GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kərəm Həsənov dövlət müəssisəsini necə dağıtdı?

Kərəm Həsənov dövlət müəssisəsini necə dağıtdı?

Tarix: 17-06-2016, 00:51 Bölmə :Siyasət Baxış: 0
Kərəm Həsənov dövlət müəssisəsini necə dağıtdı?

“Azərenerjitikintiquraşdırma” ASC-nin kollektivi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin “Azərenerjitikintiquraşdırma” ASC-nin başına gətirdiyi “oyunlar”la bağlı arqument.az-a müraciət ünvanlayıb

Müraciətdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun şirkətin başına açdığı oyunlardan, həmçinin komitə sədrinin yol verdiyi qanunsuzluqlardan bəhs olunur.

“Azərenerjitikintiquraşdırma” ASC-nin kollektivi adından hazıralan və Arqument.Az-a göndərilən müraciətdə deyilir:

“Azərenerjitikintiquraşdırma” Dövlət Tresti 1939-cu ildə energetika obyektlərinin tikintisi və quraşdırılması sahəsində Tikintiquraşdırma tresti kimi fəaliyyətə başlayıb. 1998-ci il iyul ayında isə Dövlət Şirkətinin əsas müəssisə və təşkilatlarının bazasında, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin I Dövlət Proqramına uyğun olaraq “Azərenerjitikintiquraşdırma” Açıq Tipli Səhmdar Cəmiyyəti (Səhmlərin 66% dövlətə, 34% isə səhmdarlara məxsusdur) yaradılıb.
Respublikada fəaliyyət göstərən bütün su və istilik elektrik stansiyalarının əksəriyyəti (Mingəçevir SES, Varvara SES, Sərsəng SES, Araz SES, Şəmkir SES, Yenikənd SES, Əli-Bayramlı DRES, “Azərbaycan” DRES) Səhmdar Cəmiyyətinin idarə və müəssisələri tərəfindən tikilmiş və quraşdırılmışdır. Səhmdar Cəmiyyət energetika obyektləri ilə yanaşı, çoxlu sayda hidrotexniki obyektlər, qurğular, sosial-ictimai təyinatlı obyektlər və yaşayış evləri tikərək istifadəyə verilib.

Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2010-cu il tarixli 839 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına uyğun olaraq və Əmlak Məsələləri Dövlət Komitəsinin 30 avqust 2010-cu il tarixli 263 nömrəli sərəncamı ilə “Azərenerjitikintiquraşdırma” Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edilıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin yuxarıdakı sərəncamından sonra Səhmdar Cəmiyyətin vəziyyəti daha da pisləşıb. Belə ki, Səhmdar Cəmiyyətə ƏMDK-i öz işçisini sədr təyin etmiş, bütün səlahiyyəhətləri öz əlində cəmləşdirmişdir. 2012-ci ilin avqustundan məqsədyönlü şəkildə Səhmdar Cəmiyyətin fəaliyyəti dayandırılmış, işçiləri qanunsuz olaraq öz hesabına ödənişsiz məzuniyyətə buraxılmışdır. Səhmdar Cəmiyyətin işçilərinə çatası əmək haqqı, kompensasiyalar və dividentlər bu günə kimi ödənilməmişdir.
Dəfələrlə Prezdent İlham Əliyevə Səhmdar Cəmiyyətdəki problemlərlə əlaqədar müraciət etmişik, baxılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmişdir, lakin bu günə kimi yalan vədlərdən başqa heç nə verməyiblər.

Əmlak Məsələləri Dövlət Komitəsinə və Əmək Müffətişliyinə istər kollektiv halda, istərsə də fərdi qaydada müraciət etməyimizə baxmayaraq, işçilərə çatası əməkhaqları və digər ödənişlər ödənilməyib. 4 ildən çoxdur, Əmlak Məsələləri Dövlət Komitəsindən səhmdarlara yazılı olaraq cavab verilib ki, Səhmdar Cəmiyyət investisya müsabiqəsinə açıq elan edilib, özəlləşdirmədən sonra investor tərəfindən sizin əmək haqqı və digər ödənişləriniz ödəniləcək. Ancaq buna baxmayaraq, Səhmdar Cəmiyyətin ən böyük daşınmaz əmlakı və torpaq sahəsi olan 8 km qəsəbəsində yerləşən “Elektrikquraşdırma” və “Santexquraşdırma” idarələrinin daşınmaz əmləkı inzibati binaları, anbarları və 3 hektar torpaq sahəsinin özəlləşməsindən sonra da işçilərə çatası əmək haqqı borcları və digər borclar ödənilməmişdir. Həmin idarələrin daşınmaz əmlakı və 3 hektar torpaq sahəsini kim özəlləşdirib, investor kimdir bizdən gizli saxlanılıb…

Bundan başqa, Səhmdar Cəmiyyətə məxsus çoxlu sayda avtonəqliyyat vasitələri və maşın-mexanizmləri satılmış, yenə də bir qayda olaraq əmək haqqı borcları və digər borclar ödənilməmişdir. Daşınmaz əmləkın özəlləşməsi, avtonəqliyyat vasitələri və maşın-mexanizmləri satılmasına baxmayaraq Səhmdar Cəmiyyətin ümumi yığıncağı çağrılmamışdır. Daşınmaz əmlak, avtonəqliyyat vasitələri və maşın-mexanizmləri bazar qiymətlərindən çox-çox aşağı satılmışdır.

Prezdent İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, vətəndaşların şikayətlərinə vaxtında və yerində baxılsın, yeni iş yerləri ilə təmin edilsin. Buna baxmayaraq 4 aydan çoxdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin qəbuluna düşə bilmirik. Müəsissənin işlə təmin edilməsi və digər problemlər həll edilməmiş qalıb.

Səhmdar Cəmiyyətin kollektivi olaraq, bütün bu məsələlər haqqında 2016-ci ilin may ayında yeni yaranmış Azərbaycan Respublikasının Prezdenti yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyevə ərizə ilə müraciət etmişdik. Müraciətimiz yenə də baxılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilıb. Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsi “Azərenerjitikintiquraşdırma” ASC-nin fəaliyyətini 4ildir məqsədyönlu şəkildə tam dayandırmış, daşınmaz əmlakını, maşın-mexanizmlərini, inventarlarını satıb dağıtmış, işçilərini pərən-pərən salmışdır”.

Müraciətdəki iddialarla bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən mövqe öyrənmək mümkün olmadı. Onu da qeyd edək ki, bu müraciət ölkə başçısına və digər dövlət qurumlarına da rəsmi şəkildə göndərilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev Kərəm Həsənovun səlahiyyətini əlindən aldı - rəsmi

    İlham Əliyev Kərəm Həsənovun səlahiyyətini ...

    20-05-2016, 01:54

  • 
  • Kərəm Həsənovla Elmar Vəliyevin Gəncədə ortaq biznesləri…

    Kərəm Həsənovla Elmar Vəliyevin Gəncədə ortaq ...

    26-05-2018, 13:08

  • 
  • Kərəm Həsənovun “xəlvəti hərrac dosyesi”

    Kərəm Həsənovun “xəlvəti hərrac dosyesi” ...

    7-12-2012, 11:34

  • 
  • Kərəm Həsənovun yalanları

    Kərəm Həsənovun yalanları ...

    26-12-2012, 13:07

  • 
  • Kərəm Həsənov və Ramiz Həsənovun kreslodakı son günləri - İki oliqarx məmurun ətrafında halqa daralır

    Kərəm Həsənov və Ramiz Həsənovun kreslodakı son ...

    14-06-2017, 19:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (305)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu