Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun ABŞ Senatının Xarici əlaqələr komitəsinin uydurma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etməsinə münasibət bildirib. Səfir ABŞ Senatı Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnamə qəbul etməsinə ciddi yanaşmağın lazım olmadığını deyib. Onun sözlərinə görə, bu qərarın heç bir əhəmiyyəti yoxdur, “Bu istiqamətdə hər hansı addım atılanda bunu görəcəksiniz”,- deyərək Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun qətnaməyə münasibət bildirib: "ABŞ Senatı komitəsinin qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnamə qəbul etməsinə ciddi yanaşmaq lazım deyil, tarixi hadisələrə siyasi qiymət vermək olmaz, bu, tarixçilərin işidir". Qeyd edək ki, ABŞ Senatının Xarici əlaqələr komitəsinin uydurma erməni soyqırımı ilə bağlı qətnaməsi Senatın Xarici əlaqələr komitəsinin sədri demokrat Robert Menendes və respublikaçı senator Mark Kirk tərəfindən təqdim edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?