GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » MÜAVİNİNDƏN İQBAL AĞAZADƏNİN ƏLEYHİNƏ İFADƏ ALIBLAR! – “Ümid” sədrinə qarşı kompromat yığılır! (ŞOK)

MÜAVİNİNDƏN İQBAL AĞAZADƏNİN ƏLEYHİNƏ İFADƏ ALIBLAR! – “Ümid” sədrinə qarşı kompromat yığılır! (ŞOK)

Tarix: 3-11-2014, 22:14 Bölmə :Siyasət Baxış: 1 047
Bir neçə ay əvvəl Ümid Partiyasında baş verənlərin sensasiyalı pərdəarxası
MÜAVİNİNDƏN İQBAL AĞAZADƏNİN ƏLEYHİNƏ İFADƏ ALIBLAR! – “Ümid” sədrinə qarşı kompromat yığılır! (ŞOK)

Iqbal AgazadeMillət vəkili İqbal Ağazadənin sədri olduğu Ümid Partiyasında bir neçə ay əvvəl baş verən tələtümün pərdəarxası ilə bağlı AzPolitika.info-ya, sözün əsl mənasında, sensasiyalı məlumatlar daxil olub. Söhbət bu ilin iyun ayının 4-də İqbal Ağazadənin 9 müavinindən 6-nın və partiyanın İcra Aparatı rəhbərinin tutduqları vəzifədən azad edilməsi barədə sərəncam imzalamasından gedir.

Xatırladaq ki, həmin sərəncama əsasən, Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin siyasi məsələlər üzrə müavini Qasım Həsənov, təşkilati məsələlər üzrə müavini Rəfail Tağızadə, iqtisadi məsələlər üzrə müavini Razi Abasbəyli, xaricdə yaşaya həmvətənlər və diaspora ilə iş üzrə müavini Rüfət Muradlı, humanitar məsələlər üzrə müavini Səməd Hətəmov və sədrin ailə, qadın və uşaq məsələləri üzrə müavini Könül Quliyeva tutduqları vəzifədən azad edilmişdilər. Bir neçə gün sonra isə İ.Ağazadə yeni sərəncamla Taleh Əliyevi İcra Aparatının rəhbəri, Hacı Bakir Həsənbəylini Təşkilat məsələləri üzrə sədr müavini, Rüfət Muradlını İctimaiyyətlə əlaqələr və Xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini, Razi Abasbəylini Büdcə və iqtisadi məsələlər üzrə sədr müavini, Səməd Hətəmovu Sosial və humanitar məsələlər üzrə sədr müavini, Elman Abbasovu isə İnformasiya və mətbuat məsələləri üzrə sədr müavini vəzifəsinə təyin etmişdi.

İ.Ağazadə partiyadakı bu dəyişikliklərlə bağlı bunları demişdi: “Partiya işi bugünkü səviyyədə həm partiyanın sistemini, həm də fərdi olaraq məni qane etmədiyi üçün bu addımı atmışam. Vəzifədən azad etdiyim şəxslərin öncədən bu barədə məlumatları da yox idi. Rəyasət Heyətini çağırdım və bu barədə qərarımı elan etdim. Qərarım da müzakirəyə açıq deyil, çünki Nizamnamənin konkret bəndi mənə bu səlahiyyəti verir, Məclisin də buna qarışmaq səlahiyyəti yoxdur.”

Saytımıza mötəbər mənbədən daxil olan məlumata görə, İqbal Ağazadənin 4 iyun sərəncamının əsas məqsədi İcra Aparatının rəhbəri Nəsimi Məmmədlini və sədrin ailə, qadın və uşaq məsələləri üzrə müavini Könül Quliyevanı partiyadan uzaqlaşdırmaq olub. Bunu zəruri edən səbəblər isə o qədər ciddi və həssas olub ki, “Ümid” sədri diqqəti yayındırmaq üçün müavinlərinin əksəriyyətini istefaya göndərib. Beləliklə də əsl məqsədini pərdələyə bilib.

Nədir bu ciddi və həssas məsələ?

MÜAVİNİNDƏN İQBAL AĞAZADƏNİN ƏLEYHİNƏ İFADƏ ALIBLAR! – “Ümid” sədrinə qarşı kompromat yığılır! (ŞOK)
Bizə verilən məlumata görə, Ümid Partiyasında bu hadisələrdən az əvvəl sədrin ailə, qadın və uşaq məsələləri üzrə müavini Könül Quliyeva dövlətin hüquq-mühafizə qollarından birində (?) saatlarla davam edən istintaq hərəkətləri nəticəsində İqbal Ağazadənin əleyhinə ifadə verib. Bu istintaq hansı iş üzrə aparılıb, Könül Quliyeva hansı statusla dindirməyə cəlb olunub, bu məlum deyil. Lakin maraqlıdır ki, istintaqçıları bir çox digər məsələlərlə yanaşı İqbal Ağazadənin şəxsi həyatı, xüsusən də partiya üzvü olan bir qadınla münasibətləri (!) mövzusu da ciddi maraqlandırıb. Saatlarla davam edən dindirmədə müavininin verdiyi yazılı ifadə (xoşluqla və ya təzyiq altında) İqbal Ağazadənin əleyhinə olub.

Bu məsələdən xəbər tutan İqbal Ağazadə məlum sərəncamı imzalayaraq, Könül Quliyeva ilə yanaşı Nəsimi Məmmədlini də partiyadan uzaqlaşdırıb.

Bu sensasiyalı məlumatlarla bağlı danışmaq üçün əməkdaşımız hər üç şəxslə – İqbal Ağazadə, Könül Quliyeva və Nəsimi Məmmədli ilə əlaqə saxlayıb.

İqbal Ağazadə sualı dinlədikdən sonra “tarixə qayıtmaq istəmirəm, gələcək planlarımla bağlı suallarınız varsa cavablandırmağa hazıram”, deyə danışmaqdan imtina edib.
MÜAVİNİNDƏN İQBAL AĞAZADƏNİN ƏLEYHİNƏ İFADƏ ALIBLAR! – “Ümid” sədrinə qarşı kompromat yığılır! (ŞOK)
Könül Quliyeva isə bir qədər tərəddüddən sonra məlumatımızı təsdiqləyib. Lakin baş vermiş hadisənin təfərrüatını açmaqdan imtina edib. “Bu məsələ ilə bağlı mən tam məlumat vermək istəmirəm. Təbii ki, zamanı gəlincə geniş bir bəyanatla məsələni aydınlaşdıraram. Amma hazırda susmağı üstün tuturam…

Onu qeyd edim ki, partiyadan istefam mənim siyasi fəaliyyətimlə bağlı olub. Təbii ki, mənim müəyyən narahatçılıqlarım olub. Mən yaşadığım həmin hadisələrlə bağlı bir videoçəkiliş aparmışam. Bütün olayları orda qeyd edərək etibarlı mənbələrə vermişəm. Əgər həyatımda hər hansı ciddi təhlükə ilə rastlaşaramsa, o zaman həmin çəkiliş ictimailəşəcək…
Mən hər şeyi göz önünə alaraq siyasətə gəlmişəm. Lakin mənə qarşı müəyyən haqsızlıqlar, siyasi fəaliyyətim, partiyadaxili yaranmış müəyyən vəziyyət məni istefaya məcbur edib.”

K.Quliyeva həmçinin təsdiq edib ki, İqbal Ağazadənin İcra Aparatının rəhbəri Nəsimi Məmmədlini vəzifəsindən uzaqlaşdırmasında da onunla bağlı məsələnin rolu olub.
Xanım siyasətçi bundan artıq danışmaq istəməyib.

MÜAVİNİNDƏN İQBAL AĞAZADƏNİN ƏLEYHİNƏ İFADƏ ALIBLAR! – “Ümid” sədrinə qarşı kompromat yığılır! (ŞOK)
Nəsimi Məmmədli isə AzPolitika.info-ya açıqlamasında əvvəlcə baş verənlərdən xəbərsiz olduğunu bildirib. “Əvvəla, Könül xanımın hansısa istintaqa aparılması mənim bildiyim bir məsələ deyil. Amma mən özüm istefa verməmişəm. Sədr tərəfindən iyun ayında belə bir sərəncam imzalanmışdı. Ondan sonra mən təyinat almadım. Bunula da faktiki olaraq partiyanın rəhbərliyindəki iştirakım dayandı. Bu da mənim tərəfimdən narazılıqla qarşılanmadı. O hesab edibsə ki, bu işi başqaları ilə davam etdirmək lazımdır, mən də hesab etmişəm ki, qəbul olunan qərara qarşı etirazım olmasın.”

N.Məmmədli deyir ki, 10 il tutduğu vəzifəsindən uzaqlaşdırılmasının səbəbini öyrənməyə cəhd etməyib. “Bunu İqbal bəydən soruşmaq lazımdır. O mətbuata açıqlama verib, amma mənim özümlə bu barədə bir kəlimə də olsun danışmayıb.”

N.Məmmədli Könül Quliyevanın istintaqda (?) İqbal Ağazadənin əleyhinə ifadə verməsi, hansısa təzyiqlərlə üzləşməsi məsələsi barədə öncə məlumatsız olduğunu desə də, daha sonra işdən xəbərdar olduğunu göstərən bir məqamı açıqlayıb: “Könül xanımın 5 ay öncə başına gələnlərlə bağlı bir videoçəkilişi var. Həmin çəkilişi də bütün səfirliklərə, hüquq müdafiəçilərinə təqdim edib. Bütün həqiqət ordadır…”

Beləliklə, deyilənlər öz təsdiqini tapır – xanım müavini hakimiyyət qollarından birinə İqbal Ağazadənin əleyhinə ifadə verib.

Başqa sözlə, kimlərəsə “Ümid” sədrinin əleyhinə kompromat lazım olub!

KİMƏ VƏ NİYƏ?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İqbal Ağazadənin müavini istefa verdi

    İqbal Ağazadənin müavini istefa verdi ...

    10-10-2013, 14:33

  • 
  • Ümid Partiyasında istefalar dayanmadan davam edir

    Ümid Partiyasında istefalar dayanmadan davam edir ...

    10-10-2013, 16:35

  • 
  • İqbal Ağazadənin dairəsində şok gəlişmə - Nəticələr dəyişir

    İqbal Ağazadənin dairəsində şok gəlişmə - ...

    2-11-2015, 15:24

  • 
  • İqbal Ağazadənın “125”ləri dağılır – İstefa dalğası

    İqbal Ağazadənın “125”ləri dağılır – İstefa ...

    12-06-2015, 14:26

  • 
  • MSK sədri Araz Əlizadə ilə İqbal Ağazadənin nəticələrini açıqladı - Foto (Yenilənib)

    MSK sədri Araz Əlizadə ilə İqbal Ağazadənin ...

    2-11-2015, 15:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (392)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu