GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Səlim Müslümovun yaratdıtı «ünvanlı sosial yardım» burulğanı

Səlim Müslümovun yaratdıtı «ünvanlı sosial yardım» burulğanı

Tarix: 20-01-2014, 13:39 Bölmə :Ölkə Baxış: 963
Səlim Müslümovun yaratdıtı «ünvanlı sosial yardım» burulğanı
Bütün məhdudiyyətlər və bürokratik əngəllər yoxsulların əleyhinə işləyir

Ünvanlı sosial yardım proqramı tətbiq ediləndən bəri bu sahədə neqativ hallar, süründürməçilik olub və bu gün də davam edir. Nə sosial müdafiə mərkəzləri rəhbərlərinin həbsi, nə də yardım siyahısının internetdə yerləşdirilməsi vəziyyəti kəskin dəyişməyib. Problem nədədir və onu necə aradan qaldırmaq olar? Bu yazıda həmin suala cavab axtaracağıq.

Ünvanlı sosial yardım kimə və nə qədər təyin edilməlidir?

İlk növbədə nəzərə alınmalıdır ki, yardım bir ev təsərrüfatında olan ailə üzvlərinə birgə təyin edilir. Həmin təsərrüfatda bir neçə ailə də yaşaya bilər və onların hamısı bir ailə hesab olunur. Ailənin 18 yaşdan yuxarı olan üzvləri həmin yardımı özləri ayrıca da olaraq ala, yaxud onu üzvlərdən birinə etibar edə bilər. Ailəni təmsil edən şəxs ailənin yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan üzvləri arasından könüllü seçilir. Bu barədə ailə üzvlərinin notariat orqanı və ya icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş ərizəsi təqdim olunmalıdır.

Ölkədə yaşayan və müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək qabiliyyətli üzvünün işsiz kimi qeydə alınması, vəfat etməsi və ya itkin düşməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) aztəminatlı ailələr sosial yardım almaq hüququna malikdirlər.

Yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində təyin edilir.

Məsələn, bir ailədə 5 nəfər varsa və ailə üzvlərinin orta aylıq gəliri 327 manat təşkil edirsə, bu ailə 173 manat məbləğində yardım ala bilər. Çünki, ehtiyac meyarı adambaşına 100 manat olduğundan, bu, 5 nəfər üçün 500 manat təşkil edir və aylıq gəlirlə aylıq ehtiyac meyarı arasında 173 manatlıq fərq yaranır. Eyni qaydada hesablama ilə üzvlərinin toplam aylıq gəliri 254 manat olan 8 nəfərlik ailəyə 546 manat yardım düşür.

Yardım almaq üçün hara və necə müraciət olunmalıdır ?

Sosial yardımın alınması üçün ailəni təmsil edən şəxs yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə (ƏSMM) xüsusi ərizə forması, “Ailənin gəlir və əmlakı haqqında bəyannamə” və “Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılması məqsədi ilə uyğun vasitələrin müəyyən edilməsi üçün sorğu anketi” ilə müraciət edir.

Ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti və ailə tərkibi haqqında yaşayış yerindən arayışla birlikdə zəruri hallarda nigah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamələrin surəti, iş yerindən gəlir, ailə üzvlərinin aldıqları bütün növ pensiya, müavinət və təqaüdlərin məbləği haqqında aidiyyəti orqanların arayışları və digər sənədlər təqdim edilməlidir. Sosial yardım almaqdan ötrü müraciətə komissiya tərəfindən 10 (bəzi hallarda 20) gün müddətində baxılır, yardımın təyin edilməsi və ya ondan imtina olunması barədə qərar çıxarılır.

Bildiriş ona görə verilmir ki…

Ailəni təmsil edən şəxsə, sosial yardım təyin edilməsi üçün tələb olunan bütün sənədlərin təqdim edilməsi barədə ƏSMM-in səlahiyyətli şəxsi tərəfindən bildiriş verilməlidir. Amma praktikada çox zaman bu sənəd verilmir.

Yardımın aylarla, hətta illərlə təyin edilməməsi, sənədlərin it-bata düşməsi, qanunsuz olaraq dövlət yardımının məhrum edildiyini iddia edənlərə “bizə müraciət etməmisən” cavabı verilməsi məhz həmin bildirişin alınmamasından başlayır. Bu sənədi almayan vətəndaş heç cür sübut edə bilmir ki, ünvanlı yardım üçün sənədləri ƏSMM-ə verib. Bildirişdə sənədlərin kim tərəfindən və nə vaxt qəbul edilməyi göstərilir. Əlində belə bir sənəd olan vətəndaş müraciətinə qanunla müəyyən olunmuş vaxtda baxılmasını, əgər baxılmayıbsa gecikdirilmiş müddət üçün də yardım hesablanmasını tələb edə bilər.

Onu da qeyd edək ki, qanunvericilikdə sosial yardımın təyin edilməsindən imtina edilməsi barədə komissiyanın qərarı çıxarıldığı vaxtdan 3 gündən gec olmayaraq ailəni təmsil edən şəxsə verilməlidir. Vətəndaş vaxtında belə bir qərarı almadığından ailəsinə sosial yardımın təyin eiləcəyinə ümid bəsləyir və get-gəldə olur.

Bir qayda olaraq ƏSMM-lər xüsusi ərizə formasında sənədlərin qəbul edilmə tarixini ünvanlı sosial yardımın təyin edilməsi və ya ondan imtina olunması barədə qərar qəbul ediləndən sonra bu qərarın qəbul edildiyi tarixə uyğunlaşdırmaqla yazırlar. Qalan sənədlər isə “havada” qalır.

Yardımın təyini “inkşaf statistikası”na uyğunlaşdırılır

Bir qədər əvvəl qeyd etdiyimiz kimi, o ailələr aztəminatlı hesab olunur ki, adambaşına düşən gəlir ehtiyac meyarından azdır. Ehtiyac meyarından az gəlir əldə edənlər yoxsul hesab olunur. Rəsmi məluatlara görə isə ölkə əhalisinin cəmi 5 %-i yoxsuldur. Deməli, daha çox ailəyə ünvanlı sosial yardımın təyin edilməsi ölkədə yoxsulluqla bağlı statistik göstəricini yüksəldə bilər. ƏSMM-lərdə müraciətlərə baxılması ilə əlaqədar süründürməçiliyin bir səbəbi də elə bu statistik həddi gözləməkdir. Bundan sonra isə büdcədən ayrılan vəsaitin yoxsul ailələr arasında elə şəkildə bölüşdürülməsini gözləmək gəlir ki, əlavə vəsaitə ehtiyac yaranmasın. Hər şey qabaqcadan, amma reallıqdan çox uzaq olaraq hesablanır- indi gəl hamını razı sala bil!

ƏSMM-lər üçün hər ayın “kvota”sı var- ayrılan vəsaitdən artıq yardım təyin edilə bilməz. Buna görə müraciətlər “qara siyahı”da qeydə alınır. Bəzən vətəndaşa növbədəki sıra sayı və onun işinə baxılacaq vaxt açıqca deyilir. Amma növbədəki ardıcıllıq nəinki hər ay, hətta hər gün dəyişə bilər. Axı məqsədinə başqa yolla çatanlar da var – ƏSMM-lər onların işinə növbədənkənar baxmaqda maraqlı olur. Bəzi aqressiv şikayətçilər də “sakitləşdirilməlidir”.

Təbii ki, bu yazılmamış qayda ilə hamı razı salına bilməz. ƏSMM-lər iki seçimdən birini etməlidir: vətəndaşı ya razı salmalıdır, ya da get-gələ…

Müraciətləri azaltmaq üçün əngəllər

Əyalətdə yaşayanların yardım almağına əsas “baryer” mülkiyyətlərində torpaq sahəsinin olmağıdır. Əkilib-əkilməməyindən asılı olmayaraq torpağın kateqoriyasına uyğun illik gəlir hesablanır və ortaya çıxan məbləğ ailənin faktiki gəliri ilə ehtiyac meyarı arasındakı fərqi örtür. Buna görə ƏSMM-lər ailənin mülkiyyətində və ya istifadəsində olan torpaq payı və həyətyanı torpaq sahəsi barədə müvafiq sənədlərin surətini tələb edir. Amma kənd yerində yaşayanların torpaqdan və pensiyadan başqa gəlirləri olmadığından, xüsusilə yeni qurulan və ayrıca təsərrüfat subyektinə çevrilən ailələrin pay torpağı az miqdarda olduğundan və ya heç olmadığından, yardım üçün müraciətlərin sayında “boy artımı” müşahidə edilir.

Son illər ƏSMM-lər müraciətlərin sayını azaltmaq üçün torpağa görə məcburi sosial sığorta haqqının ödənilməsinə dair Dövlət Sosial Müdafiə Fondunun idarələrindən arayış gətirmələrini tələb edir. Bundan ötrü isə “Dövlət sosial sığorta şəhadətnaməsi” alınmalıdır. Bu sənəd sığorta haqqı ödəniləndən sonra ən tezi 1 ay müdətinə hazırlanıb verilir. Özü də ƏSMM-lər şərt qoyur ki, adı dövlət aktında olan və yetkinlik yaşa çatanların hər biri bu haqqı ödəməlidir. Belədə yardıma möhtac olan vətəndaş sığorta haqqını ödəmək üçün pul axtarıb-tapmaq məcburiyyətində qalır. İl ərzində yardım növbəsi çatmayanlar növbəti il bir neçə sənədi təzələməli, eyni zamanda, yenidən sığorta haqqı ödəməlidir. Ailənin istifadəsində nəqliyyat vasitəsinin, gəlirinin 50 faizindən çox məbləğdə kredit öhdəliyi olmağı da yardımdan imtina üçün əsasdır. Təbii ki, yoxsul ailələrin bəzilərində icarəyə götürülən nəqliyyat vasitəsi (burada təyyarə ilə mototsiklə fərq qoyulmur) ola bilər. Krediti isə çox zaman yardıma möhtac olan yoxsul adamlar götürür. . Hələ orasını demirik ki, ehtiyac meyarı faktiki ehtiyaca uyğun müəyyənləşdirilməyib.

Əslində həm qanunvericilikdən irəli gələn məhdudiyyətlər, həm də bürokratik əngəllər faktiki yoxsulların əleyhinə işləyir. Üstəlik bu adamlar öz hüquqlarını müdafiə edə biləcək qədər savada və imkana malik deyillər. Yaranmış vəziyyətdən isə yardım almaq hüququ olmayanlar və yardım təyin edənlər istifadə edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsmayıllı ƏSMM-də nələr baş verir? - Ünvanlı sosial yardımı kimlər ala bilər?

    İsmayıllı ƏSMM-də nələr baş verir? - Ünvanlı ...

    18-05-2016, 11:58

  • 
  • ZAQATALADA ÜNVANLI SOSİAL YARDIM 800 MANATA SATILIR

    ZAQATALADA ÜNVANLI SOSİAL YARDIM 800 MANATA ...

    9-02-2016, 16:48

  • 
  • Məmurların kütləvi həbsi gözlənilir

    Məmurların kütləvi həbsi gözlənilir ...

    21-11-2013, 12:36

  • 
  • Azərbaycanda dövlətdən yardım alanların sayı azalıb

    Azərbaycanda dövlətdən yardım alanların sayı ...

    19-07-2013, 14:07

  • 
  • Sosial yardım alan ailələlər yoxlanacaq

    Sosial yardım alan ailələlər yoxlanacaq ...

    5-08-2013, 15:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu