Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 9 noyabr - Azərbaycan Respublikasınm Dövlət Bayrağı Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
gundemxeber.az xəbər verir ki, Müdafiə Nazirliyindən yayılan təbrikdə deyilir:
"Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Xatirəsini həmişə hörmət və ehtiramla yad etdiyimiz xalqımızın ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə 24 il öncə Naxçıvan Muxtar Respublikasın Ali Məclisinin sessiyasında milli dövlət dirçəlişi ideyasının həyata keçirilməsi yolunda yekdilliklə mühüm tarixi-siyasi əhəmiyyət kəsb edən qərar qəbul edilərək Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı əvvəlcə Naxçıvanda, daha sonra isə Azərbaycan Respublikasının ali qanunvericilik orqanında dövlət bayrağı kimi qəbul edilib. Qədirbilən xalqımız bu tarixi hadisəni heç vaxt unutmur.
Əsgəri şücaət və rəşadət rəmzi olan döyüş bayraqlarını isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk olaraq hərbi hissələrə təqdim edib və Azərbaycan əsgərinə bu bayrağı həmişə uca tutmağı arzulayıb.
İnanıram ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayragımızı Şuşada, Xankəndində və işğal altında olan digər əzəli torpaqlarımızda dalğalandıracaqsınız.
Sizin hər birinizə şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?