GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Könüllülər cəbhəyə çağırılır! Müdafiə Nazirliyi qaydaları açıqladı

Könüllülər cəbhəyə çağırılır! Müdafiə Nazirliyi qaydaları açıqladı

Tarix: 5-05-2016, 14:58 Bölmə :Siyasət Baxış: 0
Könüllülər cəbhəyə çağırılır! Müdafiə Nazirliyi qaydaları açıqladı

Bu gün – mayın 5-də Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlər üçün qaydaları açıqlayıb.

Nazirliyin verdiyi məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına və ya Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edə bilərlər.

Silahlı Qüvvələrin ehtiyacları nəzərə alınmaqla hərbi vəzifəlilər yalnız müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarına qəbul edilirlər.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci və 36.1.1-ci maddələrinə uyğun olaraq, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsili qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar könüllü daxil ola bilər.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu hər ilin yanvar, aprel, iyul və oktyabr aylarında mərkəzləşdirilmiş şəkildə SQ TTM-də keçirilir.

Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxs (şəxslər) xidmət keçmək istədiyi hərbi hissənin komandanlığına ərizə ilə müraciət etməlidir. Namizəd tərtib edilmiş sənədlərlə (şəxsi işi ilə) birlikdə yuxarı qərargahlarda yaradılmış peşə-psixoloji seçim komissiyasına təqdim olunur. Namizədin fiziki hazırlığı, ümumi bilik səviyyəsi, məntiqi mühakimə, qərar qəbuletmə, düşünmə qabiliyyəti, peşə maraqları, ixtisas hazırlığı, ünsüyyət yaratmaq bacarığı, fərdi-psixoloji və digər keyfiyyətləri öyrənilir. Komissiya tərəfindən peşəkar yararlılığı müsbət qiymətləndirilən namizədin adı namizədlər siyahısına daxil edilir və növbəti qəbul zamanı o, kursa göndərilir.

Kursa təqdim olunan namizəd Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyasında tibbi müayinədən keçərək onun xidmətə yararlılıq dərəcəsi müəyyən edilir. Yararlı hesab edilən namizədlər SQ TTM-də təşkil olunan qəbul imtahanlarında iştirak edir. İmtahanları müvəffəqiyyətlə vermiş namizədlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna (4-8 həftəlik) qəbul edilirlər. Kursu müvəffəqiyyətlə başa vuran namizədlər müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilirlər və ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün təqdim olunan sənədlərin siyahısı:

– komanda üzrə raport (ərizə)

– tərcümeyi-hal (1 nüsxə əllə və 2 nüsxə kompyuter ilə yazılmış)

– təhsil haqqında sənədin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 ədəd

– doğum haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 ədəd

– nigah haqqında şəhadətnamənin surəti (evlidirsə) (notarial qaydada təsdiq olunmuş) – 2 ədəd

– uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaqları varsa) (notarial qaydada təsdiq olunmuş) – 2 ədəd

– xidmət (iş və ya təhsil) yerindən xidməti xasiyyətnamə (işləyirsə)

– yaşayış yerindən və ailə tərkibi haqqında arayış – 2 ədəd

– 2 ədəd fotoşəkil (başıaçıq, anfas) 3×4 sm. ölçüdə və 2 ədəd 9×12 sm. ölçüdə

– məhkumluğun olub olmaması barədə “ASAN xidmət” Mərkəzləri tərəfindən verilmiş arayış

– ehtiyatda olan əsgər və çavuşlar üçün hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 ədəd

– şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 ədəd

– sağlamlıq haqqında arayış (forma 7) (yalnız Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından verilmiş)

Qeyd: Məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciət etməmələri xahiş olunur.

Əlaqə üçün telefon nömrələri:

(012) 538-85-62

(012) 538-54-83

(012) 539-55-19

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ordu rəhbərliyi “sverxsroçnik” olmaq istəyənlərə müraciət etdi

    Ordu rəhbərliyi “sverxsroçnik” olmaq istəyənlərə ...

    24-01-2014, 12:42

  • 
  • Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb

    Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış ...

    2-04-2018, 10:21

  • 
  • Hərbi xidmətə çağırışla bağlı sərəncam verildi

    Hərbi xidmətə çağırışla bağlı sərəncam verildi ...

    12-09-2013, 01:59

  • 
  • Azərbaycan Ordusu ona aid olmayan funksiyalardan azad edilir

    Azərbaycan Ordusu ona aid olmayan funksiyalardan ...

    10-02-2014, 16:34

  • 
  • Prezident həqiqi hərbi xidmətlə bağlı sərəncam verdi

    Prezident həqiqi hərbi xidmətlə bağlı sərəncam ...

    14-12-2013, 18:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu