Klassik Xalq Cəhbəsi Partiyası son bir neçə ayda Türkiyədə törədilən qanlı terrorlardan bir daha sarsıldığını bildirir, Ankarada törədilən terrorda həyatlarını itirənlərə Allahdan rəhmət diləyir və Türk millətinə derin hüzünlə başsağlığı verir. Əziz qardaş və bacılar uzun illərdir terrora məruz qalaraq minlərlə şəhid verən, torpaqları istila edilən, yüz minlərlə köçkün problemləriylə üz-üzə qalan xalq olaraq sizin acınızı daha dərindən duyur və dərdinizə şərik olduğumuzu bildiririk. Bütün insanlığin mübarizə aparmalı olduğu terrorla mübarizədə yanınızda olduğumuzu bildirərək həyatlarını itirənlərin doğmalarına və yaxınlarına səbr diləyir, yaralıların tezliklə sağalmasını arzulayırıq. Türkiyə Cümhuriyyəti xarici və daxili düşmənlər tərəfindən yaradılan çoxsaylı problemləri tezliklə həll edəcəyinə inanır, bir daha qardaş Türk milletine derin hüzünlə başsağlığı veririk. KXCP sədri Mirmahmud MİRƏLİOĞLU
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?