GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Naxçıvandan qaçmış sahibkar: “Vəli Ələsgərov zirzəmidəki işgəncə maşınlarını göstərib dedi ki...”

Naxçıvandan qaçmış sahibkar: “Vəli Ələsgərov zirzəmidəki işgəncə maşınlarını göstərib dedi ki...”

Tarix: 18-05-2016, 18:48 Bölmə :Siyasət Baxış: 0
Naxçıvandan qaçmış sahibkar: “Vəli Ələsgərov zirzəmidəki işgəncə maşınlarını göstərib dedi ki...”

Azərbaycan mətbuatı neçə vaxtdır ki, Eldar Mahmudovun və Akif Çovdarovun başçılıq etdiyi, fəaliyyətinə artıq xitam verilmiş MTN-də formalaşmış mütəşəkkil cinayətkar qruplaşmanın əməllərindən zərər çəkən çoxsaylı sahibkarların, sadə vətəndaşların başlarına gətirilənlər haqda dəhşətli epizodları yayır. Belə görünür ki, hələ bu yazılanlar Mahmudov-Çovdarov bandasının törətdiyi əməllərin cüzi hissəsidir.

Mahmudovun qruplaşması Bakıda zərərsizləşdiriləndən az sonra onun qurduğu qorxu imperiyasının Naxçıvan özəyi də çökdürülüdü. Naxçıvan MTN-in Eldar Mahmudova sadiq rəhbəri Vəli Ələsgərov işdən azad edildi və ev dustağına çevrildi. Bu ilin martında isə onun barəsində rəsmən həbs qətimkan tədbiri seçmişdilər, ancaq təxminən 20 gün sonra V.Ələsgərovu ev dustaqlığına buraxmışdılar.

Lakin vəkilinin keçmiş nazirin hüquqlarının pozulması və qəddar rəftara məruz qalması barədə Bakıda keçirdiyi mətbuat konfransının ardınca onu yenidən təcridxanaya saldılar. Və nədənsə Mahmudov-Çovdarov qruplaşmasının amansız cinayətlərindən bəhs edən mətbuatın diqqəti Vəli Ələsgərovun vaxtilə Naxçıvanda qurduğu dəhşətli sistemin qurbanlarına yox, onun hüquqlarının qorunmasına yönəldi.

Bəs indi hüquqlarının pozulmasından şikayətlənən Vəli Ələsgərov özü nazir işləyəndə heç hüquq tanıyıbmı? Bəlkə o, Naxçıvan MTN-in təcridxanasında “insan haqları mərkəzi” yaradıbmış?

Qeyd etmək lazımdır ki, Vəli Ələsgərovun əməllərindən zərər çəkənləri axtarıb tapmaq elə də asan deyil. O, artıq nazir olmasa da Naxçıvan MTN-də hər cür qeyri-insani rəftara məruz qalanların çoxu hələ də susmağa üstünlük verir. Danışmağa hazır olanlar isə ya onun təqiblərindən xaricə qaçanlar, ya Bakıya sığınanlardır. Bir vaxtlar Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş Məmməd Qurbanov kimi...

Məmməd Qurbanov deyir ki, Naxçıvanda uzun məruz qaldığı təqiblərdən sonra Bakıya qaçmalı olub. 3 ilə yaxındır ki, Bakıda kirayə yaşamağa məcburdur. O, Naxçıvan MTN-in və agentlərinin əlindən ev-eşiyindən didərgin düşüb.

M.Qurbanov danışır ki, Naxçıvanda xeyli müddət işsiz-gücsüz olub. Nəhayət Türkiyə vətəndaşı olan tanışının köməyi ilə xırda biznes qura bilib, Türkiyədən mal gətirib satmağa başlayıb.

“Dolanışığım bir az düzəlmişdi. Ancaq 2006-cı ildən bəri gözümüzü açmağa imkan vermirdilər. Gömrükdə problemlər yaradırdılar, mallarımızı keçirməyə imkan vermirdilər. Hətta iş o yerə çatmışdı ki, məni ruhi xəstəxanaya saldılar. Bir ay orada yatırtdılar, sonradan beynəlxalq təşkilatlardan gəldilər Naxçıvana, məcbur olub buraxdılar”-naxçıvanlı keçmiş sahibkar danışır.

M.Qurbanov xatırlayır ki, 2012-ci ilin dekabrında Türkiyədən mallarını gömrükdə boşaltdılar. Hüquq müdafiəçiləri İlqar Nəsibov və Elman Abbasov orada olub.

Keçmiş sahibkarın danışdıqlarından: “Bir də gördüm ki, kürəkənlərimi gömrüyün anbarında 30-40 nəfər döyür. Bizə qarşı təxribat idi. İlqarla Elmanı da təzyiq olundu. Elmanın əlindən kamerasını almaq istəyirdilər. Yarım saat sonra Naxçıvan DİN əməkdaşları gəldilər. Hamısı əvvəldən qurulmuş bir təxribat idi. Bizi təcridxanaya saldılar. Qışın ortasında bizi lüt soyundurub üstümüzə su tökürdülər, ayaqyoluna getməyə qoymurdular. Bu barədə Sədərək prokuroru Teymur Vəliyevə şikayət etdim. Mənə ittiham vermişdilər ki, gömrük işçisi Namiq Şıxəliyevə yumruq vurmuşam. 4 il mənə, 5 il kürəkənimə verdilər. 4 ay həbs-qətimkan tədbiri seçildi. Sonradan apelyasiyanın qərarı ilə azadlığa buraxıldıq”

M.Qurbanov deyir ki, Naxçıvan MTN-in işi-gücü həmişə sahibkarlara qarşı şantaj, təhdid, təxribat quraşdırmaq olub. “Naxçıvanda MTN qədər qəddar qurum olmayıb.

Bu nazirliyin işi çayxanada insanları güdməkdən, gizli səs yazmaqdan ibarət idi. Vəli və onun kollektivi ancaq bu işlərlə məşğul olub. Mən MTN-in qara siyahısında idim, çünki haqqımı tələb edirdim. Daim izlənmişəm, telefonlarıma qulaq asılıb, ailə üzvlərim izlənib”.

M.Qurbanov deyir ki, dəlixanadan çıxandan sonra bir neçə gün sonra onu MTN çağırıblar. 5 saat saxlayıblar, təzyiq edibllər: “Dedilər ki, İlqar və Məlahət Nəsibovalardan şikayət etməlisən, çünki sən içəridə olanda səndən icazısiz mətbuata məlumat ötürülüb. Bu barədə şikayət ərizəsi yazmağımı tələb etdilər, razılaşmadım. Onda mənə bildirdilər ki, əks təqdirdə sənin ermənilərlə iş birliyində olduğunu deyəcəyik”.

Keçmiş sahibkarın dediyinə görə onun 16 yaşlı qızı Fərizəni hazırlıqdan gələndə boğmaq istəyiblər, öldürməyə cəhd ediblər. M.Qurbanov deyir: “Bu işdə yüz faiz MTN əli var idi. Məni bu cür susdurmaq istəyirdilər. Bu barədə polisə də şikayət etdim, ortaya bir şey çıxmadı. Kürəkənim “Badamlı” zavodunda mühafizəçi işləyəndə MTN əməkdaşları zavoda gedərək rəhbərlikdən onu işdən çıxarmalarını tələb etmişdi...”

Keçmiş sahibkar danışır ki, o, həbsdə olanda şikayətlərini geri götürməsi üçün ailə üzvlərini təhdid edibər. MTN M.Qurbanovun ailəsinə çatdırıb ki, onların çılpaq şəkillərini montaj edib yayacaqlar.

“Bu cür iyrənc üsullarla ailə üzvlərim, yoldaşım, qızım qorxudulub. Evimizə gecə vaxtı işıq salmağa başlayıblar. Ailəm barədə mənfi rəy formalaşdırmaq istəyiblər. Nəticədə ailəm məcbur olub ki, Naxçıvanı tərk etsin. Amma onları aeroporta buraxmayıblar. Qızım Zakir Qaralova müraciət edib. Yalnız bundan sonra ailəmi Naxçıvandan çıxmağa icazə veriblər. Bizim guya əxlaqsız ailə olmağımız haqda şaiyələr yaydırıblar, şərəf ləyaqətimizi alçaldıblar. Bunun da başında Vəli Əsgərov dayanıb. Bunlar hər cür şərəfsizliyə imza atmış insandır. Vəli bütün fəaliyyətini sadə vətəndaşları ləkələməyə sərf edib, bu dövlətə xidmət deyil axı. Ona qarşı irəli sürülən ittihamlar çox yüngüldür, bunlar Vəlinin elədiklərinin yanında heç nədir”-M.Qurbanov deyir.

Həmsöhətimiz deyir ki, kürəkəni Toğrul Abbasovu MTN-ə aparıb zirzəmiyə salıblar. Zirzəmidəki işgəncə maşınlarını ona göstərərək Məmməd Qurbanovun qızını boşamağı tələb ediblər, psixoloji təzyiq ediblər, qorxudublar: “Vəli özü Naxçıvanda cavan uşaqları çağırıb deyirmiş ki, gedin Məmmədin qızına sataşın. Həmin gənclərin üçü bu barədə bizə özləri dedilər. Onların adını çəkmək istəmirəm. Dedilər ki, başqa adamların əli ilə sizə xətər toxunduracaqlar, ehtiyatlı olun. Vəlinin indi həbsdə yatması azdı, onun yerinə başqası olsaydı özünü asardı”.

Keçmiş sahibkar deyir ki, Naxçıvanın sadə vətəndaşları arasında Vəli xofu hökm sürürdü, hamı qorxu içində idi. Elə bu cür hədə-qorxuların nəticəsi olaraq çoxları ata-baba yurdundan didərgin düşüb.

“Orada bizə yaşamağa imkan vermədilər. Daha bizneslə də məşğul ola bilmirəm, əlim – ayağım hər şeydən soyuyub. Azərbaycandan getmək istəyirəm”-Məmməd Qurbanov söhbətini yekunlaşdırır.

Virtualaz.org Vəli Ələsgərovun başqa qurbanlarına da müraciət edir ki, saytımız vasitəsilə başlarına gələnləri danışsınlar, indi “hüquqlarının pozulmasından” şikayətlənən keçmiş nazirin əməlləri barədə faktları açqıqlasınlar. Bunu Vəli Ələsgərov və Eldar Mahmudov vəzifədə olanda edə bilməyiblər, heç olmasa indi etsinlər...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Baş prokuror Naxçıvan MTN-in keçmiş rəhbərini şəxsən döyüb

    Baş prokuror Naxçıvan MTN-in keçmiş rəhbərini ...

    3-06-2016, 16:11

  • 
  • Sabiq naziri yenidən istintaqa aparıb döydülər

    Sabiq naziri yenidən istintaqa aparıb döydülər ...

    29-04-2016, 17:27

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Naxçıvan MTN-in rəhbərinin həbsin əsl səbəbi...

    Naxçıvan MTN-in rəhbərinin həbsin əsl səbəbi... ...

    2-05-2016, 12:31

  • 
  • Keçmiş nazir yoxa çıxıb - Naxçıvanda

    Keçmiş nazir yoxa çıxıb - Naxçıvanda ...

    22-01-2016, 16:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu