Azərbaycanda qanunsuz sənəd tələb edən vəzifəli şəxslər cəzalandırılacaqlar
Azərbaycanda hüquq müəyyənedici sənədlərin (diplomların, iş yerini təsdiq edən vəsiqələrin, pasportların, şəxsiyyət vəsiqələrinin və sair) verilməsi ilə bağlı qanunla nəzərdə tutulmayan sənədləri tələb edən vəzifəli şəxslər üçün cəzalar müəyyənləşir.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 348-7 maddəsinin əlavə olunması müzakirəyə çıxarılacaq.
Yeni maddəyə görə, hüquqmüəyyənedici sənədlərin verilməsi üçün qanunla nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə görə bunu tələb edən səlahiyyətli, vəzifəli şəxs 300 manatdan 400 manata qədər cərimə olunacaqlar. Layihə Milli Məclisin 31 may iclasında müzakirəyə çıxarılacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?