Müdafiə Nazirliyindən mülki şəxlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların orduda qalıb xidmət etməsi üçün görülən təbbirlərlə bağlı açıqlama verilib. Nazirlikdən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, ordu ona aid olmayan əlavə funksiyalardan azad edilir: “Ordu ona aid olmayan əlavə funksiyalardan - müxtəlif təsərrüfat, mühafizə və qulluq etmə tapşırıqlarından mərhələlərlə azad edilir. Hərbi hissələrin şəxsi heyətinin sırf döyüş hazırlığı məsələlərinin həllində tam iştirak etməsi təmin edilir.”
Nazirlikdən bildiriblər ki, bu məsələlərin həll edilməsi üçün orduya mülki şəxslər cələb olunur: “Bu məqsədlə bir sıra xidmət, qulluqetmə vəzifələrinin icrasına mülki şəxslərin cəlb olunması həyata keçirilib və gələcəkdə də bu məsələlərin mərhələlərlə həlli planlaşdırılır”.
Müdafiə Nazirliyindən bildiriblər ki, müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına müraciət edə bilərlər. Nazirlikdən həmçinin orduda müddətdən artıq xidmətə qəbul edilməyənlər məsələsinə də aydınlıq gətiriblər: “Məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaları üçün müraciət etməmələri xahiş olunur”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?