Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, dəyişikliklərdə bir sıra qanunsuz hərəkətlərə görə tətbiq edilən cərimələrin sərtləşdirilməsi nəzərdə tutulur.
Belə ki, qanunsuz lotereya və idman mərc oyunlarının keçirilməsi, yalançı sahibkarlıq, saxta müflisləşmə, əmtəə nişanlarınqan qanunsuz istifadə etmə, qəsdən müflisləşmə, istehlakçıların hüquqlarının pozulması və digər qanunsuz hərəkətlərin daha sərt cərimələnməsi təklif edilir.
Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?