GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azay Quliyev QHT-ləri satın alır – MSŞT Koalisiyasını dağıtmaq üçün

Azay Quliyev QHT-ləri satın alır – MSŞT Koalisiyasını dağıtmaq üçün

Tarix: 20-06-2016, 21:37 Bölmə :Siyasət Baxış: 0
Azay Quliyev QHT-ləri satın alır – MSŞT Koalisiyasını dağıtmaq üçün

Hökümətin MSŞT Koalisiyasını nəzarətə götürmək iddiaları təsdiqini tapır
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının 30 apreldə keçirilmiş Ümumi Yığıncağında müstəqil və müxalif mövqeli vətəndaş cəmiyyəti fəallarının Koalisiya Şurasına üzv seçilməsindən sonra qurumda xeyli gərginlik yarandı. Gərginliyin yaranmasına təkan verən səbəb isə yeni seçilmiş Şura üzvü Oqtay Gülalıyevin Milli Şuranın Koordinasiya Mərkəzinin qapalı Facebook qrupunda yazdığı məlum statusun kənara çıxarılıb ictimailəşdirilməsi oldu.
Seçkilərdə uduzan namizədlərin, xüsusən hakimiyyətyönlü şəxslərin bəhanə kimi istifadə etdikləri statusda O.Gülalıyev hakimiyyətin MSŞT Koalisiyasını nəzarətə götürmək iddiaları olduğunu bildirmiş və bunun üçün QHT- lərə Dövlət Dəstəyi Şurası vasitəsi ilə Koalisiya üzvü olan 40-a yaxın təşkilata 400 min vəsait ayırdığını bildirmişdi. Bundan sonra Koalisiyada qarşılıqlı ittihamlar mətbuat səhifələrinə çıxmış, Şura koordinatorunun seçilməsi ertələnmiş, şikayətlərin araşdırılması qurumun Monitorinq Qrupuna həvalə olunmuşdu.
xural.com-un əldə etdiyi məlumatlara görə, hakimiyyət Azərbaycanın MSŞT-də üzvlük statusunu bərpa etməyə çalışdığı bir dönəmdə müstəqil mövqeli şəxslərin Koalisiya Şurasında üstünlük qazanmasından narahatdır və itirilmiş mövqelərin bərpası üçün bəzi planlar həyata keçirməyə çalışır. Planlarını daha çox QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsilə həyata keçirməyə çalışan hakimiyyətin hazırda hədəfində olan əsas məsələlərdən biri Koalisiya Şurasına üzv seçilmiş müxalif, xüsusən Milli Şuraya yaxın olan şəxsləri cəzalandırmaq, onları neytrallaşdırmaq, əldə etdikləri uğuru kiçiltmək və şübhə altına almaqdır.
Verilən məlumatlara görə, bunun üçün yeni seçilmiş bəzi Şura və Monitorinq Qrupu üzvlərinə müxtəlif formalarda təzyiqlər edilir, şirnikləndirici vədlər verilərək onların ələ alınmasına çalışılır. Hazırda Ümumi Yığıncağın nəticələri və O.Gülalıyevin məlum statusu ilə bağlı müraciətləri araşdıran Monitorinq Qrupundan sərfəli nəticəni almaq üçün QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən Monitorinq Qrupunun 2 üzvünə növbədənkənar layihə verildiyi bildirilir. Qrant layihəsi verilən şəxslərdən layihənin qarşılığında Oqtay Gülalıyevin cəzalandırılmasına və Ümumi Yığıncağın nəticələrinə kölgə salınmasına dair Monitorinq Qrupunun Rəy verilməsi istənilib.
Adı çəkilən şəxslərə layihə verilib-verilməməsini dəqiqləşdirmək üçün QHT Şurasının saytını nəzərdən keçirdik. Məlum oldu ki, həqiqətən həmin şəxslərə qrant layihəsi verilib. Belə ki, Monitorinq Qrupunun rəy verəcəyi bu günlərdə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən “Regional İnsan Hüquqları və Maarifləndirmə” İctimai Birliyinə (sədri Məlikova Lətafət İslam qızı) “Mədən sənayesində şəffaflıq təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi üçün 7.000 manat, “Hüquq və İnkişaf” İctimai Birliyi üçün isə (sədri Həsənov Hafiz Bəşir oğlu) “Qanunvericilik prosesində ictimai iştirakçılığın artırılmasına dəstək” layihəsi üçün 10.000 manat qrant ayrılıb. Xatırladaq ki, Lətafət Məlikova Musavat partiyasının fəal üzvlərindən biridir. xural.com-a daxil olan məlumata görə, digər Monitorinq Qrupu və Şura üzvlərinin də mövqeyinə təsir etmək, eləcə də Koalisiyada itirilmiş mövqelərinin bərpası üçün hakimiyyət tərəfindən müəyyən addımların atılması planlaşdırılır. Bütün bunlar isə hakimiyyətin MSŞT Koalisiyasını nəzarətə götürmək iddialarını bir daha təsdiqləməklə bu iddiadan geri çəkilmədiyini göstərir.
Yeri gəlmişkən, qeyd edək ki, MSŞT üzrə Beynəlxalq İdarə Heyətinin 1-2 iyun tarixində Osloda keçirilən iclasında qurum tərəfindən Azərbaycanın qarşısında qoyulmuş İslahedici Planın yerinə yetirilməsi üçün əlavə 6 ay vaxt verilib. Bunun üçün iyul ayında adı çəkilən təşkilat tərəfindən beynəlxalq missiyanın ölkəmizə səfəri gözlənilir. Səfər müddətində İslahedici Planın icrası, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti, vətəndaş cəmiyyətinin durumu barədə hökümət Komissiyası və Koalisiyanın yeni seçilmiş Şurası ilə müzakirələr aparılacaq. Qiymətləndirmənin nəticəsi olaraq Azərbaycanın MSŞT-dəki üzvlük məsələsi ilə bağlı yekun qərar veriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının B Ə Y A N A T I

    Mədən Sənayesində Şəffaflığın Artırılması ...

    18-07-2016, 22:10

  • 
  • QHT Koalisiyasında qalmaqal səngimir

    QHT Koalisiyasında qalmaqal səngimir ...

    5-02-2017, 20:27

  • 
  • Oqtay Gülalıyevin rəhbərlik etdiyi QHT dövlət qeydiyyatına alınıb

    Oqtay Gülalıyevin rəhbərlik etdiyi QHT dövlət ...

    28-10-2016, 22:10

  • 
  • “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyası qurumun bəzi üzvlərini yanlış məlumatlar yaymaqda ittiham edib

    “Mədən sənayesində şəffaflığın artırılması” ...

    2-02-2017, 22:58

  • 
  • MHŞT: “Fuad Qəhrəmanlının, Asif Yusiflinin və Mehman Hüseynovun azadlığa buraxılmasını tələb edirik”

    MHŞT: “Fuad Qəhrəmanlının, Asif Yusiflinin və ...

    17-12-2018, 16:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (330)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu