14 iyun 2016-cı il tarixdə bir neçə media qurumlarında belə bir informasiya yer almışdı ki, ayın 11-dən 12-ə keçən gecə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən və aprel döyüşlərinə qədər neytral zonada qalan, eyni zamanda “Qızıl Kurqan” adı ilə tanınan ərazidə bir neçə vəzifəli şəxs gizli qazıntı işləri aparmaqla, dövlətin təbii sərvətini ələ keçirmək istəyərkən saxlanılıblar. Bununla bağlı Dövlət Təhlükəsizlik Xidməti (DTX) Goranboy rayonunda əməliyyat keçirib və keçirilən əməliyyatlarda yerli polis əməkdaşları da iştirak ediblər. Dərc olunan belə bir açıqlamalarla bağlı Goranboy rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Əliyevlə əlaqə saxladıqda o, bildirdi ki, “bu məsələ ilə bağlı bəzi xəbər portallarında məlumatları oxuduqdan sonra, rayon rəhbərliyinə məruzə etdim. Rəhbərlik də baş verənlərdən xəbərsiz olduğu üçün, dərhal məni hadisə yerinə göndərdi. Düzdür, mən oxuduqlarımı icra başçısına məruzə edərkən saat 16 radələrini keçmişdi. Belə bir səbəb üzündən də, hadisə yerinə iş saatlarının sonunda çatdım və qazıntının hansı səbəblər üzündən aparılması haqda da məlumatlar əldə edə bilmədim. Bundan əlavə, kimlərin də həbs olunmalarının şahidi olmadım. Bir sözlə, xəbər portallarında dərc olunan açıqlamalarla bağlı onu deyə bilərəm ki, Göranboy rayon İcra Hakimiyyəti Aparatının səlahiyyətlisi olaraq, mənim həmişə media təmsilçilərinə böyük hörmətim olub. Eyni zamanda onlara tövsiyyə edərdim ki, bu cür açıqlamalar dərc etməzdən öncə daha ətraflı araşdırmalarını aparsınlar, adı çəkilən şəxslərin də mövqelərini öyrənsinlər. O halda atılan addımlar həm qarşılıqlı analaşma, həm də KİV haqqında Qanuna riayət olunma kimi qiymətləndirilər”. Çat Danışığı Bitdi
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?