«Muzdlu işçisi olmayan fiziki şəxslər və torpaq sahiblərinin hesabat verməkdən azad edilməsi istiqamətində iş gedir».
APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. «Hazırda birinci addım atılıb. Əgər əvvəllər fiziki şəxslər və hüquqi şəxslər ödədikləri sosial sığorta haqlarına görə ayrıca hesabat, fərdi uçota görə ayrı hesabat verirdilərsə, artıq bu hesabatlar birləşdirilib. Vahid formada 3 aydan bir təqdim edilir. Növbəti addım isə muzdlu işçisi olmayan fiziki şəxslərin və torpaq sahiblərinin ödədikləri vəsaitə görə hesabatdan azad edilməsidir. Hazırda bununla bağlı iş gedir. Yaxın zamanlarda muzdlu işçisi olmayan fiziki şəxslər və torpaq sahibləri hesabat təqdim etməyəcək», - deyə nazir qeyd edib.
Bu il Azərbaycanda istifadəsiz torpaqlara görə cərimələr isə kəskin artırılıb
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?