GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İsmayıllı ƏSMM-də nələr baş verir? - Ünvanlı sosial yardımı kimlər ala bilər?

İsmayıllı ƏSMM-də nələr baş verir? - Ünvanlı sosial yardımı kimlər ala bilər?

Tarix: 18-05-2016, 11:58 Bölmə :Siyasət Baxış: 0
İsmayıllı ƏSMM-də nələr baş verir? - Ünvanlı sosial yardımı kimlər ala bilər?

Direktor Çingiz Əliyevin «qəbul»una düşməyənlərin sənədi 6 aylığına dondurulur

Ailə tərkibində dəyişikliklər nəzərə alınmadan və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması tam araşdırılmadan təyinat aparılır

Son illər ölkəmizdə ünvanlı sosial yardımların verilməsi ilə bağlı bəzi qaydalar müəyyənləşdirilib. Nazir Səlim Müslümov bu sahədə şəffaflığın yaradılmasından ötrü elektronlaşdırma variantına üstünlük verir. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bəzi yerli mərkəzlərində şəffaflıqdan əsər-əlamət belə yoxdur. Bu haqda bir qədər sonra danışacağıq. Məlumat üçün deyək ki, sosial yardımın alınması üçün ailəni təmsil edən şəxs yaşayış yeri üzrə rayon və ya şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edir. Ailəni təmsil edən şəxs ərizə, “Ailənin gəlir və əmlakı haqqında bəyannamə”, “Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılması məqsədi ilə uyğun vasitələrin müəyyən edilməsi üçün sorğu anketi”, ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti və ailə tərkibi haqqında yaşayış yerindən arayışla birlikdə sənədləri təqdim edir.(gundelik-baku)Zəruri hallarda nigah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamələrin surəti, iş yerindən gəlir haqqında arayış, ailə üzvlərinin aldıqları bütün növ pensiya, müavinət və təqaüdlərin məbləği haqqında aidiyyəti orqanın arayışı, ailə üzvlərindən hər hansı birinin müddətli həqiqi hərbi xidmətdə olması barədə hərbi komissarlıqdan arayış, ailənin mülkiyyətində və ya istifadəsində olan torpaq payı və həyətyanı torpaq sahəsi barədə müvafiq sənədlərin surəti, ailə üzvlərindən hər hansı birinin ali, orta ixtisas və ya texniki peşə təhsili alması barədə təhsil müəssisəsindən arayış, ailə üzvləri tərəfindən əmlakın icarəyə verilməsi və ya icarəyə götürülməsi barədə müqavilənin surəti, məhkəmə tərəfindən ailə üzvünün itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə məhkəmə qərarının surəti, ailə üzvünün axtarışda olması və ya olduğu yerin məlum olmaması barədə müvafiq orqanın arayışı, ailə üzvünün azadlıqdan məhrum edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı, ailə üzvünün tam dövlət təminatında olması barədə müvafiq xidmət müəssisəsinin arayışı də tələb oluna bilər. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən başlayaraq 2 il müddətinə təyin olunur. İsmayıllı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) cərəyan edən qanuna zidd işlər barədə maraqlı məlumatlar daxil olub. Adının gizli qalmasını xahiş edən rayon sakini bildirir ki, mərkəzin direktoru Çingiz Əliyev ünvanlı sosial yardım almaq istəyən vətəndaşlara süni problemlər yaradır: «Hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rayon mərkəzində yoxlama apararaq ünvanlı sosial yardım alanları azaldır. Bunun səbəbi isə bir çox vətəndaşlara qanunsuz olaraq yardımın verilməsidir. İsmayıllıda ünvanlı sosial yardım almaq istəyənlər mütləq şəkildə Çingiz müəllimin «qəbulunda» olmalıdır. Mərkəz rəhbəri 2 illik ünvanlı soial yardımın 5 aylığını özünə tələb edir. Onun bu şərtini qəbul etməyənlər süründürməçiliyə məruz qalır və çox vaxt sənədlərində hansısa çatışmazlıq aşkarlanaraq nazirliyin elektron bazasına göndərilir. Sənədləri səhv olan vətəndaşın müraciəti isə nazirliyin elektron bazası tərəfindən 6 aylığa dondurulur. Rayonda onlarla belə vətəndaş var ki, direktorun şərtini qəbul etməyərək bir müddətlik ünvanlı sosial yardımdan məhrum olublar. Çingiz Əliyev və adamlarının ünvanlı sosial yardım siyahısına saldıqları vətəndaşların əksəriyyəti əslində dövlətin bu yardımından qanunsuz istifadə edirlər. Belə ki, ünvanlı sosial yardım alan vətəndaşların bir çoxunun avtomobili, ticarət obyekti və sair gəlirli sahələri var. Amma direktor nəyinsə qarşılığında onları ünvanlı sosial yardım siyahısına daxil edib». İddialara görə, Çingiz Əliyev qeyri-qanuni yollarla özünə yaxın adamlara ünvanlı sosial yardım düzəldib. Məlumatda həmçinin bildirilir ki, kim ünvanlı sosial yardım siyahısına tez düşmək istəyirsə, o zaman direktora 700 dəfə «sağ ol» deməlidir: «Ümumiyyətlə, Çingiz Əliyevin rəhbərlik etdiyi mərkəzdə sənədlərin qəbulu və onlara baxılması üzrə qanunvericiliyin tələblərinə əməl edilmir. Ailələrin ümumi gəlirinin hesablanması zamanı nöqsanlara yol verilir, bəzi hallarda ailə tərkibində dəyişikliklər nəzərə alınmadan və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması tam araşdırılmadan təyinat aparılır». Bütün bunlar Səlim Müslümovun İsmayılı ƏSMM-dəki adamının işinə məsuliyyətlə yanaşmadığını göstərir. Odur ki, mərkəz direktorunun barəsində müvafiq ölçü götürməlidir.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda sosial yardımın alınması asanlaşdırılır

    Azərbaycanda sosial yardımın alınması ...

    28-08-2015, 14:33

  • 
  • Azərbaycanda ünvanlı sosial yardımların verilməsində yeniliklər olacaq

    Azərbaycanda ünvanlı sosial yardımların ...

    6-11-2013, 12:51

  • 
  • Səlim Müslümov görünməmiş addım atdı - nazir saxtakarları üzə çıxartdı

    Səlim Müslümov görünməmiş addım atdı - nazir ...

    28-11-2013, 10:02

  • 
  • Səlim Müslümovun yaratdıtı «ünvanlı sosial yardım» burulğanı

    Səlim Müslümovun yaratdıtı «ünvanlı sosial ...

    20-01-2014, 13:39

  • 
  • Səlim Müslümovdan xəbərdarlıq

    Səlim Müslümovdan xəbərdarlıq ...

    6-11-2013, 13:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu