GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Deputatın sələmə pul verməsini təsdiqləyən sənəd ortaya çıxdı

Deputatın sələmə pul verməsini təsdiqləyən sənəd ortaya çıxdı

Tarix: 11-08-2016, 17:13 Bölmə :Siyasət Baxış: 694
Deputatın sələmə pul verməsini təsdiqləyən sənəd ortaya çıxdı

Vəkil bildirir ki, Rüfət Quliyev sənəd saxtalaşdırma yolu ilə rəhmətə getmiş dostunun əmlaklarını ələ keçirmək istəyir
Deputat Rüfət Quliyevin sələmçilik fəaliyyəti geniş müzakirə mövzusuna çevrildiyi bir vaxtda ortaya maraqlı bir sənədin surəti çıxıb. “Öhdəlik müqaviləsi” adlanan sənəddə Rüfət Quliyevin Bakı şəhər sakini Namiq Səfərova 17 min 400 dollar verməsi, bunun müqabilində faiz olaraq 10 faiz pul alacağı qeyd olunur.
Ötən saylarımızda “Deputat Rüfət Quliyev sələmə pul verirmiş” sərlövhəli yazıda məsələnin mahiyyəti haqda geniş məlumat verdiyimizdən qısaca qeyd edirik ki, Rüfət Quliyev Səbayel Məhkəməsinə iddia təqdim edərək 2011-ci ildən başlayaraq Namiq Səfərova sələmə pul veridiyini, məbləğin faizlərlə birgə 328 min dollar olduğunu qeyd edib. N.Səfərov 2015-ci ilin fevralında dünyasını dəyişib. Deputat iddiasında 328 min dolların mərhumun əmlaklarına yönəldilməsini tələb edir. Deputatın sələmə pul verdiyi mərhum Namiq Səfərovun həyat yoldaşı Nuranə Səfərova müxtəlif instansiyalara məktub yazaraq deputatın onun mərhum həyat yoldaşı ilə 40 ilə yaxın dostluq etdiyini, həyat yoldaşının ölümündən sonra isə Rüfət Quliyevin onların əmlaklarını ələ keçirmək üçün hərəkətə keçdiyini qeyd edib. Mərhum iş adamının həyat yoldaşı müraciətində deputat Rüfət Quliyevin əmlaklarını ələ keçirmək üçün şəxsən ona etdiyi təzyiq nəticəsində son əlac kimi özünə qəsd etmə həddinə çatdığını da bildirib.
N.Səfərovanın vəkili Ceyhun Yusifov “Yeni Müsavat”a açılamasında bildirib ki, deputatın tələbi əsassızdır: “Qeyd olunan öhdəlik müqavilələrini deputat Rüfət Quliyev məhkəməyə də təqdim edib. Həmin müqavilələr saxtadır, Namiq Səfərov dünyasını dəyişəndən sonra tərtib edilib. Müqavilələrdə tarix yoxdur. Sanki uşaq bağçasından kiminsə ələ keçirib üzərinə ”öhdəlik müqaviləsi” yazdığı cızma-qaradır. İnanmıram ki, məhkəmə bu saxta kağız parçalarını sübut kimi qəbul edib qanunsuzluq edə”.

Deputatın sələmə pul verməsini təsdiqləyən sənəd ortaya çıxdı

Vəkil deyir ki, deputat vətəndaşın əmlakını yağmalamağa, ələ keçirməyə cəhd edir: “Hesab edirəm ki, Rüfət Quliyevin etdikləri Milli Məclis üzvünə yaraşmayan, milli mentalitetimizə sığmayan məsələdir. Deputat bir kağız parçasını əlinə alıb və dünyasını dəyişmiş şəxsin ailəsindən 300 min manatdan artıq pul tələb edir. Özü də yazır ki, 17 min verib, əvəzində 300 min dollar faiz istəyir. Qarşı tərəfin təqdim etdiyi sübutlar şər-böhtan xarakterlidir. Deputatın vəkili deyir ki, guya faizə verdikləri pul Rüfət Quliyevin deyil, onun oğlunun olub. Digər tərəfdən də Rüfət Quliyevin imzası olan sələmə pul vermə müqaviləsini məhkəməyə təqdim edirlər. İddiaları tam olaraq əsassız iddiadır. ”Öhdəlik müqaviləsi” adlanan həmin sənədə lupa ilə baxsınlar, görsünlər orada deputatın oğlunun adı bir yerdə keçir? Digər tərəfdən də deputatlıq faizə pul vermək üçün lisenziya almaqdan azad edirmi? Məgər Rüfət Quliyevin sələmçilik üçün lisenziyası var? Deputat bu fəaliyyətinə görə vergi ödəyib? Rüfət Quliyev mərhum dostunun əmlakını ələ keçirmək istəyərkən saymaqla bitməyən qanunsuz hərəkətlərini özü də bilmədən ictimai müzakirəyə çıxarıb. O, sələmçilik fəaliyyəti ilə məşğul olduğunu etiraf edib”.
Vəkil mətbuat nümayəndələrini avqustun 18-də Səbayel Rayon Məhkəməsinə dəvət edib: “Jurnalistlər məhkəməyə gəlib hakim Zaur Əliyevin sədrliyi ilə keçiriləcək deputat Rüfət Quliyevin şəxsən özünün iddiaçı kimi çıxış etdiyi faiz davasının məhkəmə çəkişməsini müşahidə etsinlər. Görsünlər ki, deputat seçicilərinin problemi ilə məşğul olmaq əvəzinə 40 illik dostunun dul həyat yoldaşına qarşı hansı qanunsuzluqları edir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun daha bir ortağı üzə çıxdı – Deputat Rüfət Quliyevlə bağlı şok faktlar açıqlandı

    Eldar Mahmudovun daha bir ortağı üzə çıxdı – ...

    20-10-2015, 13:34

  • 
  • Rüfət rəqqasə ilə birlikdə Amerikaya gedir

    Rüfət rəqqasə ilə birlikdə Amerikaya gedir ...

    3-05-2016, 16:25

  • 
  • İqtisad Universitetinə 23 min manatlıq rüşvət ittihamı

    İqtisad Universitetinə 23 min manatlıq rüşvət ...

    5-02-2014, 22:40

  • 
  • “European Tobacco” deputatdan alınıb

    “European Tobacco” deputatdan alınıb ...

    28-06-2013, 13:48

  • 
  • “AccessBank”ın işçisi qumarda pul uduzub türməyə düşdü

    “AccessBank”ın işçisi qumarda pul uduzub türməyə ...

    20-01-2014, 22:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu