Bu gün ÜST-nin Avropa üzrə Regional Komitəsinin 70-ci sessiyası öz işinə başlayıb. Tədbirdə Azərbaycanı Səhiyyə naziri cənab Oqtay Şirəliyev təmsil edir və ölkənin COVID-a qarşı mübarizə tədbirləri ilə bağlı çıxış edib.
Nazirlikdən verilən məlumata görə, ÜST-nin Ölkə Ofisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan höküməti ilə COVID-19 və səhiyyə ilə bağlı digər mühüm məsələlərdə əməkdaşlıq etməkdən qürur duyur.
Qeyd edək ki, ÜST-nin Avropa üzrə Regional Komitəsi bu il 14-15 sentyabr tarixində virtual olaraq keçirilir və Azərbaycan da daxil olmaqla, Avropadakı ölkələrə COVID-19 pandemiyası kimi qlobal səhiyyə məsələləri ilə bağlı müzakirələr aparmaq üçün imkan yaradır.
Bu Komitədə qəbul olunan qərarlar və siyasətlər, ÜST Avropa regionunda yaşayan 900 milyon insanın sağlamlığına və rifahına təsir göstərə biləcək kollektiv öhdəlik yaradacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?