GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İş adamının 80 min manatlıq borc alması başına bəla oldu

İş adamının 80 min manatlıq borc alması başına bəla oldu

Tarix: 26-07-2016, 23:41 Bölmə :Siyasət Baxış: 659
İş adamının 80 min manatlıq borc alması başına bəla oldu

Vergilər Nazirliyi iş adamına cinayət işi açdı, prokurorluq ittihamdan imtina etdi

Vergidən yayınmaqda ittiham olunan Xaçmaz rayon sakini, 1977-ci il təvəllüdlü Fərhad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Fərhad Məmmədov Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 16.1.6, 53.1, 71.1, 72, 77.3, 78.1, 82, 150.2, 152.1, 174, 177.1, 177.2 və 177.6-cı maddələrinin tələblərini pozub. O, vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif edilmiş məlumatları daxil edib və bəyannamələr təqdim etməmək yolu ilə 579,59 manat sadələşdirilmiş vergi, 12554,87 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə 13134,46 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.

Həmçinin Fərhad Məmmədov başqa şəxsə pul vəsaitinin ödənilməsinə dair məhkəmənin qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirib.

Belə ki, Fərhad Məmmədov 2010-cu ilin 3-cü rübü üzrə 27625,25 manat dövriyyəsindən 552,51 manat məbləğində sadələşdirilmiş vergi hesablayıb ödəməli olduğu halda, qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamədə vergi tutulan dövriyyəsini 10000,00 manat, sadələşdirilmiş vergini 200,00 manat göstərib.

O, 2010-cu ilin 4-cü rübü üzrə 56353,50 manat dövriyyəsindən 1127,07 manat məbləğində sadələşdirilmiş vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə vergi tutulan dövriyyəsini 15164,67 manat, sadələşdirilmiş vergini

303,29 manat göstərərək 823,78 manat sadələşdirilmiş vergini az hesablayıb.

Fərhad Məmmədov 2011-ci ilin 1-ci rübü üzrə 296,7 manat, 2011-ci ilin 2-ci rübü üzrə 300,00 manat, cəmi 596,7 manat artıq ödənilmiş sadələşdirilmiş vergi nəzərə almaqla, ümumilikdə 579,59 manat sadələşdirilmiş vergidən yayınıb.

Bundan əlavə, Fərhad Məmmədov 1 yanvar 2010-cu il tarixdən 31 dekabr 2010-cu il tarixədək olan dövr üzrə sahibkarlıq fəaliyyətindən vergi tutulan dövriyyəsi 95978,75 manat olduğundan, Vergi Məcəlləsinin 155 və 157-ci maddələrinə əsasən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli olduğu halda bunu etməyib və müvafiq bəyannamələri vergi orqanına təqdim etməyib. O, 13134,46 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.

Bundan başqa, Fərhad M.Məmmədov 38721,25 manat məbləğində pulun Nadir Əzimova ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 30 mart 2012-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etməyib və icra məmurunun qanuni tələblərini yerinə yetirməyib.

Bu səbəbdən o, Xaçmaz Rayon Məhkəməsinin 7 noyabr 2012-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinib. Onun barəsində həmin məcəllənin 21-ci maddəsi tətbiq edilməklə xəbərdarlıq tənbeh növü təyin edilib.

Ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq hərəkətlərini davam etdirib və məhkəmənin qanuni qüvvəyə minmiş qərarını qərəzli olaraq icra etməyib.

Fərhad Məmmədov Cinayət Məcəlləsinin 213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) və 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddələri ilə ittiham edilib.

Xaçmaz rayon Məhkəməsinin hökmü ilə Fərhad Məmmədov 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Fərhad Məmmədov apelyasiya şikayəti verib. O, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

Sumqayıt Apelyasiya Məhkəməsi bir müddət əvvəl onun apelyasiya şikayətinə baxılıb və apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilib.

Həmin qərardan narazı qalan Fərhad Məmmədov kasasiya şikayəti verib. Onun şikayətinə Ali Məhkəmədə baxan hakimlər qərar qəbul edib. Qərara görə, Fərhad Məmmədovun işinə yenidən apelyasiya instansiyasında baxılması barədə qərar verilib.

Sumqayıt Apelyasiya Məhkəməsində növbəti dəfə Fərhad Məmmədovun işinə hakim kollegiyası onun şikayətini təmin edib. Məhkəmə Fərhad Məmmədovun barəsində vergi ittihamı üzrə cinayət işinə xitam verilib. Məhkəmə qərarını icra etməkdən qərəzli şəkildə boyun qaçırma ittihamı üzrə onu təqsirli bilib və ona 1 il 7 ay müddətinə cəza təyin edilib.

Bu dəfə qərardan Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Teymur Əsədov narazı qalıb. Prokuror Fərhad Məmmədovun cəzasının ağırlaşdırılması barədə

kasasiya protesti verib. O cümlədən mülki iddiaçı 3 saylı Ərazi vergilər idarəsi də kasasiya şikayəti verib.

Tərəflərin şikayətinə yenə də Ali Məhkəmədə baxılıb. Bu dəfə qarşı tərəfin şikayətləri təmin edilib və Sumqayıt Apelyasiya Məhkəməsinin növbəti çıxardığı qərarda ləğv edilib. İşin yenidən apelyasiya instansiyasında araşdırılması qərara alınıb. Bu dəfə apelyasiya instansiyasında şikayət hakim Şəmsəddin Abasov araşdırıb.

Fərhad Məmmədov Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fındıq alışı ilə məşğul olaraq Rusiya Federasiyasına apararaq satıb: “2010-cu ildə biznes fəaliyyətini genişləndirmək məqsədi ilə tanışım Nazir Əzimovdan 80000 manat məbləğində borc pul istəmişəm. Nazir Əzimov məni uzun müddət tanıdığı üçün həmin məbləğdə vəsaiti bir il müddətinə qaytarmaq şərti ilə borc verdi. Mən də həmin pulu dövriyyəyə buraxdım. Sonradan biznes fəaliyyətimdə iflasa uğradığım üçün Nazir Əzimovdan borc aldığım məbləğdən müəyyən məbləğdə pul qaytara bilmədim. Sonra borc aldığım məbləği tam qaytara bilmədiyi üçün Nazir Əzimov barəmdə iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etdi. 2012-ci ilin mart ayının 30-da həmin məhkəmə tərəfindən 38721,25 manat məbləğində pul vəsaitinin məndən alınaraq Nazir Əzimova verilməsinə dair qətnamə çıxardı. Tələb olunan 38721,25 manat məbləğində pul vəsaitindən Nazir Əzimova cəmisi 3400 manat məbləğini pul qaytarmışam”.

Fərhad Məmmədovun vəkili Azər Əzizov çıxış bildirib ki, məhkuma Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə verilmiş

ittihamın öz təsdiqini tapmayıb. O, apelyasiya şikayətlərinin təmin edilməsini istəyib.

Prosesdə çıxış edən dövlət ittihamçısı Zəfər Ramazanov Fərhad Məmmədovun Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə cinayət təqibindən imtina edib. O, bildirib ki, Fərhad Məmmədov yalnız həmin maddə üzrə cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməlidir.

Dövlət ittihamçısı hökmün Fərhad Məmmədovun Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib və azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş edib.

Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş kimi tanınan 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Slavik Bədəlov Fərhad Məmmədovun Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə cinayət təqibindən dövlət ittihamçısının imtina etdiyi üçün həmin maddə üzrə cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməli olmasını, digər hissədə isə məhkumə cəza verilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirib.

Hakim kollegiyası tərəflərin şikayətini dinlədikdən sonra qərar elan edib. Qərara görə, Xaçmaz rayon Məhkəməsinin hökmü ləğv edilib.

Fərhad Məmmədova vergi ilə bağlı verilmiş cinayət işinə xitam verilib. Məhkəmə Fərhad Məmmədovu Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilib və 1 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik vergidən yayınan direktoru həbs etdi

    Nazirlik vergidən yayınan direktoru həbs etdi ...

    29-01-2014, 13:44

  • 
  • Vergilər Nazirliyi 117 min adamın borcunu sildi

    Vergilər Nazirliyi 117 min adamın borcunu sildi ...

    15-07-2015, 15:09

  • 
  • Vergilər nazirliyindən Hüseyn Abdullayevlə bağlı açıqlama

    Vergilər nazirliyindən Hüseyn Abdullayevlə bağlı ...

    9-07-2013, 15:42

  • 
  • Goranboylu iş adamına qarşı məhkəmə istintaqı başlayır

    Goranboylu iş adamına qarşı məhkəmə istintaqı ...

    3-04-2014, 17:14

  • 
  • Şirkət direktorunun işi məhkəməyə göndərildi

    Şirkət direktorunun işi məhkəməyə göndərildi ...

    11-12-2013, 15:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu