GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident İlham Əliyevə ŞOK MÜRACİƏT: Yaşadığımız kəndin əhalisini Lerikdən köçürün!!!

Prezident İlham Əliyevə ŞOK MÜRACİƏT: Yaşadığımız kəndin əhalisini Lerikdən köçürün!!!

Tarix: 12-05-2016, 15:43 Bölmə :Siyasət Baxış: 0
Prezident İlham Əliyevə ŞOK MÜRACİƏT: Yaşadığımız kəndin əhalisini Lerikdən köçürün!!!

Lerik rayon Orand kənd sakinləri tərəfindən prezident İlham Əliyevə müraciət ünvanlanıb.
AzToday.az xəbər verir ki, müraciətdə kənd sakinləri dövlət başçısından yaşadıqları sosial problemlərin həllinə kömək istəməklə bərabər Lerik rayonundakı məmur özbaşınalığına da son qoyulmasını istəyiblər.
Müraciəti olduğu kimi təqdim edirik:
Möhtərəm cənab Prezident!
Biz, Lerik rayon Orand kənd sakinləri, dəfələrlə sizə, kəndimizdəki mövcud durum haqqında ətraflı məlumat vermişik. Amma indiyə kimi müraciətlərimizin mövzusu olan problemlərin həlli üçün heç bir addım atılmayıb. Xahiş edirik bu dəfə bizim vəziyyətimizlə şəxsən özünüz maraqlanasınız, çünki bizdə vəziyyət təsəvvür edəcəyiniz səviyyədə deyil, çox acınacaqlıdır. Bilirik ki, Sizə indiyə kimi ünvanladığımız müraciətlər ya Sizə çatmır ya da ki, Siz rayon icra hakimiyyətinə bəhs etdiyimiz problemlərin həlli üçün tapşırıqlar verirsiniz amma, onlar bu tapşırıqları nəinki yerinə yetirmir, hətta Sizə müraciət edən şəxslərə hədə- qorxu gələrək bu müraciətləri dayandırmağı tələb edirlər…
Amma bir daha qeyd edirik ki, bu dəfə bu müraciətimizin mətnini sizə çatdırmaq üçün bütün mümkün vasitələrdən istifadə etməklə kəndimizdəki insanın bu zülmətdən qurtuluşu üçün əlimizdən gələni edəcəyik.
Cənab prezident!
Rayonumuza təyin etdiyiniz icra başçısı Rövşən Bağırov öz yaxın ətrafı ilə Sizin ona olan etimadınızdan sui-istifadə edərək səlahiyyətlərindən xalqın rifahını yaxşılaşdırmaq əvəzinə öz şəxsi mənafeyinə xidmət edən işləri görməklə həm biz vətəndaşların haqlarını yeyir, hüquqlarını kobudcasına pozur, həmdə ki vətəndaşla Sizin aranızda olan bağlara böyük zərbə vurur. R.Bağırovun icra başçısı olduğu 9 il ərzində kəndimizin ağsaqqalları dəfələrlə kəndimizdəki problemlərin həllinə dair onun qəbulunda olsalar da indiyə kimi heç bir nəticə olmamış və həmişə aldadıcı vədlər verilərək bütün problemlərimizin tezliklə həll ediləcəyinə söz vermişdir.
Biz də onun vədlərinə inanaraq 2015-ci ilin oktyabr ayına kimi gözləməli olduq. 2015-ci ilin oktyabr ayından əvvəl 60 nəfər kənd sakini sonra, dəfələrlə 220 nəfər kənd sakini Sizə müraciət etməyə məcbur qaldı. Bunu görən R. Bağırov və onun “peşəkar komandası” müraciətdə imzası olan şəxslərin susdurulması üçün “susdurma əməliyyatına” başladı.
Cənab Prezident! Rayonumuzda istənilən vətəndaş öz pozulmuş hüquqlarını müdafiəsinə görə və ya “məmur”ların özbaşınalığına, onların cinayət tərkibli əməllərinə görə hansı isə yuxarı istansiyalara müraciət etdikdə məharətlə susdurulur. Bu “susdurma əməliyyatı”nı həyata keçirmək üçün hər bir vasitəyə əl atılır, kimi işdən qovmaqla və ya qohumun işdən çıxarmaqla hədələyir, bunlarda işə yaramadıqda şər böhtan atmaqla və s. üsullardan istifadə olunur.
Ən universal “susdurma vasitə”lərindən biri hüquqların tələb edənlərə “dövlətə xəyanət damğa”sı vurmaqdır ki, bu da vətəndaşın dövlətə, qanunların aliliyinə olan inamına sarsıdıcı zərbə vurur, çünki bu “məmur”lar öz bütün qanunsuz əməllərini dövlət adından edir və kim ki bu əməllərə müxalif çıxırsa bunu dövlətə “xəyanət” kimi qiymətləndirirlər. Qeyd edək ki, rayonumuzda korrupsiya və rüşvətin nüfuz etmədiyi sahə qalmayıb. Bütün sahələrdə rüşvət dövlət rusumu kimi təqdim edilərək məcburi hal alıb. Bu cür “bacarıq” sərgiləməklə bu məmurlar həm öz qanunsuz əməllərinin ört -basdır edir, həmdə ki vətəndaşla iqtidar arasında uçurum yaradır.
Cənab Prezident!
Biz nə vətən xaini, nədəki Sizin iqtidarınıza müxalif olan şəxslər deyilik. Biz Vətənimizi, torpağımızı hamıdan çox sevən, sizin siyasi kursunuzu sidqi- ürəklə dəstəkləyən bu Vətənin, bu torpağın müdafiəsi uğrunda şəhidlər verən və hər zaman könüllü olaraq bu ölkənin müdafiəsinə qalxmağa hazır olan Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Bizdə normal insan yaşayışı üçün zəruri olan şəraitin bizim üçün də yaradılmasını istəyirik.
Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı olaraq sizin apardığınız uğurlu siyasətin nəticəsi olaraq ölkəmiz dünyada inkişaf tempinə və əhalisinin yaşam tərzinə görə qabaqcıl ölkələrdən biri olsa da Lerik rayon Orand kəndində (Əhalisi:1800 nəfərə yaxın) insanlar feodalizm quruluşunda yaşayır. Lerik rayonun ən böyük kəndlərindən biri olmasına baxmayaraq kəndimizdə insanlar bərbad vəziyyətdə yaşayır.
Çox təəssüflər olsun ki, kəndimiz müstəqillik dönəmindən sonrakı dövrdə tərəqqi və inkişafdan təcrid olunmuş , digər kəndlərlə müqayisədə inkişafdan çox-çox geri qalmış və həyat səviyyəsi dözülməz həddə çatmışdır. MÜSTƏQİLLİK DÖNƏMİNDƏN SONRA YAŞADIĞIMIZ ORAND KƏNDİ ÜÇÜN HEÇ BİR İŞ GÖRÜLMƏMİŞDİR.
Buda rayonumuzda aparılan laqeyd, qərəzli və səriştəsiz idarəçilik sisteminin mövcudluğundan irəli gəlir.
Möhtərəm cənab Prezident!
Kəndimizdəki problemləri saymaqla tükənən deyil, əsas problemlərimizi əvvəlki məktublarımızda yazib sizə göndərsək də, bir daha qısaca olaraq qeyd edirik.
1. Kəndimizə mavi qazın çəkilməməsi bizi hər il yanacaq üçün quru oduncaq əldə etmək məcburiyyətində qoyur. Kəndimizin ərazisində meşə zolağının olmaması səbəbindən quru oduncağın əldə edilməsi kənd camaatına böyük vəsait itkisi hesabına başa gəlir, hansı ki 1m3 quru oduncaq kəndimizə 50AZN-ə gəlib çıxır ki, buda bir qışı kecirtmək üçün ən azından kənd sakinlərini 5-7 m3 civarında oduncaq almaqa məcburdur, buda 250-350AZN pul deməkdir. Kəndimizdə əhalinin çoxunun işsizlər, ünvanlı sosial yardım və pensiya təminatı hesabına yaşadığını nəzərə alsaq, bu məsələnin bizim üçün necə dözülməz olduğunu təsəvvür etmək elədə çətin deyil. Elə ailələr var ki, quru oduncaq əldə etməyə pulu olmadığından bütün qışı quru təzəkdən yanacaq kimi istifadə etmək məcburiyyətində qalır ki, bu da həmin ailələrin müxtəlif xəstəliklərə yoluxması ilə nəticələnir.
Halbuki LERİK RAYONUNDA İLK QAZ BİZİM KƏNDİMİZƏ ÇƏKİLMƏLİDİR, çünki həm kəndimizdə meşə zolağı yoxdur, həm də kəndimiz nəinki rayonumuzun ümumilikdə cənub bölgəsinin ən soyuq, qışı ən uzun keçən (6-7 ay) kəndidir. Amma rayon icra başçısın bizə qarşı olan qərəzinin sübutudur ki, əhalisinin sayı bizdən iki-üç dəfə az olan, ərazisində meşə massivi olan və kəndimizlə arasındakı məsafə 4-5 km olan qonşu kəndlərin hamısı mavi yanacaqla təmin olunmuşdur.
Dəfələrlə konstitusiyamızın 57-ci maddəsini rəhbər tutaraq müvafiq qurumlara müraciət etmişik. Həmin qurumlarda şikayətə baxılması üçün məktublarımızı “Azəriqaz” İB-nə göndərmişlər. “Azəriqaz” İB-də bizə cavabında bildirib ki, Azərbaycan Respublikası prezdentinin 14 aprel 2009 –cu il tarixli 80 saylı Fərmanı ilə təsdiq olunmuş “Azrəbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Orand kəndinə qaz çəkiləcək. Baxmayaraq ki, 2016-ci ilin aprel ayıdır hələdə kəndimiz mavi qazla təmin olunmayıb. Buradan görünür “Azəriqaz” da rayonumuza aid məsələlərin həllində R. Bağırovun qoyduğu çərçivədən kənara çıxa bilmir və ona görə də bizim kənd camaatın aldatmaqla bir dövlət qurumu olaraq öz “vəzifə borcunu” yerinə yetirir.
2. Rayon mərkəzi ilə kəndimiz arasında yol bərbad vəziyyətdədir. Ümumi uzunluğu 14 km olmasına baxmayaraq, biz həmin yolu 1 saatdan çox zaman kəsiyində qət edirik. Yolun yararsızlığı ucbatından kəndimizdən rayona sərnişindaşıma ancaq UAZ qismən də yay aylarında NİVA markalı avtomobillərlə həyata keçirilir. Kəndimizə nəinki sərnişin daşıyan maşınlar işləyə bilmir, biz hətta ağır xəstə insanları da xəstəxanaya UAZ markalı maşınla aparası oluruq, çünki kəndimizə heç bir təcili tibbi yardım maşınların gəlməsi mümkün deyil.
Qış aylarında yağan qar kəndimizə gələn bərbad yolu da günlərlə bağlayır və əksər hallarda ya biz qarın əriyəcəyini gözləyirik ya da ki, kənd camaatının şəxsi vəsaiti hesabına (red: amma bunun hesabınada bəlkədə dövlət büdcəsindən vəsait silinərək mənimsənilir) yolun qar örtüyü təmizlənir və rayonla gediş- gəliş bərpa olunur. Rayonumuzun digər kəndlərinin böyük əksəriyyətində yollara asvalt örtüyü tökülsədə bizim kənd yoluna son 10 ildə heç bir maşın qum belə tökülməmişdir. Sonuncu dəfə Bakcell LTD MMC kəndimizdə quraşdırdığı ötürücü stansiyaya işçilərinin rahat gediş-gəlişini təmin etmək üçün yollarımızı qismən bərpa etsə də hal-hazırda yollar yararsız vəziyyətdədir. Bir özəl şirkət öz 2-3 nəfər işçisinin ayda ildə iki dəfə gediş gəlişini təmin etmək üçün səy göstərərək daxili imkanları hesabına bu yolun təmirinə vəsait ayırır, amma rayon rəhbərliyi 1800 nəfər sakininin bu yolla necə gedib gəldiyini heç də düşündürmür, çünki bu kateqoriyadan olan dövlət qulluqçularının bütün işi gücü yalniz və yalnız bir şeyə köklənib- özünün qeyri adi biznes maraqlarına.
Cənab Prezident! Siz dəfələrlə öz çıxışlarınızda vurğulayırsız ki, kəndlərdə kənd təsərrüfatı inkişaf etdirilsın, torpaq sahələri əkilsin və bununlada həm əhalinin kənd təsərrüfatı məhsuluna olan tələbatı daxili imkanlar hesabına ödənilsın, həm də ki, rayonlarda yaşayan əhalinin işsizlik səviyyəsi minimuma endirilsin. Bizdə istəyirik ki, kənd təsərrufatı ilə məşğul olaq, torpaqlarımızı təyinatı üzrə istifadə edək. Amma biz torpaqlarımızı da əkib becərə bilmirik, Çünki kəndimizlə rayon mərkəzi arasındakı yolun bərbad vəziyyəti bizə torpaqlarımızın əkilib biçilməsinə imkan vermir, biz torpaqlarımızıdan təynatı üzrə istifadə edə bilmirik. Səbəbsə bu yolda kənd təssərüfatında istifadə olunan heç bir müasir texnika hərəkət edə bilməməsi və yolun bərbad vəziyyətdə olması ilə bağlı olan digər amillərdir. Biz torpaqlarımızı yalnız bir usulla əkib becərə bilirik – ibtidai icma quruluşundan qalma xış və kotanla. Müasir dövrdə bu əkinçiliyın faydasız bir iş olmağını izah etməyə ehtiyac görmürük, çünki ən azından bu usulla yetişdirilən məhsulun dəyəri çəkilən zəhmətin heç 10%-ni ödəmir. Digər tərəfdəndə yolun bərbad vəziyyəti məsulun bazara çıxarılmasını da daşınma xərclərini artırır ki, bu da məhsulun maya dəyərinin mövcüd bazar qiymətindən qat-qat baha başa gəlməsi ilə nəticələnir.
3. Kəndimizdə yerləşən tam orta məktəbin binası keçən əsrin 80-cı illərində kənd camaatının iməciliyi ilə tikilmişdir. Tikildiyi dövrdə də heç dövrün tələbinə cavab verməyən, maddi- texniki bazası minimum səviyyədə olan bir məktəb bugünkü günə kimi istifadə olunmaqdadır. Hansı ki məktəbimiz şagird sayına görə rayonun 10 qabaqcıl kənd məktəblərindən biridir. Məktəbimizdə 200-dən çox şagird təhsil alır. Amma rayonumuzda 20-30 nəfərlik şagirdi olan kəndlər üçün 120, 180 şagird yerlik, müasir dövrün tələblərinə cavab verən məktəblər tikilmiş və müasir maddi texniki baza ilə təmin olunmuşdur.
R. Bağırovun Lerik rayonuna rəhbərlik etdiyi dövrdə rayonumuzda tikilən məktəbləri müqayisəli olaraq (şagird sayına görə, yeni məktəblərin tikildiyi kəndlərdəki köhnə məktəblərin tikildiyi tarix və s. görə) nəzərdən keçirsəniz onun bizə qarşı olan qərəzini aydın görərsiniz.
Hansı ki məktəbimizin binası kimi binada nəinki müasir dövrdə təhsil ocağı kimi istifadə etməzlər hətta indiki fermerlər heç mal-qarasın elə binada saxlamaz. Ən təsirli məqamsa kəndimizdəki məktəb Qarabağ uğrunda gedən döyüşlərdə Vətən yolunda canından keçən şəhidin adını daşıyır.
Gələcəyimizin təminatçısı olan övladlarımız təhsil hüqüqundan məhrum olunması azmış kimi, belə bir binanın şəhidimizin adını daşıması övladlarımızın vətənpərvərlik tərbiyəsinə də böyük zərbə vurur.
Möhtərəm, cənab Prezident!
Adı aşağıda qeyd olunan Orand kənd sakinləri, kənd camaatı adından Sizdən xahiş edirik ki, bizi bu rayondan köçürəsiniz!
Çünki bu şəraitdə nə biz insan kimi yaşaya bilirik nə də ki, bu vətənə layiqli sağlam vətəndaş, sağlam əsgər yetişdirə bilirik. Şəraitsizlik ucbatından kəndimizdə insanlar içərisində vaxtsız ölüm halları, xəstəlik adi hal almışdır.
Möhtərəm cənab Prezident!
Heç kəs doğulub boya başa çatdığı yurdundan yuvasından didərgin düşmək istəməz ələlxüsus də yaşlı nəsil. Amma biz buna məcburuq…
Ölkənin istənilən yerinə bizi köçürsəniz biz razıyıq yetər ki, orda normal insan yaşayışı üçün zəruri olan vasitələr olsun.
Böyük hörmət, ümid və ehtiramla:
1.Rüstəmov Musa
2.Əzimov Şahi
3.Rüstəmov Mebulla
4.Cəfərov Şərbət
Müraciət edən kənd sakinlərin imzalarının sürəti

Prezident İlham Əliyevə ŞOK MÜRACİƏT: Yaşadığımız kəndin əhalisini Lerikdən köçürün!!!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • PREZİDENTƏ ŞOK ŞİKAYƏT OLUNDU (VIDEO)

    PREZİDENTƏ ŞOK ŞİKAYƏT OLUNDU (VIDEO) ...

    9-12-2014, 22:43

  • 
  • Lerikdə icra başçısı məscidi sökür

    Lerikdə icra başçısı məscidi sökür ...

    6-12-2013, 15:15

  • 
  • Rövşən Bağırovla Qorxmaz Hüseynov 3 kəndi susuz qoyur – Prezidentə ŞOK MÜRACİƏT

    Rövşən Bağırovla Qorxmaz Hüseynov 3 kəndi susuz ...

    11-06-2018, 10:42

  • 
  • Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

    Ağsu sakinləri Yavər Camalovun kürəkənindən ...

    12-10-2016, 20:06

  • 
  • Həbsdəki "Nida"çılardan İlham Əliyevə müraciət

    Həbsdəki "Nida"çılardan İlham Əliyevə ...

    30-09-2014, 17:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu