GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Repressiya tətbiq edən məmurlara sanksiya tətbiq olunmalıdır”

“Repressiya tətbiq edən məmurlara sanksiya tətbiq olunmalıdır”

Tarix: 3-06-2016, 01:19 Bölmə :Siyasət Baxış: 0
“Repressiya tətbiq edən məmurlara sanksiya tətbiq olunmalıdır”

OCCRP Azərbaycandakı repressiyalar, jurnalist və bloggerlərin saxta ittihamlarla həbsi barədə material yayımlayıb

“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatları Layihəsi”nin saytında Azərbaycandakı siyasi məhbuslar, o cümlədən həbsdəki jurnalist və bloggerlərdən bəhs edən geniş material yayımlanıb. “Azərbaycanda Xədicə Ismayılova azadlığa buraxılandan sonra da jurnalistlər, bloggerlər, çoxsaylı fərqli fikirli adamlar həbsdə saxlanılır” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:

***

Azərbaycanda jurnalist Xədicə Ismayılova 537 günlük həbsdən sonra azadlığa buraxılıb, dünya mediasının suallarını cavablandırdığı gün başqa iki nəfər azərbaycanlı blogger və fotojurnalist həbs olundu. Ən azı, daha dörd jurnalist, foto-müxbir, beş blogger və ümumilikdə 70-dən artıq siyasi məhbus həbsdə saxlanılmaqda davam edir. Həbsdə saxlanılan jurnalistlər arasında Azərbaycanda yeganə müstəqil qəzet olan “Azadlıq”ın əməkdaşı Seymur Həzi də var. O, Xədicə Ismayılovadan bir neçə ay əvvəl – 2014-cü ilin avqustunda həbs olunmuşdu.

“Bir nəfəri buraxıb, əvəzində ikisini tuturlar”

Seymur Həzi xuliqanlıqda ittiham olunur. Bu ittihamdan Azərbaycanda hökuməti tənqid edən jurnalist və bloggerlərin səsinin boğulması üçün əvvəllər də istifadə olunub. O cümlədən Meydan TV-nin rəhbəri, hazırda mühacirətdə olan Emin Millinin həbsində.

Xədicə Ismayılovanın həbsi ABŞ Konqresində Azərbaycan prezidenti də daxil olmaqla, bu ölkədə hökumət üzvlərinə qarşı sanksiyalar, o cümlədən viza qadağası nəzərdə tutan “Demokratiya Aktı-2015″ adlı qanun layihəsinin ortaya çıxmasına səbəb olub. Hüquq müdafiə təşkilatları Azərbaycanda insan haqları sahəsində vəziyyət düzələnə qədər bu aktın qəbulunda israr edirlər.

Bu ölkədə son həbs olunanlar arasında blogger Amid Süleymanov və foto-jurnalist Elnur Muxtarov da var, onlar mayın 25-də saxlanılıb və 10 gün inzibati həbs cəzasına məruz qalıb. Onlardan iki gün sonra gənc fəal, “NIDA” Vətəndaş Hərəkatının üzvü Anar Abdulla həbs olunub.

Xədicə Ismayılova deyir ki, bu, siyasi məhbuslar məsələsində türmə qapılarının fırlanması anlamına gəlir: “Bir nəfəri buraxıb, əvəzində ikisini tuturlar”.

“Həbsdə qalan siyasi məhbusların sayı 70-dən çoxdur”

ABŞ-ın Bakıdakı səfirliyinin diplomatı olmuş, hazırda isə “Insan hüquqları naminə idman!” koalisiyasının koordinatoru Rebekka Vinsent deyir ki, Azərbaycanda hökuməti tənqid etdiyinə görə həbsxanaya salınan jurnalist, blogger və digər fəalların dəqiq sayı məlum deyil: “Bunu eləmək elə də asan məsələ deyil. Çünki Azərbaycanda siyasi məhbus siyahılarını hazırlayan hüquq müdafiəçilərinin özlərini həbs elədilər. Mənim əldə etdiyim məlumata görə, hazırda Azərbaycanda siyasi məhbusların sayı 70-dən artıqdır”.

“Insan hüquqları naminə idman!” beynəlxalq koalisiyası mayın 27-də Xədicə Ismayılovanın 40 yaşı münasibətilə dünyanın bir sıra ölkələrində tədbirlər təşkil etmişdi. Məqsəd isə Azərbaycanda ifadə azadlığı sahəsindəki məhdudiyyətlərə, repressiyalara diqqət çəkmək idi.

“Heykəl məhbusları”

Bu yaxınlarda Azərbaycanda keçmiş prezident Heydər Əliyevin heykəlinin postamentinə şüar yazdıqlarını görə iki gənc fəal həbs olunub. Fəallar keçmiş prezident Heydər Əliyevin ad günündə qeyd edilən Gül bayramı ilə əlaqədar heykəlin postamentinə “Qul bayramınız mübarək!” şüarı yazmışdılar. Azərbaycan dilində “gül” və “qul” sözləri oxşardır. Hökumət hazırkı prezidentin atasının şərəfinə keçirilən “Gül bayramı”na hər il milyonlarla dollar vəsait sərf etdiyinə görə tənqid olunur.

Heykəlin postamentinə şüar yazan gənclər narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olundular. Hökumət iddia edir ki, onların evlərindən iki kiloqram narkotik aşkarlanıb. Lakin fəallar bildirir ki, fəaliyyətlərinə görə narkotiklə şərləniblər.

Hazırda həbsdə olan jurnalistlərdən daha çox tanınanı Seymur Həzi həm də peyk vasitəsilə Türkiyə kanalları vasitəsilə yayımlanan “Azərbaycan saatı” televiziya proqramının müəlliflərindən biridir. Bu proqramın Azərbaycanda, xüsusən bölgələrdə geniş tamaşaçı auditoriyası var.

“Seymur xaricdə çox populyar olmasa da, Azərbaycanda ən tanınmış müxalif jurnalistlərdən biridir. O, illərdir ki, təzyiqlərə məruz qalırdı”, – deyə Vinsent bildirib.

Amerikalı diplomat qeyd edir ki, Bakıda işlədiyi dövrdə etiraz aksiyalarını izləyərkən Seymur Həzinin gənc fəal kimi dəfələrlə saxlanıldığını görüb: “Sonrakı illərdə o, jurnalist kimi də təzyiqlərə məruz qaldı. 2011-ci ildə isə Seymur dörd nəfər maskalı tərəfindən oğurlanaraq, işgəncələrə məruz qalmışdı”.

Azərbaycanda həbsdə daha hansı jurnalist və bloggerlər var?

Həbsdəki jurnalistlərdən biri də əsasən Azərbaycandakı dini həyat və Islam dünyasındakı beynəlxalq hadisələri işıqlandıran “xeber44″ün redaktoru Araz Quliyevdir. O, 2012-ci il sentyabrın 8-də əvvəlcə xuliqanlıq ittihamı ilə həbs olunsa da, son nəticədə qanunsuz silah saxlama, ictimai asayişi pozma, dini və milli ədavətin qızışdırılması, Azərbaycan bayrağının təhqir olunması kimi ittihamlarla məhkum edildi. Araz Quliyevin qardaşı deyir ki, o, hicaba qadağaya etiraz edirdi və görünür, bu da hakimiyyəti qəzəbləndirib.

“Azadxeber” saytının baş redaktoru Nicat Əliyev isə 2012-ci il mayın 20-də narkotik ittihamı ilə həbs olunub. Həmkarları deyir ki, onun həbsinin rəhbərlik etdiyi saytda hökumətin dini siyasətinin tənqid olunması ilə bağlı olduğu ehtimal edilir. Vəkilləri Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutuna bildiriblər ki, o, dəhşətli işgəncələrə məruz qalıb, nəticədə iki dişi sındırılıb, qulağı zədələnib.

“Azadlıq” qəzeti, “moderator.az” və “avropa. info” kimi saytların Gəncə üzrə müxbiri olmuş Ərşad Ibrahimov hədə-qorxu ilə tələb etmə ittihamı ilə 11 il azadlıqdan məhrum edilib. O, Kəlbəcər rayon təhsil şöbəsinin keçmiş rəhbəri Məhəmməd Bağırovun qanunsuz fəaliyyəti haqda materiallar yayımlayırdı. Yaxınlarının fikrincə, onun həbsinin gerçək səbəbi budur.

Azərbaycanda hələ də həbsdə saxlanılan bloggerlər arasında 2013-cü il mayın 17-də həbs olunmuş gənc fəal Ilkin Rüstəmzadə də var. O, kütləvi iğtişaşların təşkili və xuliqanlıq ittihamı ilə 8 il azadlıqdan məhrum edilib. Xədicə Ismayılova azadlığa buraxılandan sonra verdiyi müsahibədə Ilkini “çox cəsarətli blogger” adlandırmışdı. Jurnalistin fikrincə, Ilkin Rüstəmzadənin həbsinin gerçək səbəbi əsgər ölümlərinə etiraz olaraq, keçirilən aksiyaların təşkilində iştirak etməsi olub.

Blogger Əbdül Əbilov 2013-cü ilin noyabrından həbsdədir. O, “facebook”dakı “Yaltaqlara dur deyək!” səhifəsinin admini idi. Əbdül Əbilov narkotik ittihamı ilə 6 il 6 ay azadlıqdan məhrum edilib.

“Ona qarşı irəli sürülmüş ittiham tamamilə saxtadır. Mən onun məhkəməsində iştirak etmişəm və ittihamın necə saxtalaşdırıldığını görmüşəm”, – deyə Xədicə Ismayılova bildirib.

“Facebook”da fəal olan və hökuməti tənqid edən başqa bir blogger Rəşad Ramazanov isə 2013-cü il mayın 9-da həbs olunub.

Müsavat başqanının müavini, blogger Fərəc Kərimli də narkotik ittihamı ilə 2014-cü il iyulun 23-də həbs olunub və 6 il 6 ay azadlıqdan məhrum edilib.

“Ümid var ki, yaxın vaxtlarda Fərəc evində olacaq. Ali Məhkəmə ona qarşı irəli sürülmüş narkotik satışı ittihamını narkotik istifadəsinə tövsif etdi. Bu yaxşıdır. Amma əlbəttə, o, narkoman deyildi və üzərində də heç bir narkotik olmayıb”, – Xədicə Ismayılova əlavə edib.

“Siyasi məhbus problemi ölkədəki ümumi durumun simptomudur”

Rebekka Vinsent deyir ki, Xədicənin həbsdə yox, azadlıqda olması çox yaxşı haldır, amma bu ölkədə insan haqları ilə bağlı görüləsi işlər həddindən artıq çoxdur: “Biz Azərbaycandakı bütün jurnalistlərin, bloggerlərin və digər siyasi məhbusların dərhal, qeyd-şərtsiz azadlığa buraxılması üçün çağırışlar etməliyik. Həmçinin bu ölkədəki sistem probleminin həllinə çalışmalıyıq. Çünki siyasi məhbus problemi bu ölkədə ümumi problemlərin simptomudur. Bu həm də ölkədə qanunun aliliyinin olmamasının göstəricisidir. Eyni zamanda, ölkədəki rejimin bu problemi həll etmək üçün siyasi iradəsinin olmadığını sübut edir”.

Xanım Vinsentin fikrincə, Azərbaycan hökumətinin bu özbaşınalının qarşısının alınması üçün lazımi addımlardan biri bu ölkədə insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan ayrı-ayrı dövlət məmurlarına qarşı sanksiyaların tətbiqidir.

Siyasət şöbəsi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Xədicə İsmayılova da azadlığa çıxır?

    Xədicə İsmayılova da azadlığa çıxır? ...

    28-03-2016, 19:35

  • 
  • Jurnalist Seymur Həzinin səhhəti pisləşib

    Jurnalist Seymur Həzinin səhhəti pisləşib ...

    14-11-2016, 17:48

  • 
  • “Digər siyasi məhbuslar da dərhal azad edilməlidir” – “Freedom House” bəyanat verdi

    “Digər siyasi məhbuslar da dərhal azad ...

    26-05-2016, 22:10

  • 
  • Xədicə İsmayılova şərti məhkumetmənin ləğvini istəyir

    Xədicə İsmayılova şərti məhkumetmənin ləğvini ...

    1-08-2019, 14:50

  • 
  • Jurnalist Seymur Həzi azadlıqda

    Jurnalist Seymur Həzi azadlıqda ...

    30-08-2019, 14:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu