Sizə təqdim edəcəyimiz fotolar Ucar rayonunun Qazıqumlaq kəndində çəkilib.
Kənd sakinlərinin verdiyi məlumata görə, bu villanın tikintisi aylardır davam edir. Gələn xəbərlərdən aydın olur ki, villanı nəqliyyat naziri Ziya Məmmədov tikdirir: "Tikintidə bir neçə briqada iştirak edir, ustalar kənardan gətirilir".
Qeyd edək ki, Qazıqumlaq Z.Məmmədovun doğma kəndidir. Həmkəndliləri bildirirlər ki, nəqliyyat naziri kəndin şəraitini düzəldib: "Yolumuz, suyumuz problem deyil, kənddə insanların xeyrinə-şərinə yarayır. Ancaq o da sirr deyil ki, bu böyüklükdə villanın tikintisi özbaşına başa gəlmir. Ölkədə, elə Ucarın özündə yüzlərlə kənd var ki, yollarının təmirə ehtiyacı var. Sosial problemləri olan insanlar var ki, onlara yardım etmək daha məqsədəuyğun olar, nəinki ildə bir dəfə də gəlmədiyi kənddə villa tikdirmək. Özü də on hektarla ərazini əhatə etməklə..."
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?