GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Dövlət Statistika Komitəsində BMT-nin Əhali Fondunun regional direktoru ilə görüş keçirilib

Dövlət Statistika Komitəsində BMT-nin Əhali Fondunun regional direktoru ilə görüş keçirilib

Tarix: 9-06-2016, 16:30 Bölmə :Siyasət Baxış: 0
Dövlət Statistika Komitəsində BMT-nin Əhali Fondunun regional direktoru ilə görüş keçirilib

İyunun 8-də Dövlət Statistika Komitəsinin sədri Tahir BudaqovBMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessa ilə görüşüb.

Görüşdə Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondu arasında əməkdaşlıq məsələləri müzakirə olunub.Məqsəd UNFPA və Azərbaycan hökuməti arasında məhsuldar əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri müzakirə etmək, eləcə də Azərbaycanda 2014-cü ildən sonra Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın tövsiyələrinin milli səviyyədə həyata keçirmək və UNFPA-nın müvafiq istiqamətlər üzrə dəstəyini yenidən təsdiq etməkdən ibarətdir.

İki tərəfli görüşdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Əhali Fondunun regional direktoru Karl Kulessanı salamlayıb. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə əldə olunan dayanıqlı inkişafdan danışıb. Demoqrafiya və əhali sakinliyi sahəsində də müsbət göstəricilərin müşahidə olunduğunu deyən Tahir Budaqov ölkədə demoqrafik vəziyyətin və əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, gözlənilən ömür uzunluğunun uzadılmasına və müsbət miqrasiya saldosuna, eləcə də əhali sahəsində digər göstəricilərin müsbət tendensiyasına nail olunduğunu diqqətə çatdırıb. Əhali və demoqrafiya statistikası sahəsində mövcud olan rəsmi statistika hesabatı formalarının daim təkmilləşdirildiyini, gender bölgüsündə yeni göstəricilər əldə edildiyini bildirib.

Qeyd olunub ki, BMT-nin İqtisadi və Sosial Şurasının 2015-ci il 10 iyun tarixli 2015/10 nömrəli Qətnaməsində Əhali və mənzil fondunun siyahıyaalınması üzrə Ümumdünya Proqramının 2020-ci il mərhələsinə uyğun olaraq, üzv ölkələrə 2015-2024-cü ilərdə ən azı bir dəfə siyahıyaalmanın keçirilməsi tövsiyə edilib. Proqramın hazırkı mərhələsi çərçivəsində həyata keçirilən

tədbirlər haqqında məsələ 2016-cı il mart ayında Nyu-York şəhərində keçirilən BMT-nin Statistika Komissiyasının 47-ci sessiyasının gündəliyində də öz əksini tapıb. Demoqrafik inkişafın daha dolğun qiymətləndirilməsi, sosial-iqtisadi inkişafla bağlı proqnoz və strategiyaların hazırlanması məqsədi ilə ölkədə əhalinin beynəlxalq standartlara və milli prioritetlərə əsaslanan növbəti siyahıyaalınmasının keçirilməsi nəzərdə tutulur.

Səmimi görüşə görə məmnunluğunu bildirən BMT-nin Əhali Fondunun regional direktoru Karl Kulessa Azərbaycanda demoqrafiya və əhali sakinliyi sahəsində müsbət meyllərin nəzərə çarpdığını bildirib. Qəbul olunması nəzərdə tutulan yeni Dövlət Proqramının bu sahədə mühüm rol oynayacağını qeyd edib.UNFPA öz fəaliyyətlərində əhəmiyyətli nailiyyətlər əldə etmiş Dövlət Statistika Komitəsini yüksək qiymətləndirir və uzun müddətdir ki, onu beynəlxalq səviyyədə qəbul olunan üsullardan istifadə edərək məlumatların toplanması və təhlilində bacarıqlı və peşəkar tərəfdaş kimi tanıyır.

Bildirilib ki,Dövlət Statistika Komitəsi 2016-2020-ci illərdə ölkə üzrə IV proqramın yerinə yetirilməsi ilə bağlı UNFPA-nın əsas tərəfdaşlarından biridir.UNFPA-nın strateji layihə işlərindən biri də əhali dinamikası üzrə siyasətin inkişafı üçün cins, yaş və regionlar üzrə mövcud və əlverişli məlumatların toplanması, təhlili, yayımlanması və istifadəsi üçün milli institusional bacarıqlarının daha da gücləndirilməsində Azərbaycan Respublikası hökumətinə dəstəkdən ibarətdir. Bu sahədə əsas fəaliyyət istiqamətlərinə məlumatların toplanması, dərin təhlili və tədqiqatı, potensialın artırılması daxildir. Hazırda UNFPA Dövlət Statistika Komitəsi üçün SAS proqram təminatının təqdim olunması üzrə təşəbbüs irəli sürmək niyyətindədir. Əhalinin təbii hərəkəti və miqrasiyasına xüsusi diqqət yetirməklə SAS proqram təminatının tətbiq edilməsinə dair potensialın artırılması üzrə treninqin 2016-cı ilin 11-15 iyul tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulub.

Görüşdə ölkəmizdə keçiriləcək növbəti əhalinin siyahıyaalınması prosesində əvvəlki siyahıyaalınmada nəzərə alınmayan məsələlər və siyahıyaalınmanın sorğu vərəqinin təkmilləşdirilməsinin vacibliyi, beynəlxalq müqayisəliliyin təmin olunması məsələlərinə də toxunulub.Əməkdaşlığın perspektivləri ətrafında məsələlər də müzakirə edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dövlət Statistika Komitəsinin nümayəndəsi Cenevrədə keçirilən iclasa qatılıb

    Dövlət Statistika Komitəsinin nümayəndəsi ...

    1-12-2016, 20:01

  • 
  • ​Erməni deputatlar Bakıda SƏFƏRDƏDİR

    ​Erməni deputatlar Bakıda SƏFƏRDƏDİR ...

    21-09-2017, 22:43

  • 
  • Erməni deputatlar Bakıya gəlir - YENİLƏNİB

    Erməni deputatlar Bakıya gəlir - YENİLƏNİB ...

    30-08-2017, 23:30

  • 
  • Azərbaycan BMT ilə yeni əməkdaşlıq sənədi imzalayıb - YENİLƏNİB

    Azərbaycan BMT ilə yeni əməkdaşlıq sənədi ...

    1-03-2021, 21:59

  • 
  • Oqtay Şirəliyev ÜST-nin Avropa üzrə Regional Komitəsinin sessiyasında çıxış edib

    Oqtay Şirəliyev ÜST-nin Avropa üzrə Regional ...

    14-09-2020, 19:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu