də olacaq. Həmişə gələnlərin sayı gedənlərdən çox olub. Partiyanın hər bir üzvü mənim üçün əzizdir, mən heç kəsin getməyini istəmirəm. Amma kimlərsə öz siyasi, şəxsi həyatını başqa cür qurmaq barədə qərar qəbul edəcəksə, bizim buna mane olmaq imkanlarımız yoxdur.

- Çox qəribə vəziyyət yaranıb, siz narazılığın o dərəcədə olmadığını deyirsiniz, amma Azadlıq Radiosunda Qubad İbadoğlu - Gülağa Aslanlı debat zamanı bir-birinə "sən hakimiyyətə işləyirsən" deyə ittihamını səsləndirdilər. Bu, dərinləşmənin əlaməti deyilmi?

- Demokrasidə çarələr tükənməz, dərinləşsə də biz bu vəziyyətdən öz strukturlarımız vasitəsilə şıxış yolları tapacayıq. Düşünürəm ki, Azərbaycan cəmiyyəti də plüralizmə, fikir ayrılığına və bu şəraitdə yaranmış bəzi fəsadlara da dözümlə yanaşmağı öyrənməlidir.

- Bütün hallarda başqan kimi müxalifət partiyasının üzvlərinin bir-birinə "hakimiyyətə işləyirsən" ittihamını necə izah edərdiniz?

- Təşkilat Komitəsində seçki kampaniyası zamanı yolverilməz üsullardan istifadənin qadağan olunması barədə sənəd qəbul etmişdik. Bu sənədin qəbul olunması təklifini də mən irəli sürmüşdüm, sənəddə dediyiniz ittihamların yolverilməz olduğu birmənalı şəkildə göstərilmişdi. Ona görə də Müsavat Partiyasının başqanlığa namizəd olmuş bir şəxsin birdən-birə açıq efirdə partiyanın rəhbərliyinə daxil olan şəxslərdən birini hakimiyyətə işləməkdə, siyasət yox, biznes fəaliyyəti ilə məşğul olmaqda ittiham etməsini təəssüf və təəccüblə qarşıladım. Eyni zamanda, Gülağa Aslanlı da ona qarşı irəli sürülən bu möhtəşəm yalana qarşı dözümlü davranaraq əks fikir səsləndirməməliydi.

- Partiya nizamnaməsində bu cür ittihamların cəzası varmı və yaxud problemlər necə tənzimlənir?

- Bu, Müsavat Partiyasının başqanının işi deyil. Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası var, yaxın zamanlarda Divan formalaşacaq, məclis və rayon təşkilatları var. Belə məsələlər həmin strukturlarda müzakirə olunur. Əgər müvafiq strukturlar hesab etsələr ki, davranışlar nizamnaməyə ziddir və müvafiq cəza tədbirləri həyata keçirilməlidir, o zaman qərarlar qəbul olunacaq. Əks təqdirdə hesab etsələr ki, bu, sadəcə, plüralizmin yaratdığı cəzalardır, yəqin ki, hər hansı bir cəza verilməyəcək. Mən bu məsələlərə qarışmayacam.

- Müsahibənizdə İsa Qəmbərin komandasından danışdınız. İsa Qəmbər artıq başqan deyil və narazılar daha çox onu ittiham edir. Ki, qurultayda pozuntulara o şərait yaradıb. Bu mənada İsa Qəmbərin komandası kimlərdən ibarətdir və Arif Hacılının başqan kimi komandası yoxdurmu?

- Müsavat Partiyasında ayrı-ayrı adamların komandası yoxdur. Isa Qəmbərin komandası deyərkən, o, başqan olduğu dövrdə təyin etdiyi şəxslər, ətrafında olanları nəzərdə tutdum. Onlardan biri mənəm, biri ona və mənə qarşı opponentlik edənlərdəndir. Yəni bizim partiyada görəvimiz olub, başqalarının olmayıb demək yanlışdır.

- Bəs sizin komandanız varmı?

- Mən Müsavat Partiyasının başqanıyam, çalışacağam ki, yalnız mənim yox, bütövlükdə partiyanın vahid komandası olsun. Hesab edirəm ki, yaxın aylarda apardığım siyasətin nəticələrini görəcəksiniz.

- Yeni başqan kimi müxalifət düşərgəsində konsolidasiyaya nail olmaq üçün nələri edəcəksiniz, nəzərə alaq ki, Milli Şura mitinq təyin edib, münasibətinizi bilmək istərdik?

- Partiyanın siyasətini heç vaxt bir nəfər müəyyənləşdirməyib. Partiyanın siyasətini müvafiq strukturlar həyata keçirir və oktyabrın 11-də məclis keçiriləcək. Yəqin ki, toplantıda mitinq haqında fikir mübadiləsi aparılacaq. Siyasi partiyalarla əlaqələrə gəldikdə, mən müxalifətdə olan ayrı-ayrı təşkilatlarla, şəxslərə münasibətlərin yaxşı olmasının tərəfdarıyam və buna nail olmaq üçün əlimdən gələni əsirgəməyəcəm.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arif Hacılı 4 nəfəri başqan müşaviri təyin edib

    Arif Hacılı 4 nəfəri başqan müşaviri təyin edib ...

    8-10-2014, 15:25

  • 
  • İsa Qəmbər başqan kimi sonuncu mətbuat konfransını keçirəcək

    İsa Qəmbər başqan kimi sonuncu mətbuat ...

    25-09-2014, 15:52

  • 
  • Vurğun Əyyubdan Arif Hacılı haqda şok açıqlama

    Vurğun Əyyubdan Arif Hacılı haqda şok açıqlama ...

    29-09-2014, 12:37

  • 
  • Deputat nərd oynayır, başqan ona siqaret yandırır - FOTO

    Deputat nərd oynayır, başqan ona siqaret yandırır ...

    22-10-2014, 21:40

  • 
  • Arif Hacılı Müsavatdan gedənlərə "xəyanətkar" dedi

    Arif Hacılı Müsavatdan gedənlərə ...

    17-10-2014, 13:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu