KXCP sədri Mirmahmud Mirəlioğlu qardaş Türk xalqına İstanbul şəhərinin Atatük Hava limanında törədilən terrorla əlaqədar başsağlığı verib. Başsağlığında deyilir: KXCP qardaş Türk millətinə İstanbul şəhərinin Atatük Hava limanında törədilən qanlı teror hadisəsindən üzüntü duyduğunu bildirir və derin hüzünlə başsağlığı verir. Uzun illər terrora məruz qalaraq çoxsaylı şəhidlər verən, torpaqları istilaya məruz qalan, milyondan çox köçkün və qaçqınların problemləriylə Azərbaycan xalqı olaraq qardaş Türk xalqının acısını daha dərindən hiss edir və dərdinizə şərik olduğumuzu bildiririk. Bütövlükdə bəşəriyyətin mücadilə aparmalı olduğu terrorla mübarizədə yanınızda olduğumuzu bildirərək həyatını itirənlərin yaxınlarına və doğmalarına səbr diləyir, yaralıların tezliklə sağalmasını arzulayırıq. İnanırıq ki, Türkiyə xalqı düşmənlərin daxildən və xaricdən terror saldırılarına məruz qoymaqla ölkədə istiqrarsızlıq yaradaraq parçalamaq istəklərini puça çıxardacaq, terrorun kökünü kəsməkdə birlik və bərabərlik nümunəsi göstərəkəcəkdir. Türkiyə Cümhuriyyətinin xarici və daxili düşmənlər tərəfindən yaradılan çoxsaylı problemləri tezliklə həll edəcəyinə inanır və bu ağır mücadilədə bütövlükdə dünyanın mütərəqqi qüvvələrini Türkiyənin yanında olmağa çağırırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?