GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Elçibəyin Kələkidən qayıdan gün keçirdiyi ilk mətbuat konfransı:“Mən və Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldıq” – STENOQRAM

Elçibəyin Kələkidən qayıdan gün keçirdiyi ilk mətbuat konfransı:“Mən və Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldıq” – STENOQRAM

Tarix: 11-05-2016, 12:24 Bölmə :Siyasət Baxış: 0
Elçibəyin Kələkidən qayıdan gün keçirdiyi ilk mətbuat konfransı:“Mən və Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldıq” – STENOQRAM

Azərbaycan xalqı 1993-cü ilin 17 iyun səhərini prezident Əbülfəz Elçibəyin Bakını tərk etməsi xəbəri ilə açdı. İndiyə qədər birmənalı qarşılanmayan bu gediş 90-cı illərin ən qızğın müzakirə olunan mövzusu idi. Prezident Əbülfəz Elçibəy polkovnik Sürət Hüseynovun qaldırdığı qiyamla ölkədə vətəndaş müharibəsi təhlükəsinin yarandığını bildirərək, paytaxtı tərk etdi. Prezident bu addımla siyasi böhranın aradan qalxacağına ümid edirdi.

Mərhum Əbülfəz Elçibəy 4 il Naxçıvanın Kələki kəndində yaşamalı oldu. Bu illərdə aktiv siyasi fəaliyyətdən uzaq düşən Elçibəy mesajlarında daha çox milli həmrəylik mövzusuna toxunurdu.

Açıq qalan suallar isə çox idi. Xüsusən də bir məsələyə cavabı hamı Elçibəyin dilindən eşitmək istəyirdi: 1993-cü ildə nə baş vermişdi?

Əbülfəz Elçibəy bütün suallara Bakıya qayıdandan sonra cavab verəcəyini vəd edirdi.

Nəhayət, o gün gəlib çatdı. 1997-ci ilin oktyabrın 30-da Azərbaycanın eks-prezidenti Bakıya dönə bildi. Onun rəsmi prezidentlik vəzifəsi isə 4 ay əvvəl bitmşidi…

AXCP sədrinin Bakıya dönüşü böyük izdihamla müşayiət olunub. Tərəfdarları ilə ilk olaraq Şəhidlər Xiyabanına ziyarətə gələn Ə. Elçibəy daha sonra Fəxri Xiyabana gedərək akademik, Sovet İttifaqı Qəhrəmanı, qətlə yetirilmiş Ziya Bünyadovun qəbrini ziyarət edib. Daha sonra “Azadlıq” qəzetinin akt zalında KİV üçün ilk mətbuat konfransını keçirib. Çoxlu jurnalistlərin toplaşıdığı bu konfransda Əbülfəz Elçibəy bir sıra məsələlərə toxunub, suallara cavab verib. Bakıya qayıtdıqdan sonra siyasi kredosu sayılacaq “vətəndaş sülhü” ideyasını elan edib.

Strateq.az “Stenoqram” layihəsi çərçivəsində eks-prezident Əbülfəz Elçibəyin Kələkidən qayıtdıqdan sonra keçirdiyi ilk mətbuat konfransını oxuculara təqdim edir:



Bakı. 30 oktyabr 1997-ci il. “Azadlıq” qəzetinin akt zalı

Eks-prezident, AXCP sədri Əbülfəz Elçibəyin Kələkidən döndükdən sonra Bakıda keçirdiyi ilk mətbuat konfransı.



Mətbuat konfransını jurnalist Yadigar Məmmədli idarə edir.

Yadigar Məmmədli:

– Salam hörmətli həmkarlar. 1993-cü ildə vətəndaş müharibəsinin qarşısını almaq üçün Bakını tərk edən Əbülfəz Elçibəy dünən, oktyabrın 30-da maneləri dəf edərək Bakıya qayıdıb. Bu günkü mətbuat konfransında Əbülfəz bəy sualları cavablandıracaq.

Sonra Əbülfəz Elçibəy çıxış edir.

Elçibəy:

– Hörmətli bəylər və xanımlar, hamınızı xoş gördük. Təbii, hər hansı şəxs mənim yerimdə olsa, həyəcan keçirər. Bu həyəcan bir həftə, on gün sürə bilər. Ola bilsin, siyasət adamları üçün yaxşı deyil bu həyəcan… Zala baxıram, tanış üzləri görürəm. Hər halda 4 il az müddət deyil. Odur, zalda oturan Tomas Qoltsu (ABŞ-dan olan jurnalist-red.) burda gördüm, sevindim. Köhnə tanışlardı.

Bilirsiniz ki, mühit, şərait ağırdır. Bunları deməyə ehtiyac yoxdur. Sadəcə bu gördüklərimizdən bir yol aramaq, çıxış nöqtələri tapmaq lazımdır. Fikrim budur. Mən belə düşünürəm. Vəziyyət burda bir-iki nəfərlə, siyasi liderlərlə həll ediləsi deyil. Biz, yəqin ki, Allah qoysa, AXC-nin bütün üzvləri ilə, Demokratik Konqreslə, başqa liderlərlə vəziyyəti geniş müzakirə edəcəyik. Azərbaycanın qarşısında duran yaxın 2-3 ildə nə edəcəyik, vəziyyətdən necə çıxacağıq – bu məsələləri müzakirə edəcəyik. Bunun üçün xalqın ümumi fikrini toplamalıyıq. Bu psixoloji vəziyyəti dəyişmək lazımdır.

Burada çətin olan məsələ nədir? Təsəvvür edin: Müsavatın, ya da AXC-nin daxilində iki nəfərin mübahisəsi düşür. Qəzetlər dərhal başlayır: gah ona sual verir, gah buna sual verir. Mən bizim əziz mətbuat işçilərindən xahiş edirəm ki, xalqın diqqətini böyük problemlərdən yayındırmasınlar. Dedi-qodulara çox fikir verilməsin. Bunun nə mənası axı: nə bilim, Əbülfəz siqareti belə tutdu, Əli bəy dedi “siqareti elə tutma, belə tut”… Bu nə deməkdir? Ölkədə bir milyon qaçqın var. Sabah, deyək ki, qaçqınlarla bağlı müzakirə təşkil edirik. Heç kim gəlmir. Amma desək ki, mənimlə Əli bəyin mübahisəsi var, hamı tez – tələsik gələcək ora … Bu cür olmaz! Belə biz heç yerə çıxa bilməyəcəyik!

Mən sizin qəzetlərinizi çox diqqətlə oxuyuram. Sevinirəm ki, mətbuatımız çox güclənib. Hətta Gürcüstanı da qabaqlayırıq. Ancaq məsələni daha çox xalqın dərdlərinə yönəltməliyik. Qəzeti açırsan, görürsən ki, səhifələrində Qarabağ problemi ilə bağlı heç nə yoxdur. Bəs bu Qarabağ nə oldu? Yaddan çıxıb? Elə hey “Pənah bəy belə dedi, Əbülfəz bəy elə dedi”… Olmaz axı…

Mən xahiş edirəm, məsələni xalqın vəziyyətinə yönəltmək lazımdır. Mən istəyirəm partiyalar bu məsələni qoysun: xalqın sosial və iqtisadi vəziyyəti çox ağırdır. Təsəvvür edin, biz bəzən bunu duymuruq. Bir milyondan çox adam ev-eşiyini qoyub Rusiyaya, Ukrayanaya, Türkiyəyə üz tutb. Bu, fəal qüvvələrdir. Millət enerjisini orda itirir. 20-50 yaşında olan fəal vətəndaşlar ölkədən dağılıb gedib. Halbuki onlar enerjilərini bura verməlidirlər. Biz Azərbaycanda elə bir demokratik və sosial mühit yaradaq ki, həmin vətəndaşlar geri qayıtsınlar.

Qarabağ məsələsində bir addım da geri qoymaq olmaz. Ölkədə vətəndaş sülhü yaratmalıyıq. Yoxsa gələcəkdə sabitlik olmayacaq. Xalqın ümumi razılığı olmasa, vətəndaş sülhü davamlı ola bilməz. Ölkədə fəal qüvvələrin dağılmasına imkan verməmək lazımdır. Güney Azərbaycanın məsələsi gündəmdə olmalıdır.

Hesab edirəm ki, bunları müzakirə etmək üçün Demkonqresdə işimiz rahat olacaq. Diqqətinizə görə, çox sağ olun. Sizi yordum.



Sonra jurnalistlərin sualları cavablandırılıb.

Elçibəyin Kələkidən qayıdan gün keçirdiyi ilk mətbuat konfransı:“Mən və Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldıq” – STENOQRAM

ANS: İqtidar sizin Kələkidən Bakıya dönüşünüzə niyə mane olmadı? Olmaya bununla bağlı iqtidarla razılığa gəlmisiniz?

Elçibəy: İqtidarla heç bir razılıq, heç bir danışıq olmayıb. Burada məsələ belə idi: AXC mənim qayıtmağımla bağlı bu dəfə sözünü qəti dedi. Naxçıvana gələn deputatlar qəti bildirilər ki, “gedirik”. AXC-nin qəti mövqeyindən sonra yerli hakimiyyət orqanları bir qədər fikirləşdilər. Axı, onların da verdiyi söz var: Daxili işlər naziri Ramil Usubov deyib ki, Əbülfəz Elçibəy də bir vətəndaşdır və onun təhlükəsizliyini qorumağa borcluyuq… Siz onu yerinə yetirin. Mən gedəcəyəm. Bu sözdən sonra Mrimahmud bəyin qəti mövqeyi bu məsələni bir qədər də qətiləşdirdi.

Siz aydınlaşdırmaq üçün bu sualı Qulamhüseyn bəyə (Qulamhüseyn Əliyev- AXCP Ali Məclisinin keçmiş sədri-red.) və Mirmahmud bəyə verməliydiniz. Bütün bu prosesi onlar aparıb.

ANS: 2-ci sualım… Siz müsahibələrinizdə demişdiniz ki, “mən 1997-ci ilin iyunun 17-nə qədər Azərbaycan Respublikasının prezidentiyəm”. Sizin səlahiyyət müddətiniz başa çatıb. Deyə bilərsinizmi, indi Azərbaycan dövlətinin başçısı kimdir?

Elçibəy: Bilirsinizmi, mən əvvəldən də demişəm, yenə deyirəm. Mən iyunun 17-nə qədər özümü Azərbaycanın qanuni prezidenti saymışam. Bunun vaxtı artıq qurtarıb. İkincisi, bu gün dövlətin başçısı, faktik olaraq, Heydər Əliyevdir. O ki qaldı digər tərəfinə, o barədə sonra söhbət edə bilərik.

ANS: Siz prezident Heydər Əliyevlə görüşməyi planlaşdırırsınızmı? Baş tutsa, harada görüşmək istərdiniz?

Elçibəy: Hələ o barədə heç nə fikirləşməmişəm. Bu barədə cəbhədaşlarımla söhbət etməmişik.

"Turan" İA: Avropa və Amerika ilə münasibətlərdə hansı yeniliklərlə müşayət ediləcək? (Sual aydın eşidilmir-red.)

Elçibəy: Biz təşkilatımızdan, AXC sədri kimi, Demkonqres sədrinin mövqeyindən istifadə edərək, Azərbaycan diplomatiyasında istər Rusiya, istər İranla bağlı millətin mövqeyini sərt şəkildə qoruyub saxlamaq. Heç bir addım geri qoymadan. Kitab “Bütov Azərbaycan Yolunda” adlanır. Orada başımıza gələnlər, tariximizin saxtalaşdırılması, rus imperiyasının siyasəti, fars şovinizminin türk millətinə qarşı qisası məsələləri ilə bağlı problemləri qoymuşuq.

"Hürriyyət": Dediyiniz vətəndaş sülhünü yaradılması üçün vacib olan nədir?

Elçibəy: Vətəndaş sülhünü yaratmaq üçün bütün qüvvələri bir yerə yığmalıyıq. O zaman bu sülh yaranacaq. Yəni vətəndaş sülhü məcbur edəcək ki, iqtidar və müxalifət yaxınlaşsın.

"Hürriyyət": Milli barışığın elan olunması nə verəcək?

Elçibəy: Vətəndaş sülhü milli barışıqla ortaya çıxacaq. Bunun üçün proqram olmalıdır. Mən görüm, hələ Sabir Rüstəmxanlı ilə mənim partiyam necə əlaqələnəcək? Buna baxmaq lazımdır.

Sual: Prezident seçkilərində AXC və Müsavat partiyası eyni vaxtda daha real namizəd verə bilərmi?

Elçibəy: Burda fikirlər müxtəlifdir. Mən namizədliyimi verəcəyəm. Əgər görsəm ki, demokratik şərait yoxdur, İsa bəy seçkiyə gedərsə, mən İsa bəyi müdafiə edəcəym. İsa bəy də bəyanat verib deyə bilər ki, bəlkə 3-cü adamı müdafiə etdik. Görsək ki, bizə qarşı vəziyyət belədir, demokratik şərait yoxdur, güclərimizi toplayıb seçkini boykot edəcəyik. Bu məsələlərin müzakirəsinin zamanı var. Qəribədi, yenə suallar bu ruhda verilir: “Mən, sən, cəbhə, Müsavat”. Soruşun ki, Qarabağ problemini necə həll edəcəyik…

Qarabağ problemində, sosial vəziyyətimizin düzəlməsində, qaçqın məsələsinin həllində, iqtidarla, kim olursa-olsun onunla olacağıq.

Sual: Sizin Bakıya qayıtmağınız rejimin yumşalmasının bir əlamətidir, yoxsa başqa amil görürsünüz?

Elçibəy: Mən hər hansı amil görmürəm. Sadəcə AXC artıq qəti addım atmaq barədə qərar verdi. Kələkidə mənim yanımda olan cəbhəçi deputatlar dedilər ki, əgər bizi Bakıya buraxmasalar, millət vəkillərinin 3-ü də Kələkidə qalır.

Bununla bağlı heç bir dövlətlə danışıq aparılmayıb. Bu, yalnız AXC-nin, onu müdafiə edən Demkonqresin mövqeyinin nəticəsidir. Nə Türkiyə, nə də başqasının burada heç bir xidməti yoxdur.

Sual: AMİP sədri Etibar Məmmədov deyib ki, siz onun haqqında “Etibarın günahı var, ancaq bağışlamaq lazımdır” demisiniz. Siz günah deyəndə, nəyi nəzərdə tutmusunuz?

Elçibəy: Etibar Məmmədov məsələsi ona görə deyil. Cəbhənin o zaman çıxartdığı qərar var. Etibar Məmmədov müdafiə ediləcək, amma nöqsanı var. Səhvi var. Səhvi nədədir? O zamankı səhvində meydan hərəkatındakı tələsəkənliyi oldu. Məsələni “partlayış” baş vermədən, bir qədər təmkinlə aparmaq olardı. Başqa məsələlər də var. Bu, artıq təşkilatın daxili işləridi.

"Xalq qəzeti": Ayaz Mütəllibov hakimiyyətdən gedəndən sonra ona imtiyazlar verilmişdi. Lakin AXC hakimiyyətə gəldikdən sonra ləğv edildi. Siz indi "Eks-prezidentlər haqqında qanun"u gözləyirsiniz və imtiyazlar istəyirsiniz. Bunu tarixin ziddiyəti kimi görmürsünüz?

Elçibəy: Əvvəla, mən bildirim ki, Ayaz Mütəllibovun eks-prezident kimi imtiyazlarının ləğv olunması haqqında heç bir fərman verməmişəm. O sənədi göstərə bilərsinizmi? Bəlkə bu sənəd Milli Məclisdən gəlib? Mən verməmişəm. Mən dəfələrə Ayaz Mütəllibovun yaxın adamlarına, Rəhim Hüseynova ( 1991-92-ci illərdə baş nazir olub-red.) demişəm ki, Ayaza de, gəlsin Bakıya. Vəzirov da gəlsin… Ancaq 20 yanvar hadisəsi ilə bağlı məsələni açsınlar, biz Rusiyanı verək beynəlxalq məhkəməyə. Özləri də gəlib burda yaşasınlar. Heç kim də onlara toxunmayacaq. Mənə o zaman dedilər ki, Ayaz Mütəllibovun Bakıda olan evi boşdur. Oğlu da Türkiyəyə gedib. Mən qəti sürətdə tapşırdım ki, o mənzilə heç kim əl dəyməsin. Mən heç kəsin mülkiyyət hüququna toxunmamışam.

Sual: Sizin Bakıya dönüşünüz prezident Heydər Əliyevin amnistiya verməsi ilə eyni vaxta düşdü. Siz bu amnistiyanı özünüz üçün mənəvi amnistiya hesab edirsinizmi?

Elçibəy: Bunun mənə dəxli yoxdur. Amma mən bu amnistiyanı bəyənirəm. Həbsxanalarda olan çoxlu adamlarımız çıxıb. Həbsxanada elə gənc var ki, tüfəng götürməsini mən ona əmr etmişəm, o da götürüb, əmrimə tabe olub. Onu bağışlamaq lazımdır. Bu yaxşıdır. İstərdim, sayları çox olsun.

“Bu Gün”: Belə məlumat var ki, siz Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna rəhbər vəzifəyə təyin olunacaqsınız. Buna münasibətiniz necədir?

Elçibəy: Belə bir təklif etsələr də getmərəm. Mən orada işləmişəm, kollektivinə də çox böyük hörmətim var. Əlyazmalar İnstitutunu müqəddəs yer, məbəd sayıram. Orada bizim əlyazmalarımız qorunur. Əməkdaşları da vətəni sevən insanlardı. Amma yəqin ki, mənim həyatım bu siyasi dairədən kənara çıxmayacaq. AXC-dən də xahiş edərəm ki, mənə ayda bir 250-300 min manat versinlər, işləyim.

(Zalda gülüş)

Sual: Vətəndaş sülhünü necə yarada bilərsiniz? İyun hadisələrinə görə özünüzü günahkar sayırsınzmı?

Elçibəy: Bu məsələlər haqqında geniş izahat vercəyəm. Özünüz də görəcəksiniz. Əgər mən Bakını tərk etməsəydim, Azərbaycan ya Tacikstana, ya da Əfqanıstana çevrilə bilərdi. Azərbaycanda daxili savaş baş verə bilərdi. Onun qarşısının alınmasında partiyaların, polis işçilərimizin, təhlükəsizlik xidmətinin əməkdaşlarının da xidməti var. Burada Heydər Əliyevin də xidməti var. Hamının xidməti var. Bu savaşın qarşısını ala bildik. Bu, bizim xoşbəxtliyimizidr. Mən belə hesab edirəm.

Sual: Siz niyə indiyə qədər Sürət Hüseynovun hərəkətinə qiymət verməmisiniz?

Elçibəy: Mən dəfələrlə demişəm ki, Sürət Hüseynov, Rəhim Qazıyev və Ələkrəm Hümmətov Rusiya Baş Kəşfiyyat İdarəsi tərəfindən ələ alınmış adamlar olublar. Biz onları xalqdan təcrid edib saxlaya bilmədik. Heydər Əliyev bunu edə bildi. Bu, onun müsbət və üstün cəhətidir. Çox adam deyir ki niyə onları vurmursunuz? Həbs elə… Vurub öldürmək nədir? Terrorçu dövlət deyilsən ki… Həbs elə… Biz onları həbs edə bilmədik.

Sual: Bəs Sürət Hüseynova əvvəlcə Milli Qəhrəman adı vermişdiniz?

Elçibəy: Siz tarixə baxsanız, görərsiniz ki, tarixdə çox insanlar Milli Qəhrəman olub, sonradan xəyanət ediblər. Eyni qaydada bu sualı Heydər Əliyevə də vermək olar. Yaxşı tanıdığı milli təhlükəsizlik naziri Nəriman İmranovu niyə vəzifəyə qoymuşdu ki? Ona xəyanət etdi. Xəyanət elə bir andır ki, onu bilməzsən. İllərlə vətənini sevən adam bir anda elə dəyişilik edə bilər ki… Bunu heç kim bilməz.



Sonra Əbülfəz Elçibəy bir illik AXC hökümətinin əsas prioritetləri barədə açıqlama verir:

Elçibəy: Bizim siyasətmizin kredosu bu idi: biz bütün dünya ölkələri və xalqları ilə dostluq edəcəyik. Kim ölkəmizin azadlıq və müstəqiliyinə kömək edəcəksə, onunla qardaş və bir olacağıq. Kim əleyhinə olarsa, onun əleyhinə olacağıq. Moskva ilə münasibətlər barədə tez-tez soruşurlar. Rusiyada müəyyən imperiyapərəst qüvvələr də var. Pavel Qraçovu (Rusiyanın keçmiş müdafiə naziri-red.) indi çıxarıblar. Qraçov ümumiyyətlə Qafqazda müharibə törədən adamdır. Mən prezident olaraq Moskvaya rəsmi səfərim zamanı Rusiya prezidenti Boris Yeltsinlə söhbət edirdim. İndi bunları demək olar. Çeçenistanla münasibətləri gərgin idi. Mən ona dedim ki, “Siz icazə verin, rəhmətlik Cövhər Dudayev mənimlə çox yaxındır, Sizin aranızda barışdırıcı rol oynayım”. Yeltsin mənə dedi: “Bu, çox maraqlıdır. İmkan ver bir az düşünüm, bunu etmək olar.” Axşam Yeltsinlə üz-üzə oturmuşduq. Ordan-burdan danışırdıq. Birdən Yeltsin çevrilib Qraçovadan soruşdu ki, “Dudayev nə edir? Yenə piratlıq edir?” Düşündüm ki , “əşi, dünən mən bununla söz danışmışam. Razılıq almışam. İndi deyir, quldurluq edir”. Qraçov da cavab verdi ki, “bəli”. Yeltsin cavabında “Bu məsələni qurtarmaq lazımdır” söylədi. Əslində Qraçova desə də, mənə eşitdirirdi ki, daha bu söhbətə qayıtma… Belə adamlarla Azərbaycan necə yaxınlaşa bilər? İran da belə… İranda 30 milyon türkün bir məktəbi yoxdur. Necə İranla dost ola bilərəm?

Qarabağ probleminə gəlincə, AXC-nin bu problemlə bağlı çıxardığı rəyi əsasında Dağlıq Qarabağa yalnız mədəni muxtariyyətin verilməsi üzərində dayanırıq. Mənim mövqeyim belədir: Azərbaycanın işğal olunmuş torpaqarı təmzilənməldir!

Xaqani SƏFƏROĞLU

Strateq.az

Elçibəyin Kələkidən qayıdan gün keçirdiyi ilk mətbuat konfransı:“Mən və Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldıq” – STENOQRAM

Foto: Kələki. Əbülfəz Elçibəy Bakıya yola düşür

Elçibəyin Kələkidən qayıdan gün keçirdiyi ilk mətbuat konfransı:“Mən və Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldıq” – STENOQRAM
Elçibəyin Kələkidən qayıdan gün keçirdiyi ilk mətbuat konfransı:“Mən və Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldıq” – STENOQRAM

oto: Əbülfəz Elçibəy mətbuat konfransının keçirildiyi zala daxil olur.

Elçibəyin Kələkidən qayıdan gün keçirdiyi ilk mətbuat konfransı:“Mən və Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldıq” – STENOQRAM

Foto: 30 oktyabr. 1997-ci il. Əbülfəz Elçibəy Bakıda mətbuat konfransı keçirir

Elçibəyin Kələkidən qayıdan gün keçirdiyi ilk mətbuat konfransı:“Mən və Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldıq” – STENOQRAM

Foto: Prezident Əbülfəz Elçibəy və müdafiə naziri Rəhim Qazıyev

Elçibəyin Kələkidən qayıdan gün keçirdiyi ilk mətbuat konfransı:“Mən və Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldıq” – STENOQRAM

Foto: Azərbaycan prezidenti Əbülfəz Elçibəyin Rusiyaya rəsmi səfəri. Boris Yeltsinlə görüş.

Oktyabr. 1992-ci il

Elçibəyin Kələkidən qayıdan gün keçirdiyi ilk mətbuat konfransı:“Mən və Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldıq” – STENOQRAM

Foto: Azərbaycan prezidenti Heydər Əliyev Əbülfəz Elçibəylə vidalaşır. Avqust, 2000-ci il

Elçibəyin Kələkidən qayıdan gün keçirdiyi ilk mətbuat konfransı:“Mən və Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldıq” – STENOQRAM

Foto: Mərhum eks-prezident Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əbülfəz Elçibəyin vəfatından 17 il ötür

    Əbülfəz Elçibəyin vəfatından 17 il ötür ...

    22-08-2017, 10:46

  • 
  • Əbülfəz Elçibəyin anadan olmasından 82 il ötür

    Əbülfəz Elçibəyin anadan olmasından 82 il ötür ...

    24-06-2020, 11:35

  • 
  • Əbülfəz Elçibəyin doğum günüdür

    Əbülfəz Elçibəyin doğum günüdür ...

    24-06-2021, 09:20

  • 
  • Əbülfəz Elçibəysiz 19 il

    Əbülfəz Elçibəysiz 19 il ...

    22-08-2019, 11:37

  • 
  • Elçibəyin qardaşından Ağabəy Əsgərova ağır sözlər

    Elçibəyin qardaşından Ağabəy Əsgərova ağır sözlər ...

    15-05-2014, 18:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu