Bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper İsmail Coşqun Bakı Avrasiya Universitetinin öyrənciləri ilə 3 saatdan artıq görüş keçirib.Görüşdə Türkiyə- Azərbaycan əlaqələri,strateji əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.Tələbələrin çoxsaylı suallarına cavab verən səfir Dağlıq Qarabağdakı son hadisələrə toxunaraq,təmas xəttində yerləşən rayonlarımıza səfəri barədə sualları cavablandırdı.Səfir bir daha Türkiyənin hər zaman Azərbaycanın yanında olacağına,qardaş Azərbaycanın haqq mücadiləsində yanında yer alacağını ifadə etdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?