Türkiyə futbolunun 2-ci liqasında oynayan “Diyarbəkirspor” klubunun fövqəladə konqresində komandanın adı, rəngi və loqosu dəyəşdirilib.
ANS PRESS-in məlumatına görə, komandaya PKK-çıların Diyarbəkirə dediyi Amed adı verilib və “Diyarbəkirspor” adı “Amedspor”a dəyişdirilib.
Komandanın rəngləri də dəyişib. 1990-cı ildə Diyarbəkir bələdiyyəsi tərəfindən yaradılarkən komanda üçün yaşıl və qırmızı rənglər seçilmişdi. Yeni qərarla komandaya PKK-nın bayrağının rəngləri - yaşıl, sarı və qırmızı rənglərlə əvəz edilib. Komandanın yeni loqosu da PKK rəmzlərini əks etdirir. Əvvəllər loqo mavi fonda iki göyərçinin rəsmini əks etdirirdi. Yeni loqoda isə PKK-nın gerbindən götürülmüş ikibaşlı ari qartalı və qırmızı kommunist ulduzu yer alır.
Əslində, PKK-nın siyasi qanadını təmsil edən Diyarbəkir bələdiyyə başçısı Gültən Kışanak bununla şəhərin kürdlərə məxsus olduğunu iddia etməyə çalışır. Həmişə milliyyətcə türkmən olduğunu dəfələrlə vurğulayan, kürdcə bir kəlmə də bilməyən xanım siyasətçi bununla da siyasi lideri Abdulla Öcalanın sifarişini yerinə yetirərək tarixi saxtalaşdırmağa çalışır, Amed adının kürdlərə məxsus olduğunu iddia edir.
Əslində isə şəhərin adı hələ 3000 il əvvəl - Assuriya zamanlarında Hamid idi. Şəhərin assurların Altaydan gəlmiş və R1b türk geni daşıyan ataları tərəfindən salınması ehtimal edilir. Şəhərin adının prototürk “xem”, “him” kəlməsindən götürüldüyü ehtimal edilir və mənası çay, arx deməkdir. Bu söz əksər türk dillərində (Tuva, xakas, Azərbaycan və s. dillərdə) hələ də işlənir. 7-ci əsrdə şəhəri ələ keçirən ərəblər ona Diyarbəkir adını verdilər. Amma şəhərdə yaşayan aysorlar, daha sonra ermənilər ona Amid, Hamid deməkdə davam etdilər. 16-cı əsrdə İrandan Osmanlıya sığınan kürdlər də yerli əhalidən Amed adını götürüblər.
Diyarbəkir tarixən heç zaman kürd şəhəri olmayıb. Yüz il qabaq şəhərdə kürdlərin payı 18% ətrafında olub. 1915-ci ildə Diyarbəkirdə 296 min adam yaşayıb. Bunun 105 mini (35,5 %) ermənilər, 55 min (18,6 %) kürdlər, 45 mini (15,2 %) türklər, 91 mini (30,7%) başqa xalqlar (aysorlar, ərəblər, çərkəzlər və s.) olub.
1915-ci il hadisələrindən sonra türklərin qırılması, ermənilərin şəhəri tərk etməsi nəticəsində şəhərin əhalisi azalıb və balans kürdlərin xeyrinə dəyişib. Buna görə də PKK şəhəri ələ keçirərək kommunist Kürdüstan dövlətinin paytaxtı eləmək niyyətindədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?