GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » QHT Koalisiyasında qalmaqal səngimir

QHT Koalisiyasında qalmaqal səngimir

Tarix: 5-02-2017, 20:27 Bölmə :Siyasət Baxış: 569
QHT Koalisiyasında qalmaqal səngimir

Mehriban Vəzir: “Bir qrup siyasi məsələləri Şura müstəvisinə çıxarmaq istəyir”

Ötən ilin aprel ayında “Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyasına keçirilən seçkilərdən sonra Koalisiya təmsilçiləri arasında ciddi narazılıqlar yaşanmağa başladı. Seçkilər zamanı Milli Şuranın Koordinasiya Mərkəzindən göndərilən məktubda yazılan 400 min manatlıq ittihamı ciddi müzakirələrə səbəb oldu. Qarşılıqlı ittiham isə Koalisiyanın parçalanmasına səbəb oldu.

Bu günlərdə Bakı şəhərində “Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyasının hazırkı və keçmiş üzvləri, Monitorinq Qrupu və Çoxtərəfli Qrupun təmsilçiləri ilə MSŞT-nin beynəlxalq İdarə Heyətinin sədri, İsveçin keçmiş baş naziri Fredrik Reinfeldt və qurumun Beynəlxalq Katibliyinin rəhbəri Yonas Moberqin görüşü keçirilib. Görüş haqqında yayılan məlumatlar isə Şura üzvləri tərəfindən birmənalı qarşılanmayıb. Məlumatlarla bağlı QHT Koalisiyası bəyanat yayıb. Sənəddə görüş haqqında səslənən fikirlərin doğru olmadığı vurğulanıb. Bəyanatda deyilir ki, bu görüş və aparılan müzakirələr barədə “Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyası adından təhrif olunmuş məlumatlar yayılıb. Eyni zamanda, bu görüş barədə açıqlama verilməsi də etik qaydaların pozulması kimi qiymətləndirilib.Bəyanatın sonunda vurğulanır ki, Koalisiya Şurasının bir qrup üzvünün açıqlamaları və Şura adından bu cür təhrif olunmuş məlumatlar verməsi Koalisiyada parçalanmanı dərinləşdirməyə, qrup maraqlarının təmin olunmasına xidmət edir. QHT Koalisiyasından siyasi məqsədlərlə istifadə edirlər.

"Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyasında nə baş verir? Bu kimi məsələləri “Cümhuriyət” qəzetinə şərh edən hüquq müdafiəçisi Mehriban Vəzir deyib ki, 30 apreldən, “Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyasının tərkibi seçildikdən sonra qarşıdurmalar səngimir: “Bu seçkidə bir ədalətsizlik olub deyə bir tərəf digər tərəfə iradlarını bildirir. Qarşı tərəf isə bu iradları qəbul etmək istəmir. Bu günə qədər problemlər davam edir.

Tərəflər arasında mübahisəli olan məsələni aydınlaşdırmaq əvəzinə, ört-basdır etmək, üstündən keçmək istəyirlər. Ona görə də mətbuatda bu cür qarşıdurmalar yaşanır. Ümumiyyətlə, "Mədən sənayesində şəffaflığın artırılması" QHT Koalisiyasının vətəndaş cəmiyyəti qarşısında tutduğu bir tələb var ki, Şuranın fəaliyyətindən heç bir siyasi məqsədlər üçün istifadə olunmasın. Əgər bir nəfər "Mədən sənayesində şəffaflığın artırılması" haqqında yazı yazarsa və bu məsələylə bağlı araşdırmalar zamanı təqiblərə məruz qalarsa, o, zaman bu "Mədən sənayesində şəffaflığın artırılması" QHT Koalisiyasında qaldırıla bilər. Amma digər siyasi məsələlər bu müstəviyə gətirilməməlidir. Beynəlxalq tələb də bundan ibarətdir. Şuranın müəyyən bir mandatı var və bundan kənara çıxmaq olmaz. Bu məsələdəki incə məqam isə bundan ibarətdir ki, bir qrup bu qaydaları müdafiə edir, ancaq digər qrup isə bütün siyasi məsələləri bu çərçivəyə daxil etmək istəyir. Hər iki tərəflərin məqsədini müəyyən qədər anlayışla qarşılamaq olar”.

Mehriban Vəzir bildirib ki, QHT Koalisiyasında qruplaşma var: “Hər kəsin məlumatı var ki, hansı qrup siyasi məsələləri Şura müstəvisinə çıxarmaq istəyir, hansı qrup isə buna qarşı çıxır. İndiki Şuranın 6 və 5 nəfərlik qruplardan ibarət 11 üzvü var. Bir qrupa Qubad İbadoğlu, digər qrupa isə Əliməmməd Nuriyev rəhbərlik edir. Bu qruplar arasında da müəyyən qarşıdurmalar var. Bu qarşıdurmalar bir düşmənçilik, müharibə səviyyəsində deyil, sadəcə fikir ziddiyyətidir”. (cebhe.info)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyası qurumun bəzi üzvlərini yanlış məlumatlar yaymaqda ittiham edib

    “Mədən sənayesində şəffaflığın artırılması” ...

    2-02-2017, 22:58

  • 
  • Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının B Ə Y A N A T I

    Mədən Sənayesində Şəffaflığın Artırılması ...

    18-07-2016, 22:10

  • 
  • Qubad İbadoğlu istefa verdi

    Qubad İbadoğlu istefa verdi ...

    24-08-2015, 20:16

  • 
  • Oqtay Gülalıyevin rəhbərlik etdiyi QHT dövlət qeydiyyatına alınıb

    Oqtay Gülalıyevin rəhbərlik etdiyi QHT dövlət ...

    28-10-2016, 22:10

  • 
  • Azay Quliyev QHT-ləri satın alır – MSŞT Koalisiyasını dağıtmaq üçün

    Azay Quliyev QHT-ləri satın alır – MSŞT ...

    20-06-2016, 21:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu