“Azadlıq” qəzetinin əməkdaşı, hazırda həbsdə olan Seymur Həzinin səhhətində ciddi problemlər yaranıb. Bu haqda onun həyat yoldaşı Nigar Həzi bildirib. N.Həzinin sözlərinə görə, bir müddətdir ki, S.Həzinin səhhətində yaranan problemlər daha da artmaga baslayib. Revmatizm ağrıları şiddətlənsə də saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi müalicə tədbirləri görmür. O, hələ də xəstəxanaya yerləşdirilməyib. S.Həzi bildirib ki, onunla bağlı yarana biləcək bütün xoşagəlməz hallara görə penitensiyar xidmət məsuliyyət daşıyır. Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək, Tənqidi yazılarına görə həbs olunduğunu bildirib.
Sorğu
Yeni dizaynımız necədir?