GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycanda siyasi partiyaların ləğvinə hazırlıq başlayıb

Azərbaycanda siyasi partiyaların ləğvinə hazırlıq başlayıb

Tarix: 27-05-2016, 16:06 Bölmə :Siyasət Baxış: 0
Azərbaycanda siyasi partiyaların ləğvinə hazırlıq başlayıb

“Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər hazırlanıb və baxılması üçün beynəlxalq təşkilatlara verilib. Baxıldıqdan sonra dəyişikliklərlə bağlı təkliflər Milli Məclisə təqdim ediləcək.

Bu barədə YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov açıqlama verib. S.Novruzov bildirib ki, dəyişiklik iki məsələ ilə bağlıdır: “Bu məsələlərdən biri siyasi partiyaların maliyyə hesabatları, digəri isə partiyaların fəaliyyəti ilə bağlıdır. Dövlətdən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar ildə bir dəfə Mərkəzi Seçki Komissiyasına hesabat təqdim etməlidirlər. Bu hesabatlar MSK-nın internet səhifəsində yerləşdirilir. Həm siyasi partiyaların üzvləri, həm də ictimaiyyət bu hesabatlardan siyasi partiyaların maliyyəsinin mənbəyi, eyni zamanda, maliyyənin xərclənməsi ilə bağlı məlumat əldə edirlər”.

Azərbaycanda siyasi partiyaların ləğvinə hazırlıq başlayıb

S.Novruzov deyib ki, təəssüflər olsun ki, siyasi partiyaların hamısı bu hesabatı təqdim etmirlər: “Hesabat verən partiyaların bəzilərinin məlumatlarında isə maliyyənin sıfıra bərabər olduğu göstərilir. Amma həmin partiyaların qərargahlarında onlarla insan çalışır, avtomobilləri, cangüdənləri var. Bu baxımdan da qanuna əlavə təklif edilir ki, maliyyə hesabatı verməyən siyasi partiyalar ilə bağlı qanuni tədbirlər görülsün”.

S.Novruzov əlavə edib ki, qanuna təklif edilən digər dəyişiklik siyasi partiyaların fəaliyyəti ilə bağlıdır: “Bir sıra siyasi partiyalar yaranmalarına baxmayaraq fəaliyyət göstərmirlər. Belə hallar da var ki, bu partiyalar bir sıra imkanlı adamların alqı-satqısına çevrilir, yəni partiyanı siyasi təşkilat kimi istifadə etmirlər. Dünyanın hər yerində 2 il fəaliyyət göstərməyən partiyanın qeydiyyatı ləğv olunur. Biz də bununla bağlı qanuna dəyişiklik hazırlamışıq”.

“Siyasi partiyalar haqqında” Qanuna S.Novruzovun anons etdiyi əlavə və dəyişikliklərə müxalifət partiyaları münasibət bildirilib.

ADP sədri Sərdar Cəlaloğlu heç bir fəaliyyəti olmayan partiyaların ləğvinin tərəfdarı olduğunu bildirdi: “Azərbaycanda adı mövcud olub fəaliyyət göstərməyən partiyalar ləğv olunmalıdır. Azərbaycanda qeydiyyatdan keçmiş 55 partiya var. Əgər bu partiyaların yarıdan çoxu Azərbaycanın heç bir problemi ilə bağlı heç bir mövqe bildirmirsə, heç bir fəaliyyətləri yoxdursa, bəziləri isə yalnız seçkilərdə hakimiyyətin həyata keçirdiyi seçki saxtakarlığında bir dekor kimi iştirak edirsə, bu cür partiyaların mövcudluğuna ehtiyac yoxdur, qeydiyyatları ləğv olunmalıdır. Adı olub özü olmayan, ictimai şüurun formalaşmasında iştirakı olmayan partiyaların ləğv olunmasının tərəfdarıyam.

Azərbaycanda siyasi partiyaların ləğvinə hazırlıq başlayıb

Maliyyə hesabatları məsələsinə gəlincə, hökumətin dövlət büdcəsindən maliyyələşən partiyaların maliyyənin xərclənməsinin hesabatını tələb etməsinə, hesabatı verməyənləri cəzalandırmasına daha çox mənəvi haqqı var. Dövlət büdcəsindən maliyyələşməyən partiyalardan maliyyə hesabatı tələb etmək və hesabat verməyən partiyanı cəzalandırmaq düzgün və məntiqli deyil. Bu, yalnız partiyaya siyasi təzyiq üçün bəhanədir. Məqsəd müxalifət partiyalarını müxtəlif bəhanələrlə sıxışdırmaqdır. Qanuna o cür sərt dəyişiklik edilməsində sağlam niyyət yoxdur. Bu da Azərbaycana yaxşı gələcək vəd eləmir".



VİP sədri Əli Əliyev bildirdi ki, S.Novruzovun açıqlamaları adətən iqtidarın yüksək səviyyəli icra planlarının ifadəsi olur. Bu açıqlaması da iqtidarın partiyaların sırasına “əl gəzdirmək” fikrinə düşdüyünün anonsudur:

Azərbaycanda siyasi partiyaların ləğvinə hazırlıq başlayıb

“Əslində gedişat bunu göstərir. Siyasi məhbuslara yönəlik siyasətdən aydın görünür ki, pərdəarxası səviyyədə Qərbin ciddi təzyiqi mövcuddur. Bu pressinq hakimiyyəti siyasi islahatlara vadar etmək məqsədi görünür. Jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılmasına nümayiş etdirilən beynəlxalq reaksiya məsələnin hansı səviyyədə kontrol edildiyindən xəbər verir. Olayın Putinin Savçenko ilə bağlı qərarı ilə üst-üstə düşməsi Azərbaycanın Rusiya ilə bərabər durumda olduğunu simvolizə edir. Siyasi məsələlərlə bağlı mövcud belə beynəlxalq konyuktura YAP komandasını siyasi islahatlara bu nöqtədən başlamağı diktə edir. Bu yolla yəqin ki, iqtidar "könlünə yatmayan" siyasi qurumları ortadan qaldırmaq məqsədi güdür. Əslində necə olmalıdır. Siyasi təşkilatların yaşamaq haqqını cəmiyyət seçkilərdə səsvermə yolu il müəyyən etməlidir. Hökumət bu halda notarial funksiya yerinə yetirib. təşkilatların fəaliyyət hüququnu tanımalıdır. Cəmiyyətin dəstəyi olmayan təşkilatlar rəqabət şəraitində maliyyəsizlikdən, dəstək məhrumluğundan sıra dışı ola bilər. Əks halda bu sıraya müdaxilələr siyasi repressiyanın davamı kimi qiymət alacaq".



Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı bildirdi ki, onsuz da hakimiyyət 1995-ci ildə qəbul olunan konstitusiyanı, hətta demokratik görüntü yaradan qanunları bir neçə dəfə referendum keçirməklə və yaxud Milli Məclisdə dəyişikliklər edərək daha da mürtəceləşdirib və bu proses davam edir.

Azərbaycanda siyasi partiyaların ləğvinə hazırlıq başlayıb

Siyavuş Novruzovun anons etdiyi dəyişikliklər müxalif partiyaları daha da sıxışdırıb sıradan çıxarmağa hesablanıb: “İndiyə kimi də partiyaların normal fəaliyyət göstərməsi üçün heç bir şərait yaradılmayıb. Müsavat Partiyasının rayon təşkilatlarının qərargahı yoxdur, demək olar ki, qeyri-leqal şəraitdə fəaliyyət göstərirlər. Ancaq buna baxmayaraq Müsavat Partiyası dövlət büdcəsindən maliyyələşməsə də üzvlərinin üzvlük haqqı və ianələrin hesabına fəaliyyət göstərir. Tam şəffaf olaraq illik maliyyə hesabatını da vaxtlı-vaxtında verir. Partiya bəlkə də ölkədə yeganə siyasi təşkilatdı ki, hər həftə Divan iclası, Sədrlər Şurasının, MNTK-nın və rayon təşkilatlarının Şura iclasları keçirilir. 3 aydan bir Məclis çağırılır. Əslində Siyavuş Novruzovun anonsunu verdiyi məsələ az-çox fəaliyyət göstərən partiyaları da bəhanələrlə sıradan çıxarmaq və ölkədə təkpartiyalılığı rəsmiləşdirməkdir”.

AMİP katibi Əli Orucov isə bildirdi ki, qanuna o cür dəyişikliklər onsuz da böhran içərisində olan çoxpartiyalı sistemi tam sıradan çıxaracaq: “Maliyyə hesabatı dövlət büdcəsindən maliyyələşən partiyalardan sorulmalıdır. Dövlət büdcəsindən maliyyələşən partiyaların bir çoxunun ümumiyyətlə fəaliyyəti yoxdur. Ancaq hər halda hakimiyyət qanuna sərt əlavələri onlara yox, məhz real müxalifət partiyalarına tətbiq etməyə çalışacaq. Bu bir təhlükə sayıla bilər. Onsuz da Azərbaycanda partiyalaşma və partiyalı idarəetmə sistemi çökdürülüb.

Azərbaycanda siyasi partiyaların ləğvinə hazırlıq başlayıb

Partiyaların fəaliyyət göstərməsi üçün öncə meydan, münbit şərait yaradılmalıdır. Bundan sonra təbii yolla fəaliyyəti olmayan partiyalar əl-ayağa dolaşmayacaqlar və siyasi mübarizə də tam demokratik sağlam rəqabət şəklində gedəcək".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda bəzi siyasi partiyalar LƏĞV OLUNACAQ

    Azərbaycanda bəzi siyasi partiyalar LƏĞV OLUNACAQ ...

    3-02-2016, 12:37

  • 
  • Bəzi siyasi partiyaların fəaliyyəti qadağan olunacaq- Şərt

    Bəzi siyasi partiyaların fəaliyyəti qadağan ...

    9-12-2013, 17:31

  • 
  • MSK-ya boş maliyyə hesabatı təqdim edən partiyaların adları açıqlandı - SİYAHI

    MSK-ya boş maliyyə hesabatı təqdim edən ...

    2-04-2020, 15:07

  • 
  • Bu gün 22 aprel 2016-cı il Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında “Azadlıq” Partiyaların Siyasi Əməkdaşlıq Mərkəzinin növbəti iclası keçirilib.

    Bu gün 22 aprel 2016-cı il Klassik Xalq Cəbhəsi ...

    22-04-2016, 22:20

  • 
  • Payızda Azərbaycanda referendum keçiriləcək? - AÇIQLAMA

    Payızda Azərbaycanda referendum keçiriləcək? - ...

    22-06-2021, 16:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu