GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Şuranın 2-ci müsabiqəsinin nəticələri

Şuranın 2-ci müsabiqəsinin nəticələri

Tarix: 9-06-2016, 19:50 Bölmə :Siyasət Baxış: 0
Şuranın 2-ci müsabiqəsinin nəticələri

Layihəsi keçənlər və keçməyənlər nə düşünürlər?

Xəbər verdiyimiz kimi dünən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2016-cı il üçün 2-ci müsabiqənin nəticələrini elan edib.
Qeyd edək ki, 14 mövzunu əhatə edən 2-ci qrant müsabiqəsinə QHT-lər tərəfindən 295 layihə təklifi daxil olub. Şuradan verilən məlumata görə 21-i təşkilatın layihəsi qanuni təmsilçisinin səlahiyyət müddətinin bitməsi, layihə təkliflərinə tələb olunan sənədlərin çatışmamazlıqların olması və digər bu kimi səbəblərə görə seleksiyadan keçməyib. 274 layihə isə Şura tərəfindən ekspertizaya təqdim edilib.
123 layihə keçid balı topladığı üçün maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.
Hər zamankı kimi, müsabiqənin nəticəsində layihəsi dəstək qazanan QHT-lərlə yanaşı, seleksiyadan və müsabiqədən keçməyən QHT-lər də var. Adətən belə hallarda, bəzi QHT-lər təklif etdikləri layihənin topladığı balları qiymətləndirib növbəti müsabiqəyə hazırlaşmaq əvəzinə, müxtəlif üsullarla Şura rəhbərliyinin fəaliyyətinə şantaj, qarayaxma kimi təzyiq metodlarına əl atmaqla, gələcək müsabiqədə layihələrinin keçməsini təmin edəcəklərini düşünürlər.
Buradaca qeyd edək ki, artıq QHT Şurası 2016-cı il 3-ci qrant müsabiqəsini elan etməyə hazırlaşır. Bu əvvəlki qrant müsabiqəsində layihələri keçid balı toplamayan QHT-lərə yeni bir imkan yaratmış olacaq.
Layihələri həm 2016-cı ilin 1-ci qrant müsabiqəsində uğur qazanmayan, həm I dəfədən fərqli olaraq 2-ci müsabiqədə yüksək bal toplayaraq qaliblər siyahısına düşən, həm də hər iki müsabiqədə keçid balı həddini toplamadığından maliyyələşmədən kənarda qalan bir neçə QHT rəhbərindən Şuranın sonuncu qrant müsabiqəsinin nəticələrinə münasibətini öyrəndik.

Azərbaycanda yaşayan Axısxa Türkləri “VƏTƏN” İctimai Birliyinin sədri İbrahim Məmmədov bildirib ki, Şuranın elan etdiyi 2016-cı il 1-ci qrant müsabiqəsinə “Axısxa türklərinin tarixi vətənə dönüşü prosesində maarifləndirmə işinin təşkili” adlı layihə ilə müraciət ediblər: “Birinci müsabiqədə layihəmizin maliyyələşdirilməsindən imtina edildi. Qüsurları aradan qaldırıb layihəmizi təkmilləşdirdikdən sonra Şuranın 2-ci maliyyə yardımı müsabiqəsinə yenidən təqdim etdiyimiz “Axısxa türklərinin tarixi vətənə dönüşü prosesində maarifləndirmə işinin təşkili” adlı layihə dəstəklənib. Göstərilən etimada və obyektivliyə, bütövlükdə Azərbaycanda yaşayan Axısxa türklərinə göstərilən qayğıya görə görə Şura rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri, jurnalsit Seymur Verdizadə bu il Şuranın 1-ci qrant müsabiqəsinə layihə təqdim etdiklərini, lakin, müsabiqədən keçmədiyini deyib: “Bizim layihəmiz 1-ci müsabiqədən keçmədi. O zaman Şura rəhbərliyi tərəfindən yaradılmış Apellyasiya şikayəti imkanından istifadə etmək niyyətində olmadıq. Artıq, 2-ci müsabiqəyə start verildiyi üçün hesab etdik ki, ekspertlərin gəldikləri nəticə ilə razılaşıb vaxt itirmədən, daha təkmil layihə ilə növbəti müsabiqəyə hazırlaşmaq daha effektiv olar. Və indi - 2-ci müsabiqədə qaliblər sırasında olmağımız göstərdi ki, biz düzgün taktika götürmüşük.
Ümumiyyətlə, hesab edirəm ki, son zamanlar Şurada layihələrin istər seleksiyasında, istərsə qiymətləndirilməsində tətbiq olunan yeni qaydalar dövrün islahat ruhuna uyğundur. Əminəm ki, cəmiyyətin mütərəqqi, yenilikçi kəsimi olan QHT-lər zamanla bu qaydalara uyğunlaşacaq. Və qarşıdakı müsabiqələrdə subyektiv mülayizələrdən daha çox layihələrinə diqqət yetirəcəklər”.

Təqdim etdikləri layihə 2016-cı ilin 1-ci və 2-ci müsabiqədə
yetərli bal toplamadığından qalib gəlməyən Demokratik Seçki Mərkəzi İctimai Birliyinin sədri, ictimai sektorun tanınmış simalarından olan Qorxmaq İbrahimli nəticələrə hansısa formada şikayət etmək niyyətində olmadığını bildirib: “Biz “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin aktual problemləri” mövzusunda layihə təqdim etmişdik. Amma görünən odur ki, ekspertlərin yetərli rəyini ala bilməmişk. Layihəmizə ümumilikdə 36,7 bal verilib. Qeyd edim ki, bu il 1-ci müsabiqədə layihə sənədlərimiz qaydasında olmadığı üçün seleksiyadan keçməmişdi. Bu bizi ruhdan salmır. İndi isə növbəti – 3-cü müsabiqəyə layihə təqdim etmək niyyətindəyik”.

2016-cı ilin 1-ci və 2-ci qrant müsabiqələrində tələb olunan keçid balını toplaya bilməyən QHT-lərdən biri - Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov layihələrinin uğur qazana bilməməsini belə əsaslandırıb: “Təşkilatımızın bu dəfə Şuradan maliyyə dəstəyi ala bilməməsinin səbəbi keçən il icra etdiyim layihədə Şuranın xəbəri olmadan dəyişiklik etməyim, layihəni gecikdirməyim və işin icrası zamanı yol verdiyim bir neçə səhlənkarlıq, pozuntu olub. Ümumilikdə, yazdığım layihələrin səviyyəsi heç vaxt müzakirə mövzusu olmayıb və güman edirəm ki, bu gündən sonrada olmayacaq. Fikrimcə, Şuraya daxil olan layihələrin 50-60%-nin səviyyəsi çox aşağıdır. Bəlamız ondadır ki bizim QHT-lərin əksəriyyəti mövcud problemlərin həllinə deyil, qrant almağa daha çox maraqlıdırlar. Odur ki layihəsi keçməyən təşkilat rəhbəri yazdığı və ya yazdırdığı layihənin məzmununa fikir versə yaxşı olar”.

Bu ilki iki qrant müsabiqəsində qalib olmayan təşkilatlardan biri “Tərəqqi” Sosial-iqtisadi Araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmşivari “Regionlarda “Açıq hökumətin təşviqi”i ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsi ilə çıxış etdiklərini qeyd edib: “Biz bir neçə ildir Şura ilə işləyirik, İndiyədək layihələrimiz Şura tərəfindən dəstəklənib. İki dəfə olaraq bu il layihəmiz müsabiqənin qalibləri siyahısında olmur. Ekspertlərlə danışdıq. Məlum oldu ki, hər iki layihə təqdimatında ciddi səhvlərə yol vermişik. Çalışacağıq ki, növbəti qrant müsabiqəsinə uğurlu bir layihə təklif edək”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • QHT-lər üçün vacib xəbər

    QHT-lər üçün vacib xəbər ...

    21-01-2016, 19:30

  • 
  • QHT-lərə XƏBƏRDARLIQ

    QHT-lərə XƏBƏRDARLIQ ...

    19-01-2016, 15:27

  • 
  • Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün Gənclər Fondunun razılığını alacaq - Yeni qayda

    Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün ...

    25-03-2019, 11:00

  • 
  • QHT, qrant, torpaq kadastrı... - Deputatlar daha 17 qanuna dəyişiklik edəcək + SİYAHI

    QHT, qrant, torpaq kadastrı... - Deputatlar daha ...

    20-06-2020, 11:21

  • 
  • Azay Quliyev QHT-ləri satın alır – MSŞT Koalisiyasını dağıtmaq üçün

    Azay Quliyev QHT-ləri satın alır – MSŞT ...

    20-06-2016, 21:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu