Anım günü münasibəti ilə Qazi Mustafa Kamal Atatürkün qəbrini ziyarət edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan etirazla qarşılaşıb.
ANS PRESS-in məlumatına görə, hadisə bu gün səhər saat 9 radələrində Atatürkü ziyarətdən sonra baş verib. Anıt qəbirdən Misaki Milli qülləsinə keçən Türkiyə prezidenti vətəndaşların etirazı ilə üz-üzə qalıb.
Əllərində Türkiyə bayraqları, Atatürkün şəkilləri olan etirazçılar qarşılarından keçən Ərdoğanın üzünə “Mustafa Kamalın əsgəriyik” deyə qışqırıblar. Onlar daha sonra “Onuncu il” marşını oxuyublar.
Türkiyə prezidenti isə etirazçılara yalnız gülümsəməklə cavab verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?