GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » General Zahid Hüseynovun raket bəyanatı Rusiyada rezonans doğurdu

General Zahid Hüseynovun raket bəyanatı Rusiyada rezonans doğurdu

Tarix: 26-05-2016, 16:56 Bölmə :Siyasət Baxış: 0
General Zahid Hüseynovun raket bəyanatı Rusiyada rezonans doğurdu

Azərbaycan silahlı qüvvələrinin raket və artilleriya qoşunlarının komandanı, general-mayor Zahid Hüseynovun bu günlərdə ordunun raket arsenalının gücləndirilməsinə dair verdiyi açıqlamalar Rusiyanın ekspert dairələrində müzakirəyə çıxarılıb. Xəbər verildiyi kimi general Azərbaycan silahlı qüvvələrinin arsenalının 200, 300 və 500 kilometr radiuslu operativ-taktiki raketlərlə gücləndirilməsinə dair tədbirlərin görüldüyünü açıqlayıb. Eyni zamanda general deyib ki, Azərbaycanın silahlanmasında olan atəş sistemləri İrəvana zərbə endirməyə imkan verir. “Ali baş komandan əmr versə biz İrəvana da zərbə endirə bilərik”-general deyib.

Virtualaz.org xəbər verir ki, Azərbaycanın raket arsenalına dair generalın açıqlamaları nədənsə Rusiyada müzakirəyə çıxarılıb. “Svobodnaya pressa” portalı bu bəyanatı şərh edərək bildirir ki, rəsmi məlumatlara görə Azərbaycanın quru qoşunlarının silahlanmasında “Toçka-U” taktiki raket kompleksləri var. Bu raketlərin zərbə məsafəsi 70 kilometrdir, ancaq raket idarəolunan deyil və inersial yönləndirmə sisteminə malikdir. Bu səbəbdən dəqiqliyi aşağıdır.

General Zahid Hüseynovun raket bəyanatı Rusiyada rezonans doğurdu

Zahid Hüseynov

Habelə açıq mənbələrdə yer alan məlumatlara əsasən Azərbaycan İsraildən yüksək dəqiqlikli İMİ Extra taktiki raketlərini alıb, bu raketlər Lynx reaktiv yaylım atəşi sistemlərinin modulundan buraxılır. Maksimal uçuş məsafəsi 150 kilometrdir. Əgər Azərbaycan daha uzaq mənzilli raketlər alsa qüvvələr balansı necə dəyişəcək?

Strateji konyunktura Mərkəzinin direktoru İvan Konovalovun fikrincə Azərbaycanın raket arsenalına dair bir çox məqamlar qaranlıqdır. “Rəsmi məlumatlara görə Azərbaycanın silahlanmasında 12 “Toçka” taktiki raket kompleksi var, ancaq İsraildən Hava Hücumundan Müdafiə sistemləri ilə yanaşı EXTRA taktiki raketlərinin də alındığı haqda məlumatlar olub. Habelə Pakistan istehsalı olan orta mənzilli “Hatf-4” raketlərinin alındığı haqda məlumatlar var”-ekspert deyib.

General Zahid Hüseynovun raket bəyanatı Rusiyada rezonans doğurdu

Konovalov qeyd edir ki, operativ-taktiki raketlər düşmən ərazilərinin dərinliklərində yerləşən hədəfləri vurmaq üçün istifadə olunur. Ona görə də potensial hərbi əməliyyatlar zamanı tərəflərin belə raketlərdən istifadəsi münaqişəni dərhal başqa mərhələyə keçirəcək.

Rusiyanın hərbi-sənaye Komissiyasının Ekspert Şurasının üzvü, “Vətən arsenalı” hərbi jurnalının redaktoru Viktor Muraxovski isə hesab edir ki, Azərbaycan nisbətən aşağı qiymətə Şimali Koreyadan operativ-taktiki raketlər ala bilər. “Şimali Koreya onları Yəmənə, İrana, Səudiyyə Ərəbistanına satıb. Bu raketlər köhnə texnologiyaya əsaslansa da işə yarayır, bir neçə yüz kilometr uçur. Ona görə Azərbaycan da onları əldə edə bilər”-Muraxovski təxmin edib.

General Zahid Hüseynovun raket bəyanatı Rusiyada rezonans doğurdu

Ekspertə görə operativ-taktiki raketlərdən dərinliklərdə yerləşən aerodromlara, silah anbarlarına zərbə endirmək olar.

“Azərbaycan rahat şəkildə belə raketləri Çindən, Pakistandan, NATO ölkələrindən, məsələn, Türkiyədən ala bilər”-bunu isə Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin keçmiş rəisi, general-polkovnik Leonid İvaşov deyib.

Ancaq İvaşova görə operativ-taktiki raketlərin tətbiqi elə də sadə deyil. Əgər həmin raketlər Ermənistan ərazisini hədəf alsa Rusiya öz müttəfiqini qorumaq üçün tədbirlər görəcək. Generalın fikrincə, Azərbaycan operativ-taktiki raketlər alsa Rusiya Ermənistana “İsgəndər-M” raketlərini vermək barədə düşünməlidir. (Qeyd edək ki, “İsgəndər-M” raketlərinin artıq Ermənistanda yerləşdirildiyinə dair neçə vaxtdır məlumatlar var). “Rusiya mümkün olan hər şeyi etməlidir ki,Qarabağd hərbi əməliyyatlar yenidən başlamasın, ona görə də qüvvələr balansını saxlamalıdır”-İvaşov deyib.

General Zahid Hüseynovun raket bəyanatı Rusiyada rezonans doğurdu

Leonid İvaşov

Hərbi-siyasi analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin də hesab edir ki, Azərbaycan heç bir maneəyə rast gəlmədən operativ-taktiki raketləri ən azı Pakistan, Çin, Türkiyə və İsraildən ala bilər. “Bu, Ermənistana problem yaratmaya bilməz. Çünki raketlərlə zərbə artıq arxa cəbhə obyektlərinə, hərbi hissələrə endiriləcək. Ona görə də Ermənistan Rusiyadan “İsgəndər-M” raketlərini istəyə bilər”-ekspert deyib.

Xramçixinə görə Ermənistanın silahlanmasında yer alan S-300 PS zenit-raket kompleksləri ballistik raketləri vura bilər. Ancaq məsələ ondadır ki, Azərbaycan məhz hansı tip operativ-taktiki raketləri alacaq. “Mən əminəm ki, Qarabağda böyük müharibə qaçılmazdır-bu məsələ başqa heç cür həll edilə bilməz. Böyük müharibədə isə raketlər faydalı vasitədir, xüsusən də indiki halda operativ-taktiki raketlər bu münaqişənin xüsusiyyətləri nəzərə alınmaqla strateji silah hesab edilməlidir”-ekspert bildirib.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Mixail Xodarenokun fikrincə isə Azərbaaycan 500 kilometrdən böyük radiusa malik operativ-taktiki raketlər də ala bilər. “500 kilometr orta və kiçik mənzilli raketlərin məhv edilməsinə dair Rusiya ilə ABŞ arasında bağlanmış müqavilədə göstərilən məhdudiyyətdir. Azərbaycanın üzərində belə öhdəlik yoxdur. Ona görə də Azərbaycan 2 min kilometr radiuslu raketlər də ala bilər. Elə İranın özündən. Başqa məsələdir ki, qəlpəli-fuqas başlıqlı raketlərlə zərbə o zaman effekiv olur ki, raketlər yüksək dəqiqliyə malik olsun. Bu zaman onlardan aerodromlara, komanda məntəqələrnə, rabitə qovşaqlarına, iri anbarlara və s. zərbə endirmək olar. Bu isə o deməkdir ki, belə raketlər alanda zərbə endiriləcək obyektlərin yerini dəqiq müəyyən etmək üçün müvafiq kəşfiyyat vasitələri də əldə etmək lazımdır”.

Polkovnik Xodarenko hesab edir ki, operativ-taktiki raketlər ucuz olmadığından Azərbaycan 1 briqadanın təchzatına bəs edən qədər kompleks alacaq, bu isə 12-18 buraxılış modulu deməkdir. “Operativ-taktiki raketlərlə zərbə güclü mənəvi-siyasi təsirə malik ola bilər, lakin hərbi nöqteyi-nəzərdən qəlpəli-fuqas başlıqlı məhdud sayda raketlə hücumlar döyüş əməliyyatlarının gedişində dönüş yaratmayacaq”.

Qeyd edək ki, operativ-taktiki raketlərlə hədələyən tərəf məhz Ermənistandır və Azərbaycanın 500 kilometrə qədər uçuş məsafəli raketlər almaq planları məhz bu hədələrə cavab kimi qiymətləndirilə bilər. Çünki Ermənistan arsenalında yer alan “Skad” (250-300 kilometr radiuslu) operativ-taktiki raketlərinə eyhamla dəfələrlə Azərbaycanın şəhərlərinə, yaxud Mingəçevir su anbarına və neft obyektlərinə zərbə endirə biləcəyinə dair hədələrlə çıxış edib. Prezident Serj Sərkisyan isə demişdi ki, Ermənistan ordusunun sərəncamında olan silahlar Azərbaycanın istənilən abad şəhərini Ağdam xarabalıqlarına çevirə bilər.

Lakin Ermənistanın köhnəlmiş “Skad” raketlərinə arxalanıb bu cür bəyanatlar verməsi boşboğazlıqdan başqa heç nə deyil. Çünki Azərbaycanın İsraildən aldığı raket əleyhinə sistemlər heç bir çətinlik çəkmədən sovet ordusundan qalma bu raketləri zərərsizləşdirə bilər. Üstəlik Azərbaycan ordusu həmin raketləri elə start meydançasındaca məhv etməyə qadirdir.

Bununla belə Rusiyanın Ermənistana gizlicə “İsgəndər-M” operativ-taktiki raketlərini verdiyi haqda çoxdandır məlumatlar dolaşır. Bu raketlər radara yaxalanmır, mürəkkəb hərəkət trayektoriyasına görə onu vurmaq çətindir. Deməli Azərbaycan Ermənistana “İsgəndər-M” raketlərinin ötürüldüyü ehtimalını hesaba almaqla preventiv tədbirlər görməli və öz raket arsenalını gücləndirməlidir. General Zahid Hüseynovun açıqladığı plan da məhz buna hesablanmışdı. Yəni Ermənistan hesab edirsə ki, onun Azərbaycanın istənilən şəhərinə raket zərbəsi endirmək potensialı var, o zaman Azərbaycan niyə Ermənistanın istənilən nöqtəsini vurmaq potensialı əldə etməsin?

Əslində Azərbaycan 500 kilometrlik raketlər olmadan da İrəvana yüksək dəqiqlikli zərbələr endirə bilər. Naxçıvan əlahiddə ümumqoşun ordusunun arsenalı buna tamamilə imkan verir. Ancaq Azərbaycanın ona da imkanı çatır ki, 500 kilometrlik və hədəfi yüksək dəqiqliklə vura bilən operativ-taktiki raketlərlə də silahlansın. Bu silah təkcə potensial döyüş əməliyyatlarında tətbiq etmək üçün deyil, eyni zamanda çəkindirici element kimi vacibdir.

F.Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ​Rusiya ordusundan “İsgəndər”ləri çıxarır

    ​Rusiya ordusundan “İsgəndər”ləri çıxarır ...

    18-11-2017, 12:56

  • 
  • Cəbhə bölgəsində Raket və Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışı olub - FOTOLAR

    Cəbhə bölgəsində Raket və Artilleriya ...

    19-06-2018, 20:03

  • 
  • Komandan: Azərbaycan düşmən pilotsuzlarını “Buk” ilə vurur

    Komandan: Azərbaycan düşmən pilotsuzlarını “Buk” ...

    7-09-2015, 17:38

  • 
  • Vətən müharibəsində Raket və Artilleriya Qoşunlarının 184 hərbçisi şəhid olub

    Vətən müharibəsində Raket və Artilleriya ...

    9-02-2021, 11:48

  • 
  • Prezident Raket Qoşunlarının hərbi hissəsinin açılışını etdi

    Prezident Raket Qoşunlarının hərbi hissəsinin ...

    11-06-2018, 11:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu