Suriyanın Ras-əl-Ayin şəhəri PKK-çıların əlinə keçib. Fox News-a istinadən məlumata görə, Suriya-Türkiyə sərhədində yerləşən şəhərdə Suriya Azadlıq ordusu ilə PKK silahlıları arasında döyüşlər gedirdi. Silahlı qarşıdurma nəticəsində 11 nəfər - iki PKK-çı və doqquz suriyalı silahlı öldürülüb.
Qeyd edək ki, bundan əvvəl kürdlərlə suriyalalılar arasında Ceylanpınar bölgəsində də atışmaların olduğu bildirilirdi. Türkiyə ərazisinə də bir neçə dəfə atəş açılıb və türkiyəli sərhədçilər cavab atəşi açıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?