Əyyub Kərimov Arzu Daşdəmirovun təyinatını alqışladı
Məlum olduğu kimi, DİN-nin Baş Cinayət Axtarış İdarəsinə yeni rəis təyin olunub. Bu barədə müvafiq əmr imzalayan daxili işlər naziri, Baş Cinayət Axtarış İdarəsinin rəis müavini vəzifəsində çalışmış polis polkovniki Arzu Daşdəmirov baş idarənin rəisi təyin edilib. Xatırladaq ki, uzun müddət bu postda təmsil olunan Emin Şəkinski bir müddət bundan öncə tutduğu vəzifədən azad edilib. DİN-də həyata keçirilən yeni təyinata münasibət öyrənmək məqsədi ilə Moderator.az olaraq tanınmış hüquqşünas Əyyub Kərimovla əlaqə saxladıq. R.Usubovun məlum təyinatının son dərəcə doğru olduğunu vurğulayan Ə.Kərimov, DİN-nin bu təyinatdan yalnız və yalnız qazanacağını qeyd etdi: “Hesab edirəm ki, bu təyinat çox uğurlu təyinatdır. Bu təyinat DİN-nin Baş Cinayət Axtarış İdarəsinin özündən həyata keçirildi. A.Daşdəmirov 25 ildir ki, bu sistemdə işləməkdədir və bu işə ən xırda vəzifədən başlayıb. Bu müddət ərzində çox şey görüb, çox təcrübəyə yiyələnib. Bu baxımdan deyə bilərəm ki, R.Usubov nazir olduğu dönəmdə əgər 3 doğru əmr imzalayıbsa onlardan biri budur, 2 doğru əmr imzalayıbsa ondan biri budur, 1 doğru əmr imzalayıbsa yenə də ən doğrusu budur. Bu təyinata razılıq verən digər şəxslər də səhvə yol verməyiblər. Təbii ki, mən A.Daşdəmirovun bundan sonrakı fəaliyyəti haqqında heç nə deyə bilmərəm. Ancaq bir daha qeyd edirəm ki, bu, çox uğurlu təyinatdır. Heç kim deyə bilməz ki, bu şəxs bu sahəni bilmir. Kimsə deyə bilməz ki, bu adam kənardan gətirilib. Mən zaman-zaman DİN-dəki bəzi təyinatlarla bağl tənqidi fikirlər səsləndirmişəm. Məsələn, hələ o zaman bildirmişdim ki, Emin Şəkinskinin bu vəzifəyə təyinatı yanlış addımdır. Amma A.Daşdəmirovun təyinatı uğurlu təyinatdır. DİN bu təyinatdan qazanacaq, itirməyəcək. Mən A.Daşdəmirova gələcək fəaliyyətində uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?