GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Eldar Mahmudovu niyə “öldürdülər” - sensasion versiyalar

Eldar Mahmudovu niyə “öldürdülər” - sensasion versiyalar

Tarix: 18-06-2016, 15:46 Bölmə :Siyasət Baxış: 0
 Eldar Mahmudovu niyə “öldürdülər” - sensasion versiyalar

Sabiq nazir haqda daha bir müdhiş məlumat; Keçmiş MTN şefinin yaşadığı bağ evində dünyasını dəyişməsi xəbəri ortalığı qarışdırdı; Ərəstun Oruclu: “Ola bilsin, hansısa qüvvələr ictimai rəyi baş verəcək hadisəyə hazırlayırlar”
Dünən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölməsi xəbəri yayılıb.

Azerinews.tv-nin (http://azerinews.tv/cemiyyet/1679-eldar-mahmudov-vfat-etdi-son-dqq.html) iyunun 17-də yaydığı xəbərdə bildirilir ki, Eldar Mahmudov yaşadığı bağ evində ürək tutmasından dünyasını dəyişib. Xəbərdə bildirilir ki, onun səhhəti qəfil pisləşdiyi üçün təcili tibbi yardım briqadası çağırılıb. Lakin həkimlər sabiq nazirin həyatını xilas edə bilməyib.

Bundan bir neçə gün əvvəl isə sabiq nazirin içkiyə qurşandığı haqda xəbərlər yayılmışdı. Bu pis vərdişin onun ürəyində ciddi problemlər yaratdığı deyilirdi. Maraqlıdır ki, eyni vaxtda Akif Çovdarovun ürək xəstəliyinin bir neçə növündən əziyyət çəkməsi xəbəri də yayılıb. Bu xəbəri mətbuata A.Çovdarovun vəkili Sadiq Rəsulov açıqlamışdı. Demişdi ki, A.Çovdarova ürəyin işemik çatışmazlığı, ürəyin ritmik pozğunluğu, ürək aritmiyası kimi diaqnozlar qoyulub.
E.Mahmudov barədə təsdiqlənməmiş xəbərlər (səhhətində və psixikasında pozğunluğun baş verməsi-red.) hətta qəzetlərin manşetlərinə də çıxır. Bu xəbərlərin yayılmasından 2-3 gün sonra isə Eldar Mahmudovun ölüm xəbəri yayıldı.

Maraqlıdı ki, bir neçə gün öncə E.Mahmudovun əlində 2800 şantaj videosunun olduğu barədə mətbuatda xəbərlər dərc olunmuşdu. Bunu isə müsahibəsində politoloq Ərəstun Oruclu söyləmişdi. O demişdi ki, sabiq nazir vəzifədə olduğu müddətdə ayrı-ayrı şəxslərin intim görüntülərinin gizli yolla çəkilməsini təşkil edib.

 Eldar Mahmudovu niyə “öldürdülər” - sensasion versiyalar

Bu iki məlumatdan sonra E.Mahmudovla bağlı belə xəbərin yayılması da müəyyən şübhələrə yol açır...

 Eldar Mahmudovu niyə “öldürdülər” - sensasion versiyalar

Eldar Mahmudovu niyə “öldürdülər” - sensasion versiyalar

BÖLÜM: Ölkə
YAYIM TARİXİ: 18 İyun 2016 09:00

Nə baş verir? Həqiqətən Eldar Mahmudov və ətrafı ürək xəstəliklərinə tutulublar? Bəs 10 ildən artıq müddətdə vəzifədə olarkən niyə bu xəstəliklər yox idi? Hər il 2 dəfə müayinədən keçən, ehtiyac yarananda dünyanın ən bahalı klinikalarında müalicə olunan sabiqlərin orqanizmləri niyə vəzifədən çıxarılandan sonra, heç 1 il ötməmiş xəstəliklər poliqonuna çevrilir?

Bu xəstəliklərin afişa kimi cəmiyyətə təqdim edilməsi həbsdən yayınmağa, daha yüngül cəzaya məhkum edilməyə, yaxud digər məqsədlərə hesablanmayıb ki?

Eldar Mahmudovun qəfil “ölümü” sosial şəbəkələrdə də geniş müzakirə mövzusudur. Nazirin öldüyü haqda xəbərləri onun aradan götürülməsinə görülən hazırlıq kimi qiymətləndirənlər də az deyil. Hüquq mühafizə orqanlarına yaxın mənbələr isə nazirin ölümü haqda xəbərlərin ciddi olmadığını diqqətə çatdırırlar.

Adının açıqlanmasını istəməyən ekspertlərdən biri “Yeni Müsavat”a deyib ki, Eldar Mahmudovun bir sıra dövlətlərin xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığı olub. “Onun bu fəaliyyətini Azərbaycan rəhbərliyi sanksiyalaşdırmayıb” deyən mənbə bildirib ki, E.Mahmudovun xarici dövlətlərlə əməkdaşlığının əksər fraqmentləri sırf özfəaliyyət olub, şəxsi maraqlarını ifadə edib.

Hətta bəzi iddialara görə, o, xarici xüsusi xidmət orqanlarının təsiri altına düşüb. Ekspert qətiyyətlə bildirdi ki, E.Mahmudovun ölümü Azərbaycan dövlətinə, istintaqa qəti şəkildə sərf etmir: “Bu hadisə ölkəmizə, onun rəhbərliyinə ciddi problem yaradar. Çünki Eldar Mahmudovun və çetesinin məhkəmə qarşısında dayanması, etdiyi dövləti cinayətlərin sübuta yetirilərək qanunla cəzalanması dövlətin imici üçün çox vacibdir”.

 Eldar Mahmudovu niyə “öldürdülər” - sensasion versiyalar

Xatırladaq ki, bir neçə ay öncə E.Mahmudovun ən yaxın adamlarından olmuş, ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə öldü. İ.Əliyev həbsindən az sonra təcridxanada saxlanıldığı kamerasında ipdən asılmış vəziyyətdə aşkarlanmışdı. 1 ildən artıq həmin təcridxanada saxlanmış “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Yeni Müsavat”a açıqlamasında həmin təcridxananın kameralarında kəndirin ucunu hündür bir yerdən bağlamaq üçün yer olmadığını demişdi. Baş redaktor İlqar Əliyevin ölümündə böyük şübhəli məqamların olduğunu diqqətə çatdırmışdı.
Mövzunu “Yeni Müsavat”a şərh edən “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu maraqlı versiyalar irəli sürüb.

Deyib ki, sabiq nazirin ölüm xəbərinin yayılması bir neçə məqsədə xidmət edə bilər: “Birincisi, mümkündür ki, bu məlumatı Eldar Mahmudova yaxın çevrələr dövriyyəyə buraxsın. Bu halda xəbərin yayılması şantaj xarakteri daşıyır.

 Eldar Mahmudovu niyə “öldürdülər” - sensasion versiyalar

Başqa bir versiya odur ki, kimlərsə Eldar Mahmudovun fiziki olaraq aradan götürülməsində maraqlı olsun. Belə xəbərləri yaymaqla əvvəlcədən ictimai rəy formalaşdırsınlar və ardından da bu məlumat gerçəkləşsin - yəni Mahmudov ölsün.

Üçüncüsü, bu xəbəri kimlərsə sensasiya yaratmaq və oxucu qazanmaq naminə gündəmə atsın. Hər üç versiyanın yaşama haqqı var".

Ə.Oruclu E.Mahmudovun barəsində yayılan xəbərin doğruluğuna şübhə etdiyini də bildirib: “Lakin istisna etmək olmaz ki, onun səhhətində problemlər var. Məntiqlə hakimiyyət Eldar Mahmudovun başına bir iş gəlməsində maraqlı olmamalıdır. Eldar Mahmudovun başına bir iş gəldiyi təqdirdə onun əlində olan kompromatların üzə çıxmaq ehtimalları daha da artır”.

Ə.Oruclu deyib ki, bu cür məlumatların yayılması xarici kəşfiyyat orqanlarının da işi ola bilər və bu yolla Azərbaycan hakimiyyətini şantaj etmək istəyinə düşənlər olar.

Politoloq E.Mahmudovun əlində 2800 şantaj videosunun olması haqda dediyi fikirlərlə hazırda yayılan məlumatların əlaqəsinin ola bilməsi barədə suala isə belə cavab verib: “Məlum müsahibədə açıqladığım 2800 video məsələsi kimlərsə tərəfindən istifadə oluna bilər. Kimlərsə mövzunun gündəmə gəlməsindən yaralanmağa çalışar. Bu da təbiidir. Əgər belə şeyləri düşünsək, gərək heç danışmayaq. Eldar Mahmudovun əlində 2800-ə qədər şantaj videosunun olması haqda açıqlama ciddi rezonans doğurub. Bunun təsdiqi üçün əlimizdə konkret fakt olmasa da, indiyədək ictimai-siyasi fəalların yataq səhnələri əks olunan seks videoları yayılıb. Azı 10-15 belə şəxs var ki, şəxsi həyatları hətta telekanallarda nümayiş etdirilib. Onlarla şantaj olunan adamlar var”.

Ə.Oruclu MTN mövzusunun gündəmdən çıxarılmasına çalışan çoxlu maraqlı qüvvələrin olduğuna da diqqət çəkib: “Amma bunun əksini istəyənlər də çoxdur. Belə şəxslər də var ki, MTN məsələsinin gündəmdə qalmasında maraqldırlar”.

* * *

E.Mahmudovun ölüm xəbərinin yayılması ilə bağlı Sputnik.az saytı Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevə müraciət edib.

“Bakı şəhəri üzrə Eldar Mahmudovun adına çağırış qeydə alınmayıb”, deyə Nağıyev bildirib.

Bundan əlavə, Bakı şəhər Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində də Sputnik-ə Mahmudovun ölümü barədə məlumatlı olmadıqlarını bildiriblər.

“Əgər bu, qəfil ölümdürsə, meyit patoloqoanatomlar tərəfindən müayinə edilməlidir. Eldar Mahmudovun cəsədi morqa gətirilməyib”, deyə Birlikdən bildiriblər.

E.HÜSEYNOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

  • Eldar Mahmudov öldü?

    Eldar Mahmudov öldü? ...

    17-06-2016, 22:23

  • 
  • Həyat yoldaşı Eldar Mahmudovun “ölümündən” DANIŞDI

    Həyat yoldaşı Eldar Mahmudovun “ölümündən” DANIŞDI ...

    20-06-2016, 21:28

  • 
  • Eldar Mahmudov məmurları necə dinləyib?

    Eldar Mahmudov məmurları necə dinləyib? ...

    30-10-2015, 23:29

  • 
  • Eldar Mahmudov meydan oxuyur

    Eldar Mahmudov meydan oxuyur ...

    26-11-2016, 00:45

  • 
  • Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ONLAR DANİMARKAYA SIĞINIB

    Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ...

    29-10-2015, 16:18

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

Hansı Antivirusdan istiafdə edirsiniz?

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu