GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Anar Məmmədov ABŞ-da 600 nəfərdən çox adama qonaqlıq verdi

Anar Məmmədov ABŞ-da 600 nəfərdən çox adama qonaqlıq verdi

Tarix: 14-11-2014, 12:53 Bölmə :Siyasət Baxış: 0
“Bizim mədəniyyətimiz, bizim tariximiz əsrləri əhatə edir”.
Anar Məmmədov ABŞ-da 600 nəfərdən çox adama qonaqlıq verdi

Noyabrın 12-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində bu ölkədə fəaliyyət göstərən Azərbaycan-Amerika Alyansının təşəbbüsü ilə 3-cü təntənəli ziyafət mərasimi baş tutdu.

Endryu Mellon Auditoriyasında keçirilən və 600-dən çox qonağın qatıldığı mərasimdə ABŞ Konqresinin nümayəndələri, bu ölkədə fəaliyyət göstərən diplomatik korpus, analitik mərkəzlər, akademik və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.

Azərbaycan-Amerika Alyansının təşəbbüsü ilə keçirilən builki – “Azərbaycanın gözəlliyi və təbiət möcüzələri” adlı sayca 3-cü təntənəli ziyafət mərasimi Azərbaycanın təbiət və mədəniyyət gözəlliklərinin təbliğinə həsr olunub.

Ziyafət mərasimini giriş sözü ilə açan Azərbaycan-Amerika Alyansının təsisçisi və rəhbəri Anar Məmmədov qonaqları salamlayaraq, onları təntənəli ziyafət mərasimində görməkdən şad olduğunu bildirib:

“Bakı və Vaşinqton iki böyük dostun – Azərbaycan və Amerikanın milli paytaxtlarıdır! Bizim mədəniyyətimiz, bizim tariximiz əsrləri əhatə edir və bizi bir-birimizdən böyük okean, iki qitənin ayırmasına baxmayaraq, ən yaxın qonşular kimi, özümüzə və bir-birimizə hörmət dəyərlərimiz eynidir”, - deyə, Anar Məmmədov bildirib.

Daha sonra çıxış edən Azərbaycanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli Səfiri Elin Süleymanov qonaqları salamlayıb:

“Bu gün Azərbaycan-Amerika Alyansının təşkil etdiyi tədbirdə iştirak edən hörmətli qonaqlarımız Vətənimiz Azərbaycanın gözəlliyi və təbiət möcüzələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər”.

Mərasimdə çıxış edən ABŞ Konqresmeni, Azərbaycan-Amerika Alyansı İdarə Heyətinin sədri Den Berton Azərbaycan və ABŞ arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Təntənəli ziyafət mərasimi çərçivəsində Azərbaycan mətbəxinin beş ənənəvi yeməyindən ibarət şam süfrəsi açılıb.

Azərbaycanın tanınmış incəsənət xadimləri qonaqlara unudulmaz hisslər bəxş ediblər.

Dövlət Rəqs Ansamblı Azərbaycanın möhtəşəm milli rəqslərini nümayiş etdirdi.

Azərbaycanlı rəqqasların möhtəşəm çıxışı sürəkli alqışlarla müşayiət olunub.

Daha sonra isə tədbir iştirakçıları Azərbaycanın dahi muğam ustadı, Azərbaycanın xalq artisti Alim Qasımov və onun qızı Fərqanə Qasımovanın mükəmməl ifasından zövq alıb, Azərbaycan muğamının inciləri ilə tanış olublar.

Tədbir iştirakçıları Alim Qasımovun möhtəşəm ifasını dinləyirlər.

Tədbir çərçivəsində səhnəyə çıxan Azərbaycanın əməkdar artistləri Tünzalə Ağayeva və Abbas Bağırov müasir Azərbaycan və Amerika mahnılarını ifa ediblər, Emil Əfrasiyab isə pianoda ənənəvi cazın bütün gözəlliklərini nümayiş etdirib.

Tünzalə Ağayeva öz ifası ilə qonaqları heyran etdi.

Qonaqları rəqsə dəvət edən Natiq Ritm Qrupunun enerjili çıxışı da tədbir iştirakçılarını heyran edib.

Natiq Ritm Qrupunun çıxışı tədbiri daha da alovlandırdı.

Daha sonra qonaqlar rəqsə dəvət olundular.

Təntənəli ziyafət mərasimində ABŞ Senatorları Riçard Burr, Mark Prayor, Çarlz Şummer, Mark Uorner, ABŞ Nümayəndələr palatasının üzvləri Cin Qrin, Korrin Braun, Stiv Koen, Maykl C. Fitspatrik, Marsiya Fac, Kori Qardner, Billi Lonq, Ceyms Moran, Pit Olsen, Donald M. Peyn, kiçik Loretta Sançes, Con Şimkus və ABŞ-ın digər mədəniyyət, biznes xadimləri, KİV rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən amerikalı siyasi və ictimai xadimlər iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan-Amerika Alyansı Anar Məmmədov tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatı olub ABŞ-da fəaliyyət göstərir və bu ölkədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatını təbliğ edir.

Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir (Oxu.az).





  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edir - YENİLƏNİB

    Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə ...

    21-09-2018, 15:23

  • 
  • Qlamur ziyafət (FOTO,VİDEO)

    Qlamur ziyafət (FOTO,VİDEO) ...

    4-04-2014, 16:49

  • 
  • Prezident İlham Əliyev və xanımının adından VII Qlobal Forum iştirakçılarının şərəfinə ziyafət verilib - FOTO

    Prezident İlham Əliyev və xanımının adından VII ...

    26-04-2016, 23:43

  • 
  • Ziya Məmmədovun oğlu ilə bağlı şok iddia

    Ziya Məmmədovun oğlu ilə bağlı şok iddia ...

    9-11-2013, 11:25

  • 
  • Azərbaycanda səfərdə olan Ukrayna prezidentinin şərəfinə ziyafət təşkil olunub

    Azərbaycanda səfərdə olan Ukrayna prezidentinin ...

    15-07-2016, 01:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu